2016-cı il Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso Bakını velosipedlə gəzdi

Fernando Alonso Bakını velosipedlə gəzdi ona valeh oldu

39
(Yenilənib 12:00 16.06.2016)
Fernando Alonso: "Dar döngələri, küləkli küçələri və sürətin son həddini özündə birləşdirən treki sınamaq üçün həftəsonunu səbirsizliklə gözləyirəm."

BAKI, 16 iyun-Sputnik. 2016-cı il Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso Azərbaycandakı azarkeşləri ilə görüşmək və bolidlərin mühərrikindən çıxan gurultulu səsin Formula 1-in ən yeni treki boyunca yayılmasından əvvəl ölkə mədəniyyəti ilə tanış olmaq üçün şəhərdə gəzintiyə çıxıb.

Bakı Şəhər Halqasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Avropa Qran Prisinin rəsmi elçisi Bakı turuna Formula 1 təqviminə ən son əlavə olunmuş şəhər trekinin Start/Finiş xəttindən başladı və şəhər gəzintisinə Azərbaycanın təkrarolunmaz milli xalçaçılıq nümunələrinin toxunulduğu Azər-İlmə Xalçaçılıq Mərkəzinə gəlməklə davam etdi.

 Xalçaçılıq mərkəzinə səyahət zamanı Azərbaycanda ilk dəfə keçiriləcək Formula 1 yarışının təbliğatı ilə bağlı verdiyi töhfəyə görə Fernando Alonsoya təşəkkür məqsədilə ona xalça hədiyyə olundu. Daha sonra çempion Heydər Əliyev Mərkəzində olub. 

Heydər Əliyev Mərkəzinə səyahətdən sonra Fernando Alonso Dalğa Plazada öz azarkeşləri ilə görüşdü. Daha sonra Alonso, ona Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təqdim edilmiş dağ velosipedi ilə Dalğa Plazadan Su İdmanı Sarayınadək olan qısa veloturda iştirak edərək şəhərlə yaxından tanışlığına davam etdirib.

  • 2016-cı il Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso Bakını velosipedlə gəzdi
    2016-cı il Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso Bakını velosipedlə gəzdi
    © Photo : Baku City Circuit
  • Alonso Avropa Qran Prisi öncəsi Bakıda gəzintiyə çıxdı
    Alonso Avropa Qran Prisi öncəsi Bakıda gəzintiyə çıxdı
    © Photo : Baku City Circuit
  • Alonso Avropa Qran Prisi öncəsi Bakıda gəzintiyə çıxdı
    Alonso Avropa Qran Prisi öncəsi Bakıda gəzintiyə çıxdı
    © Photo : Baku City Circuit
  • Alonso Avropa Qran Prisi öncəsi Bakıda gəzintiyə çıxdı
    Alonso Avropa Qran Prisi öncəsi Bakıda gəzintiyə çıxdı
    © Photo : Baku City Circuit
  • Şəhər gəzintisi Azər-İlmə Xalçaçılıq Mərkəzinə gəlməklə davam edib,Fernando Alonsoya təşəkkür məqsədilə xalça hədiyyə olunub
    Şəhər gəzintisi Azər-İlmə Xalçaçılıq Mərkəzinə gəlməklə davam edib,Fernando Alonsoya təşəkkür məqsədilə xalça hədiyyə olunub
    © Photo : Baku City Circuit
1 / 5
© Photo : Baku City Circuit
2016-cı il Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso Bakını velosipedlə gəzdi

Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso, şəhərlə və Bakı Şəhər Halqası ilə bir daha tanışlığından sonra trekdə olan mühüm dəyişiklərlə bağlı öz təəssüratını bizimlə bölüşdü:

"Yenidən Bakıda olmaq möhtəşəm hisdir. Son səfərimdən bu yana olan dəyişikliklər sadəcə valehedicidir və trek olduqca gözəl görünür. Azər-İlmə Xalçaçılıq Mərkəzinə və Heydər Əliyev Mərkəzinə səyahətim məni Azərbaycanın ecazkar mədəniyyətinin zəngin tarixi ilə tanış etdi. Azarkeşlərlə görüşmək və belə gözəl şəhərdə velosipedlə gəzintiyə çıxmaq günümü daha da xoş etdi. İndi isə dar döngələri, küləkli küçələri və sürətin son həddini özündə birləşdirən treki sınamaq üçün həftəsonunu səbirsizliklə gözləyirəm."

39
Teqlər:
Azər-İlmə Xalçaçılıq Mərkəzi, Su İdmanı Sarayı, Dalğa Plaza, Bakı turu, Formula 1 Avropa Qran Prisi, Heydər Əliyev Mərkəzi, Bakı Şəhər Halqası, "Formula 1" üzrə Qran-Pri, Formula 1 Avropa Qran Prisi, Bakı Şəhər Halqası, Fernando Alonso, Bakı
Əlaqədar
Fernando Alonso Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi elan olundu
Formula 1 ərəfəsində Bakıda bağlanan yollar
Formula 1 zamanı rayon maşınlarına məhdudiyyət qoyulacaq?
Formula 1 yarışının keçiriləcəyi ərazilərdə yeni bankomatlar quraşdırılacaq
Formula 1 üzrə Avropa Qran Prisi üçün yeni bilet satışı məntəqələri açılıb
Sənan Şəfizadə

İdman şərhçisi: “Canni De Byazinin uğur qazanması üçün vaxt lazımdır”

4
(Yenilənib 10:18 14.07.2020)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır
Sənan Şəfizadə: “Yeni baş məşqçinin uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”

“Azərbaycana pul üçün gəlmirəm. Ölkə futbolu üçün vacib işlər görmək istəyirəm”. Bunu "Report"a müsahibəsində Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi deyib.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Canni De Byazidən təcili, erkən uğur gözləmir:

“Hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır. İndiki şəraitdə millimizin bu hədəfə çatmasını gözləmirəm. Səbəb isə pandemiya dövründə onsuzda, fiziki cəhətdən formada olmayan oyunçularımızın daha da geriləməsidir. Canni De Byazi hələ Azərbaycan futbolçularını və futbolunu tanımır, uğur qazanmaq üçün ona vaxt lazımdır. Yeni baş məşqçinin millimizdə uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4

“Neftçi”nin keçmiş vitse-prezidenti COVID-19-dan vəfat etdi

30
(Yenilənib 14:19 12.07.2020)
“Neftçi” futbol klubunun keçmiş vitse-prezidenti İlqar Quluzadənin ölümünü Azərbaycan Cüdo Federasiyasının əməkdaşı təsdiqləyib

BAKI, 12 iyul — Sputnik. Bakının “Neftçi” futbol klubunun sabiq vitse-prezidenti İlqar Quluzadə koronavirus infeksiyası səbəbindən dünyasını dəyişib.

Sputnik Azərbaycan bu barədə klubun mətbuat xidmətinə istinadla məlumat verir.

© Photo : REPORT
İlqar Quluzadə

“Neftçi”nin sabiq funksionerinin vəfatı barədə ilk dəfə Azərbaycan Cüdo Federasiyasının əməkdaşı Rahim Məhərrəmov sosial şəbəkədə yazaraq onun ölüm səbəbi kimi COVID-19-a yoluxmasını qeyd edib.

İ.Quluzadə 2008-ci ilin iyununadək “Neftçi”nin icraçı direktoru işləyib, 2009-cu ilin sentyabrınadək isə paytaxt klubunun vitse-prezidenti olub.

“Neftçi” klubu İ.Quluzadənin vəfatı ilə bağlı onun yaxınlarına başsağlığı verib.

Allah rəhmət eləsin!

30
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Rusiya COVID-19-la mübarizə aparmaq üçün Azərbaycana həkim briqadası göndərdi
Azərbaycanda daha bir İcra Hakimiyyətində iki məsul işçi COVID-ə yoluxub
Hələ ikincini yola verməmişik, həkim artıq üçüncü dalğadan danışır
Dünyada ilk koronavirus vaksininin sınağı bitdi
Evi icazəsiz tərk edən COVID xəstəsinə cinayət işi açıldı
Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Saxlamaq olmur! Virus can almaqda davam edir

0
(Yenilənib 11:02 14.07.2020)
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 3 milyon 363 min 056 nəfərə çatıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 13 103 290-a çatıb. Bu barədə Sputnik Azərbaycan Con Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 573 042 nəfər vəfat edib, 7 257 369 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 3 milyon 363 min 056 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 732 547 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0