Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

Nazirlik dopinqə düşən idmançılarla bağlı açıqlama yaydı

37
(Yenilənib 15:45 13.06.2016)
Azərbaycanın 6 ağırlıqqaldıranının dopinqə düşməsi ilə bağlı Gənclər və idman nazirliyinin açıqlaması yayılıb.

BAKI, 13 iyun — Sputnik. Azərbaycanlı ağırlıqqaldıranların dopinqə düşməsi ilə bağlı Gənclər və idman nazirliyinin rəsmi açıqlaması yayılıb.

"Əfsuslar olsun ki, 6 ağırlıqqaldıranımız (Əliquluzadə Elxan, Anqelova Silviya, Quliyev Firidun, Xristov Valentin, Zairov İntiqam – hər biri 8 və Dadaşbəyli Dadaş- 4 il)  dopinqə düşərək, diskvalifikasiya olunublar. Gənclər və idman nazirliyi daim dopinqlə mübarizə aparan və idmançıları bu istiqamətdə mütəmadi olaraq maarifləndirən bir qurum olaraq bildirir ki, Azərbaycan Hökuməti Antidopinq Konvensiyasına qoşulan ilk 40 ölkə arasındadır.  Bununla yaynaşı, Konvensiyaya qoşulduqdan sonra Azərbaycan Hökuməti Milli Məclis tərəfindən xüsusi olaraq yaradılmış Komitə vasitəsi ilə antidopinq üzrə qanun işləyən ilk ölkələrdən biridir", deyə nazirliyin açıqlamasında bildirilir. 

Vurğulanır ki, qanunda bir sıra maddələrlə yanaşı, eyni zamanda dopinqdən istifadə olunacağı təqdirdə, idmançı və məşqçiyə cinayət işinin açılması maddəsi də öz əksini tapacaq: "Qeyd edək ki, dopinqlə mübarizə məqsədi ilə, 10 ildən artıqdır ki, Gənclər və idman nazirliyinin nəzdində  dopinqlə mübarizə şöbəsi yaradılıb. 

Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, nazirlik MDB ölkələri arasında  idmançıların dopinq nümunələrini mütəmadi olaraq yoxlamağa göndərən  ölkələr arasında ilk üçlükdədir. 

Ölkəmizdə keçirilən ilk  Avropa oyunları zamanı nazirlik Avropa Olimpiya Komitəsi ilə idmançıların dopinq yoxlamadan  keçməsi istiqamətində işlərini yüksək səviyyədə qurmağı bacarıb. 

Lakin, bir daha vurğulamaq yerinə düşər ki,  idmançıların təlim məşq toplantılarına qatılması, yarışlara ezam olunması baş məşqçi tərəfindən aparılır. Federasiyalar ilk növbədə idmançılar üzərində nəzarəti daha da möhkəmləndirməli, mütəmadi şəkildə idmançıların dopinq müayinələrinin aparılması üçün nazirliyə müraciət etməlidir".

"Diqqətə çatdırmaq istərdik ki, biz, nazirlik olaraq öz növbəmizdə bütün federasiyalara dopinq yoxlamaları ilə bağlı yeniliklər, tərkibində dopinq olan yeni dərman ləvazimatlarının siyahısını mütəmadi təqdim edirik. Bütün lazimi işlərin aparılmasına baxmayaraq, əfsuslar olsun ki, bəzi hallarda diqqətsizlik nəticəsində içilən hansısa maye və ya yemək idmançının dopinqə düşməsinə səbəb ola bilər. Bu səbəbdən idmançıları çəkdikləri zəhmətin bəhrəsinin hədər getməməsi məqsədi ilə  maksimal dərəcədə diqqətli olmağa çağırırıq. Biz baş verən bu hadisə ilə bağlı çox narahatıq və bu istiqamətdə lazımi tədbirlər görüləcək. 

Sonda bildirmək istərdik ki, Beynəlxalq Federasiya tərəfindən bu barədə qərarın verilməsinə baxmayaraq, idmançıların apelyasiyaya verərək, öz hüquqlarını müdafiə etmək imkanı var və Gənclər və idman nazirliyi Ağırlıq Qaldırma Federasiya ilə bir bu istiqamətdə işlər aparır", deyə nazirlik bəyan edib. 

37
Fitnes zalı, arxiv şəkli

Azərbaycanda fitnes trenajor zalları açıla bilər, amma...

21
(Yenilənib 15:52 24.09.2020)
Azərbaycanda mart ayında karantin rejiminin tətbiqi ilə idman və fitnes zallarının fəaliyyəti məhdudlaşdırılıb, eləcə də qapalı məkanlarda idman tədbirlərinin keçirilməsi yasaqlanıb

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanın Gənclər və İdman Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə idman yarışlarının keçirilməsi, idman zalları və fitnes klublarının açılmasını nəzərdə tutan xüsusi proqram hazırlayır. Sputnik Azərbaycan bildirir ki, bunu qurumun rəhbəri Azad Rəhimov bildirib.

“İdmanın bir çox növləri üzrə çempionatlar adətən noyabr-dekabr aylarında keçirilir. Biz yarışları keçirməyi çox istəyirik. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq. Orada idman zalları, fitnes mərkəzlərinin açılması da nəzərdə tutulub”, - Rəhimov deyib.

İlkin mərhələdə, nazirin sözlərinə görə, yarışları tamaşaçısız keçirmək planlaşdırılır.

Məlumata görə, proqramda əsas bənd ondan ibarətdir ki, 100 kv.m sahədə yalnız dörd nəfər və bir məşqçi məşq edə bilər.

Azərbaycanda mart ayında karantin rejiminin tətbiqi ilə idman və fitnes zallarının fəaliyyəti məhdudlaşdırılıb, eləcə də qapalı məkanlarda idman tədbirlərinin keçirilməsi yasaqlanıb. Karantin rejimi ölkədə sentyabrın 30-dək davam edəcək.

21
Teqlər:
idman zalı, idman, Koronavirus, epidemiya, COVID-19, karantin

"Qarabağ" "Neftçiyə uduzdu

26
(Yenilənib 23:40 20.09.2020)
Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

BAKI, 20 sentyabr — Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Turun son oyununda "Qarabağ" "Azərsun Arena"da "Neftçi"bu qəbul edib. Azərbaycan derbisi qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 10-cu dəqiqədə Ağdam klubunun hücumçusu Kvabena Ovusu açıb. Cəmi 2 dəqiqə sonra "Neftçi" Voislav Stankoviçin qolu ilə tarazlığı bərpa edib. Qol zamanı "Qarabağ"ın qapıçısı Emil Balayevin kobud səhvi diqqət çəkib. Komandalar fasiləyə bu hesabla yollanıblar - 1:1.

İkinci hissədə "ağ-qaralar" daha bir qol vurublar. 68-ci dəqiqədə Balayevlə üzbəüz dueldən qalib ayrılan Namiq Ələsgərov topu boş qapıya göndərib və yekun hesabı müəyyənləşdirib.

Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

Qeyd edək ki, tura sentyabrın 19-da start verilib. "Qəbələ" evdə "Keşlə" ilə qolsuz heç-heçə edib. "Sumqayıt" doğma meydanda "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. Bu gün isə "Sabah" səfərdə "Zirə"ni yenib - 2:0.

26
Teqlər:
Futbol üzrə Azərbaycan Premyer Liqası, "Neftçi" Futbol Klubu, "Neftçi", "Qarabağ" futbol klubu, "Qarabağ" komandası, "Qarabağ
İskəndər M raket kompleksi

Moskva ABŞ-ı böyük səhvdən çəkindirir

0
(Yenilənib 20:09 24.09.2020)
Vaşinqton dialoqa razılaşsa, perspektivdə Çin, Fransa, Böyük Britaniya, Hindistan və Pakistan — yəni nüvə silahına malik dövlətlər də müzakirəyə qoşula bilər.

BAKI, 24 sentyabr — Sputnik, Qaliyə İbrahimova, Sofiya Melniçuk. Rusiya Strateji Hücum Silahları Haqqında Müqavilənin (SHS-3) qorunub saxlanmasının tərəfdarıdır və ABŞ-ı onu uzatmağa çağırır. Danışıqlar yaydan bəri uzanır. Vaşinqton sənədin yenidən nəzərdən keçirilməsini tələb edir, Moskva isə nəyisə dəyişməkdən imtina edir. Problemin mahiyyəti nədədir? Ətraflı RİA Novosti-nin materialında.

"Reaksiya eşitmirik"

"Operativ şəkildə həll oluna bilən və həll edilməli olan prioritet məsələ, əlbəttə ki, 2021-ci ilin fevralında başa çatacaq Rusiya ilə ABŞ arasında Strateji Hücum Silahları Haqqında Müqavilənin uzadılmasıdır. Biz amerikalı tərəfdaşlarımızla belə danışıqlar aparırıq", – Vladimir Putin BMT Baş Assambleyasının 75-ci sessiyasının açılışında bildirib.

Rusiya prezidenti ölkələri yeni raket sistemlərinin yerləşdirilməsində də təmkinli olmağa çağırıb. Ötən il Birləşmiş Ştatlar Kiçikmənzilli və Ortamənzilli Raketlərin Ləğvi Barədə Müqavilədən çıxıb. Bundan sonra Moskva raketlərin Avropada yerləşdirilməsinə moratorium elan edib.

Putin vurğulayıb: "Təəssüf ki, biz hələ ki nə amerikalı tərəfdaşlarımızdan, nə də onların müttəfiqlərindən təklifimizə reaksiya eşitmirik".

SHS-3-ü uzatmağı BMT Baş katibi Antoniu Quterreş dəfələrlə tövsiyə edib. Amma o, ABŞ-ın Çini də müqaviləyə qatmaq tələbinə mənfi reaksiya verib. Amerikalıları "böyük səhv" etməkdən Rusiyanın daimi nümayəndəsi Vasili Nebenzya da çəkindirib.

Strateji təhlükəsizliyin sütunları

SHS-3 nüvə texnologiyalarına nəzarət sahəsində əsas sənəddir. 2010-cu ildə onu imzalamaqla Moskva və Vaşinqton strateji arsenalları ixtisar etməyi öhdələrinə götürüblər. Bu proses hələ 70-ci illərin əvvəllərində soyuq müharibə tərəflərinin Strateji Silahların Məhdudlaşdırılması (SSM-1) haqqında ilk müqaviləni bağlaması ilə başlayıb. O vaxtdan bəri bu sahədə yeddi ikitərəfli saziş qəbul olunub.

ABŞ onları heç vaxt şübhə altına almayıb. Lakin Donald Trampın prezidentliyi hər şeyi dəyişib. Ağ Ev rəhbəri razılaşmaları müasir reallıqlara uyğunlaşdırmağa çalışır və yeni silahlanma yarışının başlaması perspektivi onu qorxutmur.

ABŞ 2019-cu ilin avqustunda Kiçikmənzilli və Ortamənzilli Raketlərin Ləğvi Barədə Müqavilədən çıxmaq barədə qərarını Rusiyaya olan iddiaları ilə izah edib. İddia olunurdu ki, Moskva sənədlə qadağan olunmuş SSC-8 (Rusiya təsnifatında 9M729) raketlərini sınaqdan keçirib. Amerikalılar aydın sübutlar təqdim etməyiblər.

Amma qeyri-formal söhbətlərdə onlar etiraf ediblər ki, problem Moskvanın hərəkətlərində deyil. Pentaqon Çini kiçikmənzilli və ortamənzilli raketləri yaratmaqda şübhəli bilib və Çin hökumətinin strateji silahlarla bağlı danışıqlara qoşulmasını tələb edib. Pekin isə bu arzulara məhəl qoymayıb.

2020-ci ilin mayında ABŞ Açıq Səma Müqaviləsindən (ASM) çıxıb və yenə Moskvanı günahlandırıb – guya ruslar təftiş uçuşlarına mane olur. Rusiya Müdafiə Nazirliyi bunu təkzib edib. Qurumda hesab edirlər ki, amerikalılar kosmosa daha fəal şəkildə yiyələnmək niyyətindədirlər. ASM isə onların əl-qolunu bağlayırdı.

Nüvə pariteti

"ABŞ və NATO Çinin nüvə proqramının sürətlə inkişaf etməsindən narahatdırlar. Görünür, çinlilər bu məsələdə Vaşinqton və Moskva ilə paritet əldə etmək niyyətindədirlər", – ABŞ-ın silahlara nəzarət üzrə xüsusi nümayəndəsi Marşall Billinqsli yayda bildirirdi.

Vaşinqtonun narazılığına səbəb olan daha bir faktor odur ki, SHS-3 Rusiyanın taktiki nüvə potensialını artırmasını məhdudlaşdırmır. Billinqsli strateji silahların hazırkı yoxlanılması mexanizmini də tənqid edib.

Diskussiyalara hər halda start verilib, amma amerikalılar növbəti şərtləri irəli sürüblər.

"ABŞ Rusiyanın ən yeni silahlarını da müzakirəyə daxil etməyi tələb edir ki, bu da açıq qapını döymək (yəni aşkar olanı, heç kəsin qarşı çıxmadığını sübut etmək – red.) deməkdir", — Nebenzya bildirib.

"Yaxşı təklif"

Görüşlərin ikinci mərhələsi sentyabrda heç bir irəliləyiş olmadan başa çatıb. ABŞ-ın yeni tələbi var – əlavə çərçivə sazişlərini qəbul etmək.

Amerikalılar oraya yalnız strateji deyil, həm də taktiki nüvə arsenallarını da əlavə etməyi təklif edirlər. Yeganə güzəşt – Vaşinqton Çinin danışıqlar prosesinə qoşulmasını təxirə salmağa razılıq verib.

"Biz Rusiyaya yaxşı təklif verdik", — Billinqsli bildirib.

Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər ki, Moskva müqaviləni yalnız hazırkı formada uzadacaq. Onun qüvvədə olma müddəti bir neçə aydan sonra başa çatır və nəyisə dəyişməyə vaxt yoxdur. Qurumdan bildiriblər ki, razılaşmanı amerikalılar özləri uzadırlar.

"Əgər ABŞ maraq balansı əsasında yeni bir şey hazırlamağa hazırdırsa, saziş mümkün olacaq. Amma vaxt lazım olacaq", - Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"ABŞ preferensiyalar istəyir"

"Alternativlər azdır: ya SHS-3 dəyişilmədən uzadılır, ya da ondan tamamilə imtina edilir", - silahlara nəzarət problemləri üzrə mütəxəssis Yevgeni Myasnikov bildirir.

O, müqavilənin əsas dəyərini strateji silahların yoxlanılması sistemində görür: "Əvvəlki dövrlərdə bir-birinin fəaliyyətinə nəzarət etmək çətin idi. Tərəflər ən pis ssenaridən çıxış edirdilər ki, bu da gərginliyi artırırdı. Sistem dağılsa, keçmişin təkrarlanması riski artacaq".

PİR Mərkəzinin yeni texnologiyalar və beynəlxalq təhlükəsizlik proqramının direktoru Vadim Kozulin şübhə etmir: müqavilə uzadılacaq. O, ABŞ-ın tələblərini üstünlükləri artırmağa yönəlmiş oyun kimi qiymətləndirir.

"Tramp öz ampluasındadır: sazişin imzalanmasından əvvəl daha çox üstünlük əldə etmək istəyir. Lakin demək olar ki, vaxt qalmayıb və amerikalılar (sazişi - red.) uzatmağa razılaşacaqlar. Yeni şərtlər gələcək müzakirələrin mövzusudur. Üstəlik, Rusiyanın da taktiki nüvə arsenalı və Amerikanın Avropadakı silahlarına dair təklifləri var", – ekspert vurğulayır.

O qeyd edir ki, SHS-3-ə pilotsuz sistemlər daxil deyil, baxmayaraq ki, onlar da nüvə silahı daşıyıcıları hesab edilə bilər.

"Pilotsuz uçan aparatlar Rusiyada çox sayda suallar yaradır. Əslində onlar da elə qanadlı raketlərdir — çoxdəfəlik istifadə nəticəsində onlar ciddi təhlükə törədir. Lakin SHS-3 üzrə görüşlər çərçivəsində Moskva bu mövzuya hələ ki toxunmur", - Kozulin qeyd edir.

Onun sözlərinə görə, nəzarət sisteminin saxlanması indi əsasən ABŞ-dan asılıdır. Əgər Vaşinqton dialoqa razılaşsa, perspektivdə Çin, Fransa, Böyük Britaniya, Hindistan və Pakistan — yəni nüvə silahına malik dövlətlər də müzakirəyə qoşula bilər.

0
Əlaqədar
Medvedev: "Məgər nüvə silahlarının uçuş hədəflərini kimsə dəyişib?"
Çənədəki maska, Beyrut, nüvə silahı və millətin imicini "yuyan" dovşan qanı
Politoloq: “İran nüvə anlaşması ilə bağlı taktiki gedişlər etməyə çalışır”
Trampın elçisi: "Nüvə silahlarını Avropadan çıxarmayacağıq!"
ABŞ Rusiyaya bütün nüvə gücünü göstərəcək