F1 komandasının pilotu Luis Hamilton Baku City Circuit'də Mercedes AMG Petronas bolidini idarə edir

Hamilton əlçatmaz göstəriciyə nail olub

26
(Yenilənib 15:57 18.06.2016)
Bakıda təşkil edilən "Formula-1" üzrə Avropa Qran-prisində üçüncü test yürüşü başa çatıb.

BAKI, 18 iyun-Sputnik. Bakıda təşkil edilən "Formula-1" üzrə Avropa Qran-prisində üçüncü test yürüşü başa çatıb.
Sputnik xəbər verir ki, yürüşdə 11 komandanın 22 pilotu iştirak edib.

Luis Hamilton, Niko Rosberq ("Mercedes"), Sebastian Vettel, Kimi Raykkonen ("Ferrari"), Felipe Massa, Valtteri Bottas ("Williams"), Daniel Rikkardo, Daniil Kvyat ("Red Bull Racing"), Niko Hülkenberq, Serxio Peres ("Force İndia"), Kevin Maqnussen, Colion Palmer ("Renualt"), Maks Ferstappen, Karlos Saynz ("Toro Rosso"), Markus Eriksson, Felipe Nasr ("Sauber"), Fernando Alonso, Censon Batton ("McLaren"), Paskal Verlyayn, Rio Haryanto ("Manor"), Roman Qrojan və Esteban Qutyerres ("Haas") trasla tanışlıq xarakterli sərbəst yürüşdə mübarizə aparıblar.

Pilotlar öz bolidləri ilə bir saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar.

Bu gün də dünənki yürüşdə olduğu kimi, yenə ən yüksək göstəriciyə Luis Hamilton lider olmağı bacarıb. İngiltərəli idmançının 1:44.223-lük göstəricisi əlçatmaz olub. Onu "Mercedes"in digər sürücüsü Niko Rosberq (1:44.913) izləyib. Üçüncü yeri isə "Force İndia"nın pilotu Niko Hyulkenberq (1:45.336) tutub.

Qeyd edək ki, saat 17:00-da sıralanma turuna start veriləcək.

26
Teqlər:
Renualt, Red Bull Racing, Ferrari, Niko Hyulkenberq, Niko Rosberq, Formula-1 üzrə Avropa Qran-prisi, Luis Hamilton, Mersedes
Əlaqədar
"Formula-1"- də üçüncü sərbəst yürüşlər start götürüb
Formula 1-də ilk qəza baş verib
Formula 1 üzrə Avropa Qran Prisinə start verildi
Formula 1-in ikinci günündə ölkəmizdə hava pis olacaq
Luis Hamilton Bakı trassı barədə fikrini dəyişib
Həbib Nurməhəmmədovun atası Əbdülmanap Nurməhəmmədov, arxiv şəkli

Həbib Nurməhəmmədova ağır itki üz verdi

126
(Yenilənib 16:00 03.07.2020)
"Çeçen xalqının adından Abdulmanap Maqomedoviçin ailəsinə öz səmimi başsağlığımı çatdırıram!" - Ramzan Kadırov

BAKI, 3 iyul — Sputnik. Qarışıq döyüş növləri (UFC) üzrə çempion Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov vəfat edib. Onun koronavirusdan dünyasını dəyişdiyi deyilir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov öz "Telegram" səhifəsində yazıb.

"Abdulmanap Nurməhəmmədovun ölümü ilə bağlı kədərli xəbərlər mənə də çatdı. Çeçen xalqının adından Abdulmanap Maqomedoviçin ailəsinə öz səmimi başsağlığımı çatdırıram! O, özündən sonra yaxşı ad qoydu və layiqli bir nəsil yetişdirərək bizi tərk etdi. Allahın iradəsi, yazısı belədir!"

126
Əlaqədar
Nurməhəmmədovdan acı etiraf: “Ölən çoxdur, atamın da vəziyyəti ağırdır” – VİDEO   
Eksklüziv video: Həbibin atası Azərbaycan MMA Federasiyasının rəhbəri ilə döyüşür
Həbibdən Konora: “Sən möhtəşəm döyüşçüsən”
Həbibin qələbə fotosunun müəllifi koronavirusdan öldü - FOTO
Sənan Şəfizadə

İdman şərhçisi: “Əcnəbi məşqçi millimizə fövqəl uğur qazandırmayacaq”

4
(Yenilənib 15:01 03.07.2020)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, futbolumuzda tarix yazacaq, önəmli oyunlarda özünü göstərə biləcək futbolçu yoxdur
Sənan Şəfizadə: “Oyunlar təxirə salınacaqsa, əcnəbi məşqçiyə ehtiyac yoxdur”

“Roy Kinin gəlişi ilə bütün problemlərin həll olacağına əmin ola bilmərik”. Bunu Sputnik Azərbaycan-a idman şərhçisi Sənan Şəfizadə deyib.

O bildirib ki, Millətlər Liqasında uğurlu çıxışa ümidləndiyimiz üçün məşqçi axtarışı sürətlənib: “Əgər Millətlər Liqasının oyunları bu il üçün təxirə salınacaqsa, əcnəbi məşqçiyə ehtiyac yoxdur. Əcnəbi məşqçi gələrsə, Azərbaycan futbolçularını tanımaq üçün ona ən azı bir il vaxt lazım olacaq. Hazırkı pandemiya şəraitində isə məşqçilərin oyunçu seçimi etmək üçün belə bir imkanı yoxdur. Hazırkı məqamda hər-hansı əcnəbi məşqçi Azərbaycan millisinə fövqəl bir uğur qazandırmayacaq. Futbolumuzda tarix yazacaq, önəmli oyunlarda özünü göstərə biləcək futbolçu yoxdur. Futbolçu yetişdirmək lazımdır”.

Qeyd edək ki, İngiltərənin “The Sun” nəşri “Mançester Yunayted” klubunun əfsanəvi futbolçularından sayılan Roy Kinin Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən biri olduğunu yazıb.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4
Qadın su içir, arxiv şəkli

Sabah havanın temperaturu 38 dərəcəyə yüksələcək

0
(Yenilənib 14:10 04.07.2020)
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.

 

BAKI, 4 iyul — Sputnik. Azərbaycanda iyulun 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 32-37, Bakıda gecə 22-24, gündüz 34-36 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

0