BAKI, 8 iyun — Sputnik. İyunun 10-11-də Bakı şəhəri, "Şüa" idman sağlamlıq kompleksində stolüstü tennis üzrə yeniyetmələrin respublika birinciliyinə start veriləcək. Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yarışda respublika üzrə 2004-cü il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızlar iştirak edəcəklər.
Qeyd edək ki, I, II, III yerləri tutan idmançılar Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.
BAKI, 22 fevral — Sputnik. Peşəkar karyerasını bitirdiyini elan edən məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov karyerası haqqında film çəkilişləri üçün Hollivudla çalışdığını və "Oscar" qazanmağı planlaşdırdığını söyləyib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, döyüşçü hazırda sənədli film üzərində işləyir: "Təxminən bir il yarım lazımdır. "Oscar" qazanmaq istəyirik. 20 dəqiqə ərzində "Oscar"lıq film çəkmək o qədər də asan deyil. Hollivudla birlikdə işləyirik. Çox güman ki, dərhal kinoteatrlarda nümayiş olunacaq. Bu normal bir hekayədir, dağdan gələn oğlan çəki kateqoriyasından asılı olmayaraq ən yaxşı döyüşçü oldu, məğlub olmadı".
Xatırladaq ki, 32 yaşlı Nurməhəmmədov Castin Qeyjini UFC 254 turnirinin ikinci turunda "üçbucaq" boğma fəndindən istifadə edərək məğlub edib. Döyüşdən sonra rusiyalı karyerasını bitirdiyini elan edib. Onun hesabında 29 MMA döyüşündə 29 qələbə, o cümlədən UFC-nin 13 döyüşündə 13 qələbə var.
BAKI, 21 fevral - Sputnik. Futbol ulduzu Ronaldinyo Qauçonun anası koronavirusdan vəfat edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Mundo Deportivo xəbər yayıb.
Ronaldinyo 71 yaşlı anası Migelinanın xəstəxanaya aparıldığını hələ ötən il dekabrın 21-də sosial şəbəkədə yazmış, anasının intensiv terapiya şöbəsinə yerləşdirildiyini və həkimlərin tam qayğısı ilə əhatə olunduğunu demişdi.
😔 ¡LAMENTABLE NOTICIA DESDE BRASIL!
— Telemundo Deportes (@TelemundoSports) February 21, 2021
😥 La madre de @10Ronaldinho falleció a sus 71 años por #COVIDー19.
Conoce los detalles 👉👉 https://t.co/Ij426baAg8 pic.twitter.com/vruYSmWN1M
Ronaldinyo 2018-ci ildə futbolçu karyerasına son qoyub. O, 2003-2008-ci illərdə "Barselona"nın heyətində iki dəfə İspaniya çempionu, bir dəfə isə Çempionlar Liqasının qalibi olub.
BAKI, 28 fevral - Sputnik. Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-ya verilən məlumata görə, şəhər sakini, Kamran Əliyev idarə etdiyi “İsuzu-Bogdan” şəhərdaxili marşurut avtobusunu qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, təhlükəli manevrlər edərək avtoxuliqanlıq etmiş və video-çəkiliş edərək sosial şəbəkələrdə paylaşıb.
Onun barəsində DYPŞ əməkdaşları tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K. Əliyev 1 il sürücülük hüququndan məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib.
Bundan başqa etdiyi avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkələrdə paylaşan digər bir şəhər sakini barəsində də hüquqi tədbir görülüb. Belə ki, polis əməkdaşları tərəfindən şəhər sakini Novruz Məmmədovun özünə məxsus “VAZ 2107” markalı avtomobillə təhlükəli manevrlər etməsi, yol hərəti qaydalarını kobud surətdə pozaraq özü və digər hərəkət iştirakçılarına təhlükə yaratması aşkar edilib. N. Məmmədov barəsində də toplanmış material baxılması üçün məhkəməyə göndəlib. Məhkəmənin qərarı ilə o, 1 il sürücülük hüququndan məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib.