Dopinq. İllüstrasiya

Azərbaycanla Dünya Ağır Atletika Federasiyası arasında dopinq qalmaqalı davam edir

61
(Yenilənib 15:05 16.06.2016)
Bir neçə azərbaycanlı olimpiyaçının nəticələri dopinqə görə ləğv edilib.

BAKI, 16 iyun-Sputnik. Dünya Ağır Atletika Federasiyası (İWF) 2012-ci il London Yay Olimpiya Oyunlarında dopinq testi müsbət nəticə verən idmançıların siyahısını təqdim edib.

Sputnik Dünya Ağır Atletika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 10 idmançının yer aldığı siyahıda Azərbaycanın ağırqaldırma üzrə idmançısı Boyanka Kostova da var.

Kostovadan istifadəsi qadağan olunmuş dehidroxlorometiltestosteron və stanozolol anabolik preparatları aşkarlanıb. Eyni zamanda Svetlana Podobedova, Mayya Maneza, İlya İlyin, Zulfiya Çinşanlo (hamısı Qazaxıstan), Dina Sazanavets, Marina Şkermankova, Yevgeni Jarnasek (hər üçü Belarus), Apti Auxadov (Rusiya) və Yuliya Kalinada (Ukrayna) da dopinq aşkarlanaraq nəticələri ləğv olunub.

Beynəlxalq Ağır Atletika Federasiyası mövcud qaydalara əsasən, antidopinq qaydalarının pozulması ilə əlaqədar 10 ağır atleti qərar çıxarılanadək bütün yarışlardan kənarlaşdırıb. Ehtimallar təsdiqlənsə, müvafiq cəza tədbiri görüləcək və nəticəsi dərc olunacaq.

Hazırda İWF 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testlərin nəticələrinin tezliklə açıqlanması istiqamətində Beynəlxalq Olimpiya Komitəsi ilə iş aparır.

61
Teqlər:
2012-ci il London Yay Olimpiya Oyunları, 2008-ci il Pekin Yay Olimpiya Oyunları, Boyanka Kostova, dopinq, İWF, Dünya Ağır Atletika Federasiyası, Azərbaycan
Əlaqədar
"Dopinq ittihamı siyasi təzyiq vasitəsidir"
Azərbaycanlı idmançılar növbəti dəfə dopinq qalmaqalı ilə üzləşiblər
İdman dünyasında böyük qalmaqal: Avropa Oyunlarına görə Azərbaycandan intiqam aldılar
Tokioda Olimpiya Oyunlarının loqosu, arxiv şəkli

Azərbaycanlı hakim Tokio-2020-ni idarə edən hakimlər sırasına daxil edilib

4
(Yenilənib 11:09 12.05.2021)
Məşqçi kimi onun yetirmələri arasında Dünya və Avropa çempionatının, Avropa və İslam Oyunlarının qalib və mükafatçıları var.

BAKI, 12 may - Sputnik. Avropa Karate Federasiyası Hakimlər komissiyasının üzvü Cahangir Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarını idarə edən 15 hakim sırasına daxil edilib.

Azərbaycan Karate Federasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, beynəlxalq dərəcəli hakimimizin fəaliyyətinə yüksək dəyər verən Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsi bu qərara gəlib.

Azərbaycan Milli Karate Federasiyası Hakimlər Komitəsinin sədri, 5-ci dan qara kəmər sahibi, Əməkdar məşqçi, eləcə də "Qaraqaplan" klubunun baş məşqçilərindən biri Cahangir Babayev 198 dövlətin üzvü olan WKF tərəfindən 2013-cü ildə dünyanın "Ən yaxşı hakimi" seçilib.

O həmçinin son iki İslam Həmrəyliyi Oyunları və Avropa Oyunlarının hakimi olub. Bakıda 1-ci Avropa Oyunlarında məhsuldar fəaliyyətinə görə C.Babayev Azərbaycan Prezidentinin "Fəxri fərmanı" ilə təltif edilib.

Məşqçi kimi onun yetirmələri arasında Dünya və Avropa çempionatının, Avropa və İslam Oyunlarının qalib və mükafatçıları var.

4
Teqlər:
Tokio-2020 Olimpiya Oyunlar
Tokioda Olimpiya Oyunlarının loqosu, arxiv şəkli

Azərbaycanlı güləşçi Tokio Olimpiadasında Ukraynanı təmsil edəcək

53
(Yenilənib 00:25 12.05.2021)
Həmyerlimiz Pərviz Nəsibov 67 kiloqram çəki dərəcəsində yunan-roma güləş növü üzrə gücünü sınayacaq.

BAKI, 12 may - Sputnik. Yayda Tokioda keçiriləcək Olimpiya oyunlarında Ukraynanı təmsil edəcək güləşçilər arasında azərbaycanlı Pərviz Nəsibov da var. Bu barədə məlumat Ukrayna Güləş Federasiyasının Tokioya aparılacaq güləşçilərinin siyahısında yer alıb.

Sputnik Azərbaycan xəbər verir ki, həmyerlimiz 67 kiloqram çəki dərəcəsində yunan-roma güləş növü üzrə gücünü sınayacaq.

Ukraynanı Tokioda 18 çəki kateqoriyasından cəmi 10 çəki üzrə güləşçi təmsil edəcək ki, bu da ölkə tarixində ən pis göstəricidir. Belə ki, bundan öncə güləşçilər Olimpiadaya ən az lisenziyanı 2012-ci il London Olimpiadasında qazanıb.

53

Bayram günü hava necə olacaq?

0
Mayın 13-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

BAKI, 12 may - Sputnik. Mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

ETSN-ninMilli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-14 isti, gündüz 20-25 isti, Bakıda gecə 12-14 isti, gündüz 23-25 dərəcə isti olacaq.Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

Mayın 13-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 isti, gündüz 23-28 isti, dağlarda gecə 3-8 isti, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən mayın 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0