Azad Rəhimov, Azərbaycan Respublikasının Gənclər və İdman Naziri

Azərbaycan IWF-in qərarından apellyasiya şikayəti verəcək

27
Azad Rəhimov: "Biz vəkil vasitəsilə işə başlamışıq. Hazırda Beynəlxalq Olimpiya Komitəsindən son qərarla bağlı məktub gözləyirik"

BAKI, 23 iyun — Sputnik. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) Azərbaycan ağırlıqqaldıranlarına tətbiq etdiyi cəzadan apellyasiya şikayəti veriləcək. Sputnik "Report"a istinadən xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.

2016-cı il Yay Olimpiya Oyunlarına 4 lisenziya qazanılsa da, IWF Azərbaycanın 1 kişi, 1 qadın ağırlıqqaldıranını vəsiqədən məhrum edib. Nazir idmançılardan bəzilərinin cəzaları ilə razı olmadıqlarını və şikayət edəcəklərini söyləyib.

Nazir hazırda son qərarla bağlı məktub gözlədiklərini dilə gətirib: "Biz vəkil vasitəsilə işə başlamışıq. Hazırda Beynəlxalq Olimpiya Komitəsindən son qərarla bağlı məktub gözləyirik. Çox istərdik ki, yüksək nəticə göstərmiş ağırlıqqaldıranlarımız olimpiadada iştirak etsinlər".

Xatırladaq ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası İcraiyyə Komitəsinin Gürcüstanın paytaxtı Tbilisidəki iclasında qəbul olunan qərara əsasən, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlıq dövründə dopinq-testlərin dəfələrlə müsbət nəticə verməsi səbəbindən, Azərbaycanın əlindən 2 lisenziyası (1 kişi, 1 qadın atlet) geri alınıb. Nəticədə ölkəmiz "Rio-2016"da cəmi 3 kişi atletlə təmsil olunacaq.

27
Teqlər:
ağırlıqqaldıran, IWF, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Azad Rəhimov, dopinq, lisenziya
Əlaqədar
Böyük qalmaqal: Olimpiadaya lisenziyalarımız ləğv olundu
Azərbaycanla Dünya Ağır Atletika Federasiyası arasında dopinq qalmaqalı davam edir
İdman dünyasında böyük qalmaqal: Avropa Oyunlarına görə Azərbaycandan intiqam aldılar
"Şarapovanın qəbul etdiyi dərmanda dopinqlik heç bir effekt yoxdur"
Makkabi - Qarabağ oyunu

"Qarabağ" qrup mərhələsinin ilk matçında məğlub oldu

30
(Yenilənib 10:23 23.10.2020)
I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüş məhsuldar keçib və ispanların 5:3 hesablı qələbəsi ilə başa çatıb.

BAKI, 23 oktyabr - Sputnik. UEFA Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib.

Ağdamın "Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayıb.

Dalbadal 7-ci dəfə avrokubokların qrupunda çıxış edən Qurban Qurbanovun yetirmələri İsraildə Təl-Əvivin “Makkabi” komandası ilə görüşüb. I qrupunun I turu çərçivəsində keçirilən görüşdə hesab 10-cu dəqiqədə açılıb. Yonatan Kohen "Makkabi"ni irəli çıxarıb - 1:0. Birinci hissə bu hesabla bitib.

İkinci hissədə də "Qarabağ" buraxılmış qolun əvəzini çıxa bilməyib. Oyun minimal hesabla israillilərin xeyrinə başa çatıb. 

I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüş məhsuldar keçib. Oyun ispanların 5:3 hesablı qələbəsi ilə qurtarıb.

II turun oyunları oktyabrın 29-da keçiriləcək. “Qarabağ” ilk ev görüşündə İspaniya təmsilçisi “Vilyarreal”la üz-üzə gələcək. Matç Türkiyədəki "Başakşehir Fatih Terim" stadionunda olacaq.

30
Qarabağ - Legiya matçı

Türkiyə "Qarabağ"a qucaq açdı

37
(Yenilənib 20:24 22.10.2020)
Qardaş ölkə təmsilçiləri klubumuzun məktubuna "Stadionumuz hər zaman "Qarabağ"ın xidmətindədir" cavabını göndərib

BAKI, 22 oktyabr - Sputnik. Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın İspaniyanın "Vilyarreal" komandası ilə qarşılaşacağı meydan bəlli olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Qarabağ" klubunun yaydığı açıqlamada deyilir.

Vurğulanır ki, hazırda ölkəmizin bütün cəbhəboyu əks-hücum əməliyyatları uğurla davam edir və ölkəmizdə hərbi vəziyyət elan edilib. İki gün öncə UEFA İcraiyyə Komitəsi ölkəmizdə vəziyyəti nəzərə alaraq, "Qarabağ"ımızın qrup mərhələsində ilk ev oyununu neytral meydanda keçirilməsi ilə bağlı qərar qəbul edib. Və "Vilyarreal"la matçının hansı ölkədə keçirilməsi ilə bağlı UEFA tərəfindən bir neçə ölkə klubumuza təqdim edilmişdir.

"Lakin həmin ölkələrdə klubumuzun təhlükəsizliyi, klubumuza qarşı hər hansı bir təxribat olması ehtimalı və digər məsələləri nəzərə alan klubumuz tərəfindən anında UEFA-ya məlumat verilib və "Vilyarreal"la matçın hər zaman öz dəstəyi ilə yanımızda olan Türkiyədə keçirilməsi üçün tutarlı əsaslarla müraciət göndərilib və bu müraciət UEFA tərəfindən müsbət qarşılanıb.

Ali futbol qurumunun tələbi ilə qarşılaşma bu mövsüm avrokuboklarda ev sahibliyi etmiş stadionda keçirilməlidir. Bununla bağlı qardaş Türkiyə təmsilçilərinə klubumuz tərəfindən məktub ünvanlanıb. Və qardaş ölkə təmsilçiləri klubumuzun məktubuna "Stadionumuz hər zaman "Qarabağ"ın xidmətindədir" cavabını göndərib. Başda "Qalatasaray" olmaqla, öz dəstəyini əsirgəməyən qardaş ölkə təmsilçilərinə təşəkkür edirik.

Hazırda Çempionlar Liqasının qrup mərhələsində iştirak edən "İstanbul Başakşehir" klubunun stadionu isə texniki cəhətdən UEFA-nın tam təmin olunduğuna görə "Qarabağ"ımız "Vilyarreal"la ev matçını məhz "Başakşehir"in Fatih Terim adına stadionunda keçirəcək", - açıqlamada deyilir.

"Qarabağ" Futbol Klubu "Başakşehir" klubuna könüldən göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

37
Teqlər:
Türkiyə, qrup mərhələsi, Avropa Liqası, "Qarabağ" FK, futbol
Əlaqədar
Qurban Qurbanov: “Fikrimiz Azərbaycan əsgərlərinin yanındadır”
"Qarabağ" qardaş Türkiyəni seçdi
Yaşıl sahənin adamı: "Gün gələcək, Şuşada Avropa çempionatı keçirəcəyik"
Dünya futbolunun türk ulduzu Azərbaycana dəstəyini ifadə etdi
UEFA rəhbəri: "Ümid edirəm ki, Qarabağdakı münaqişə tezliklə sülh yolu ilə həll ediləcək"
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndləri

Cəbrayıl Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsü yayıldı

0
Müdafiə Nazirliyi Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsünü yayıb.

BAKI, 25 oktyabr — Sputnik. Müdafiə Nazirliyi Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsünü yayıb. Sputnik Azərbaycan həmin görüntünü təqdim edir.

 

0