F1 komandasının pilotu Luis Hamilton Baku City Circuit'də Mercedes AMG Petronas bolidini idarə edir

Luis Hamilton Bakı trassı barədə fikrini dəyişib

260
(Yenilənib 21:42 17.06.2016)
Bu gün sərbəst yürüşlər bitdikdən sonra lider pilot Bakı trassının olduqca ciddi və mübarizə üçün çətin bir trass olduğunu etiraf edib.

BAKI, 17 iyun-Sputnik. Günün qəhrəmanı və iki sərbəst yürüşün lideri, "Mersedes" komandasının pilotu Luis Hamilton ilk müsahibələrində Bakı trassından bir qədər razı qalmadığını bildirmişdi.

O, simulyatorda Bakı trekini "sürdükdən" sonra Rusiya mətbuatına açıqlamasında trekin bəzi yerlərinin ensiz, bəzi yerlərinin enli — avtomagistrala oxşadığını vurğulamaqla, bəyənmədiyini demişdi.

Lakin bu gün sərbəst yürüşlər bitdikdən sonra lider pilot Bakı trassının olduqca ciddi və mübarizə üçün çətin bir trass olduğunu etiraf edib.

Qeyd edək ki, Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov ötən gün Apasport-a müsahibəsində Hamiltonun iradına cavab olaraq demişdi:

"Hamilton sabah o trekdə maşın sürəcək. Öncə "trenajorda" olan təəssüratlarını bölüşüb. Belə düşünürəm ki, avtomobili özü idarə etdikdən sonra fikri dəyişəcək. Çünki trek həqiqətən çox maraqlıdı. Sözsüz ki, onun rəyi bizim üçün çox vacibdi. Amma digər tərəfdən, biz ancaq və ancaq çoxlu müsbət, belə deyək, alqışlar, Bakı trekinin digər şəhər trekləri ilə müqayisədə çox maraqlı olduğunu eşitmişik. Burada dar və enli yollar, döngələr və enişlər də var. Düz məsafə də var, hansı ki, maşınlar yüksək sürət yığacaq. Hansı pilotlar bu gün öz fikirlərini bölüşürlər, onlar özləri trekdə sürüb baxmalıdırlar və bu da sabah baş verəcək. Ondan sonra onların rəyləri bizim üçün çox vacibdi. İkincisi, Hamilton Monako şəhəri ilə müqayisə aparır. Hazırda dünyada 4 — Melburn, Sinqapur, Monako və Bakı Şəhər Halqası var. Bunlardan ən birincisi Monakodu, 1950-ci illərdən bu yarışa ev sahibliyi edir. Ən yenisi isə Bakıdı. Sinqapurda olmuşam, elə böyük dəyişiklik görməmişəm. Sözsüz ki, döngələrin sayı orada az, burada çox ola bilər. Ümumiyyətlə, bir-birinə oxşardı. Hamilton nəyi düşünür, nəyi azarkeşlərə çatdırmaq istəyirdi, onu mən deyə bilmərəm."

260
Teqlər:
Melbrun, Formula1, "Mercedes"in pilotu Lyuis Hamilton, Sinqapur, gənclər və idman naziri Azad Rəhimov, Bakı Şəhər Halqası, Monako, Bakı
Əlaqədar
"Mersedes" komandasının rəhbərinə siyasi sual verilib
"Mersedes"in pilotu liderliyini qorudu
Formula 1-də ilk qəza baş verib
Formula 1 üzrə Avropa Qran Prisinə start verildi
Makkabi - Qarabağ oyunu

"Qarabağ" qrup mərhələsinin ilk matçında məğlub oldu

30
(Yenilənib 10:23 23.10.2020)
I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüş məhsuldar keçib və ispanların 5:3 hesablı qələbəsi ilə başa çatıb.

BAKI, 23 oktyabr - Sputnik. UEFA Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib.

Ağdamın "Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayıb.

Dalbadal 7-ci dəfə avrokubokların qrupunda çıxış edən Qurban Qurbanovun yetirmələri İsraildə Təl-Əvivin “Makkabi” komandası ilə görüşüb. I qrupunun I turu çərçivəsində keçirilən görüşdə hesab 10-cu dəqiqədə açılıb. Yonatan Kohen "Makkabi"ni irəli çıxarıb - 1:0. Birinci hissə bu hesabla bitib.

İkinci hissədə də "Qarabağ" buraxılmış qolun əvəzini çıxa bilməyib. Oyun minimal hesabla israillilərin xeyrinə başa çatıb. 

I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüş məhsuldar keçib. Oyun ispanların 5:3 hesablı qələbəsi ilə qurtarıb.

II turun oyunları oktyabrın 29-da keçiriləcək. “Qarabağ” ilk ev görüşündə İspaniya təmsilçisi “Vilyarreal”la üz-üzə gələcək. Matç Türkiyədəki "Başakşehir Fatih Terim" stadionunda olacaq.

30
Qarabağ - Legiya matçı

Türkiyə "Qarabağ"a qucaq açdı

37
(Yenilənib 20:24 22.10.2020)
Qardaş ölkə təmsilçiləri klubumuzun məktubuna "Stadionumuz hər zaman "Qarabağ"ın xidmətindədir" cavabını göndərib

BAKI, 22 oktyabr - Sputnik. Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın İspaniyanın "Vilyarreal" komandası ilə qarşılaşacağı meydan bəlli olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Qarabağ" klubunun yaydığı açıqlamada deyilir.

Vurğulanır ki, hazırda ölkəmizin bütün cəbhəboyu əks-hücum əməliyyatları uğurla davam edir və ölkəmizdə hərbi vəziyyət elan edilib. İki gün öncə UEFA İcraiyyə Komitəsi ölkəmizdə vəziyyəti nəzərə alaraq, "Qarabağ"ımızın qrup mərhələsində ilk ev oyununu neytral meydanda keçirilməsi ilə bağlı qərar qəbul edib. Və "Vilyarreal"la matçının hansı ölkədə keçirilməsi ilə bağlı UEFA tərəfindən bir neçə ölkə klubumuza təqdim edilmişdir.

"Lakin həmin ölkələrdə klubumuzun təhlükəsizliyi, klubumuza qarşı hər hansı bir təxribat olması ehtimalı və digər məsələləri nəzərə alan klubumuz tərəfindən anında UEFA-ya məlumat verilib və "Vilyarreal"la matçın hər zaman öz dəstəyi ilə yanımızda olan Türkiyədə keçirilməsi üçün tutarlı əsaslarla müraciət göndərilib və bu müraciət UEFA tərəfindən müsbət qarşılanıb.

Ali futbol qurumunun tələbi ilə qarşılaşma bu mövsüm avrokuboklarda ev sahibliyi etmiş stadionda keçirilməlidir. Bununla bağlı qardaş Türkiyə təmsilçilərinə klubumuz tərəfindən məktub ünvanlanıb. Və qardaş ölkə təmsilçiləri klubumuzun məktubuna "Stadionumuz hər zaman "Qarabağ"ın xidmətindədir" cavabını göndərib. Başda "Qalatasaray" olmaqla, öz dəstəyini əsirgəməyən qardaş ölkə təmsilçilərinə təşəkkür edirik.

Hazırda Çempionlar Liqasının qrup mərhələsində iştirak edən "İstanbul Başakşehir" klubunun stadionu isə texniki cəhətdən UEFA-nın tam təmin olunduğuna görə "Qarabağ"ımız "Vilyarreal"la ev matçını məhz "Başakşehir"in Fatih Terim adına stadionunda keçirəcək", - açıqlamada deyilir.

"Qarabağ" Futbol Klubu "Başakşehir" klubuna könüldən göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

37
Teqlər:
Türkiyə, qrup mərhələsi, Avropa Liqası, "Qarabağ" FK, futbol
Əlaqədar
Qurban Qurbanov: “Fikrimiz Azərbaycan əsgərlərinin yanındadır”
"Qarabağ" qardaş Türkiyəni seçdi
Yaşıl sahənin adamı: "Gün gələcək, Şuşada Avropa çempionatı keçirəcəyik"
Dünya futbolunun türk ulduzu Azərbaycana dəstəyini ifadə etdi
UEFA rəhbəri: "Ümid edirəm ki, Qarabağdakı münaqişə tezliklə sülh yolu ilə həll ediləcək"

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

0
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə