Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qadın güləşçilərimizin Ukraynaya yollanıblar

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidMariya Stadnik
Mariya Stadnik - Sputnik Azərbaycan
Abunə olmaq
İyunun 5-dən 17-dək Ukraynanın Konça-Zaspa təlim-məşq bazasında hazırlıq keçən yığmanın heyətində 6 güləşçimiz yer alıb

BAKI, 9 iyun — Sputnik. Qadın güləşi üzrə yığma komandanın üzvləri Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə növbəti təlim-məşq toplanışı üçün Ukraynaya yollanıb. Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, iyunun 5-dən 17-dək Ukraynanın Konça-Zaspa təlim-məşq bazasında hazırlıq keçən yığmanın heyətində 6 güləşçimiz yer alıb.

Güləşçi Yaşar Əliyev - Sputnik Azərbaycan
İDMAN
Güləşçilərimizi növbəti sınaq gözləyir

Toplanışa baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç, Alyona Kolesnik (hamısı 58 kq) və Tatyana Omelçenko (60 kq) qatılıb. Təlim-məşq toplanışını başa vurduqdan sonra yığmamızın üzvləri Polşanın Spala şəhərində Zialkovski və Petlasinskinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə qüvvələrini sınayacaq.

Xatırladaq ki, bir müddət əvvəl isə, qadın güləşçilərimiz Bolqarıstanın Belmeken təlim-məşq bazasında Türkiyə, Belarus, Fransa, Rumıniya və Macarıstan yığmasının üzvləri ilə birgə hazırlıq keçib. Həmin təlim-məşq toplanışından foto və video görüntüləri təqdim edirik.

Qeyd edək ki, Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Yarışlar 14-21 avqust tarixlərində baş tutacaq.

Xəbər lenti
0