Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Belçika İrlandiyanı darmadağın etdi

© Sputnik / Владимир Песня / Mediabanka keçidФутбол. Чемпионат Европы - 2016. Матч Бельгия - Ирландия
Футбол. Чемпионат Европы - 2016. Матч Бельгия - Ирландия - Sputnik Azərbaycan
Abunə olmaq
E qrupunda Belçika yığması İrlandiyanı böyük hesabla məğlub edərək, çempionatda ilk qələbəsini qazanıb.

BAKI, 18 iyun — Sputnik. Fransada keçirilən futbol üzrə Avropa çempionatında günün ilk oyunu başa çatıb.

E qrupunda Belçika yığması İrlandiyanı böyük hesabla məğlub edərək, çempionatda ilk qələbəsini qazanıb.

İlk yarısı qolsuz başa çatan görüşdə hesabı 48-ci dəqiqədə Romelu Lukaku açıb. 61-ci dəqiqədə Aksel Vitsel fərqi artırıb. 70-ci dəqiqədə isə Lukaku özünün ikinci, komandasının üçüncü qolunu vurub.

Bu qələbə sayəsində Belçika xallarını 3-ə çatdıraraq, 2-ci pilləyə yüksəlib. Qrupa 6 xalla İtaliya başçılıq edir. İsveç və İrlandiya isə hərəyə 1 xalla 3-4-cü yerləri bölüşürlər. 

Sonuncu turda İtaliya İrlandiya, Belçika isə İsveçlə görüşəcək.

Xəbər lenti
0