Formula 1 oyunlarının rəsmi elçisi Rəhim Əliyev

"Bu idman növündə hələ bir müddət iştirakçımız olmayacaq"

57
Rəhim Əliyev: "Formula 1 idmanın kralı sayılır, necə ola bilər ki, ölkəmiz üçün yad olsun? Sadəcə bizim azarkeşlər bir az səbirsizlik edirlər və yarışlara baxmırlar"

BAKI, 6 iyun — Sputnik. Formula 1 Avropa Qran-prisinin sürətini hiss etməyimizə sayılı günlər qalıb. Formula 1-in Azərbaycana qazandıracağı üstünlüklərlə bağlı, yarışın rəsmi elçisi və Formula 1 şərhçisi Rəhim Əliyev Sputnik-in suallarını cavablandırıb.

- Formula 1 yarışı Azərbaycanda ilk dəfədir keçirilir. Səfir olaraq bu yarışdan nə kimi gözləntiləriniz var?

— Çox maraqlı yarış olacaq, sürücülər üçün gərgin və maraqlı keçəcək, yarışın mühəndisləri üçün sazlanmaların ciddi axtarışı olacaq, tamaşaçılar üçün sadəcə şou və maraqlı zaman keçməsinə kömək olacaq, ölkəmizin dünyada tanınması üçün güclü reklam olacaq.

- Azərbaycan izləyicisi üçün bu idman növü yeni və yaddır. Hətta əhalinin çoxu bu idman növünü hələ də həzm edə bilmir. Buna münasibətiniz…?

— Əslində yad deyil, kifayət qədər izləyicisi də var. Eyni zamanda fan klubu da fəaliyyət göstərir. Deməli yad deyil. İdman kanalı bu yarışı 2010-cu ildən yayımlayırsa, deməli, azarkeşi var. F1 idmanın kralı sayılır, necə ola bilər ki, ölkədə yad olsun? Sadəcə bizim azarkeşlər bir az səbirsizlik edirlər və yarışlara baxmırlar. Amma bu yarışa bir dəfə baxan ondan ayrıla bilmir. Formula 1 yarışı sadəcə sürət yarışı deyil, bu həm də texnologiyaların, ağılların yarışıdır.

- 5 il ərzində ölkəmizdə keçiriləcək Formula 1 yarışlarında sürət yığa biləcəyik?

— Məncə, futbola digər idman növlərindən daha çox maraq var ölkəmizdə. Sürət yığmağa gəlincə, sürəti artıq yığmışıq, yəni bu idmanı ölkəyə gətirmişik. İndi isə sürəti artırmalıyıq. Ölkənin bunu etməyə həm maddi, həm mənəvi potensialı var. Sadəcə zamana ehtiyac var.

- Ümumiyyətlə ölkədə Formula 1 iştirakçısı yoxdur. Yarışlar böyük Formula 1 klubunun ölkədə yaranmasına səbəb ola bilər?

— Bu idman növündə iştirakçımız olmayıb və hələ bir müddət olmayacaq. Amma namizədimiz və ümidimiz var. Gülhüseyn hazırda aşağı divizyondadır, F1-ə hələ ən azı 3-4 il var. Bu idmanın ölkəyə gətirilməsi ölkədə avtoidman mədəniyyətinin inkişafına, avtoidman irsinin yaradılmasına xidmət edəcək — uşaqlar üçün kartinq mərkəzlərinin açılmasından, peşəkar müəllim kurslarının yaradılmasına qədər.

- Bu idman növünə yazılmaq istəyən uşaqlar var?

— Hətta uşaqlarını əlindən tutub gətirən valideynlər də çoxdur. Həm kurslar, həm kartinq mərkəzləri yarışlardan sonra elan olunacaq. Təbii ki, kiçik bir fasilədən sonra. Federasiya var, amma təəssüf ki, istədiyimiz kimi işləmir. Daha doğrusu işləyir, amma F1 sürəti ilə deyil, yavaş-yavaş. Biz isə F1 sürətinə öyrəşmişik.

57
Teqlər:
səfir, idmançı, idman, yarış, Rəhim Əliyev, Avropa Qran-Prisi, Formula 1
Əlaqədar
Moskvada “Formula-1” yarışlarının təbliğinə dəstək aksiyası keçirilib
"Formula-1" ilə əlaqədar Neftçilər Xəstəxanasında xüsusi şəraitli palata yaradılıb
“Formula-1” ərəfəsində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı günlər bəllidir
Formula 1 yarışının keçiriləcəyi ərazilərdə yeni bankomatlar quraşdırılacaq
"Formula 1" Avropa Qran Prisi rəqəmlərdə
Formula 1 üzrə Avropa Qran Prisi üçün yeni bilet satışı məntəqələri açılıb
Formula 1 qalib jurnalistləri mükafatlandırdı
AVRO 2020-nin loqosu loqosu, arxiv şəkli

AVRO-2020-nin keçirilməsi ilə bağlı üç senari açıqlandı

9
(Yenilənib 20:58 01.12.2020)
UEFA Avropada koronavirusa yoluxanların azalması mövqeyindən çıxış edir. Qeyd olunur ki, məsələ ilə bağlı yekun qərar gələn ilin martında qəbul olunacaq.

BAKI, 1 dekabr — Sputnik. Futbol üzrə Avropa Çempionatının – AVRO-2020-nin Rusiya hissəsinin təşkilat komitəsinin baş katibi Aleksey Sorokin turnirin keçirilməsi üçün 3 ssenarini açıqlayıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Sorokin bildirib ki, AVRO-2020 tam miqyasda, stadiona məhdud şəkildə azarkeşlər buraxılmaqla və ya tam olaraq azarkeşsiz keçirilə bilər.

Onun sözlərinə görə, UEFA Avropada koronavirusa yoluxanların azalması mövqeyindən çıxış edir. Qeyd olunur ki, məsələ ilə bağlı yekun qərar gələn ilin martında qəbul olunacaq.

AVRO-2020 ötən ilin yayında Avropanın 12 şəhərində keçirilməli idi. Pandemiya səbəbində turnir 2021-ci il 11 iyun - 11 iyul aralığında keçiriləcək. Oyunları Bakı, Budapeşt, Münhen, Kopenhagen, Dublin, Roma, Amsterdam, Sankt-Peterburq, Buxarest, Qlazqo və London qəbul etməlidirlər. Hər iki yarımfinal və final oyunları Londonun "Uembli" stadionunda olmalıdır. Bakı Olimpiya Stadionunda A qrupunun 3 oyunu və 1/4 finalın bir görüşü keçirilməlidir.

9
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

37
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

37
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb

Zakir Həsənov Rüstəm Muradov ilə görüşüb

1
(Yenilənib 12:21 03.12.2020)
Üçtərəfli bəyanata əsasən, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

BAKI, 3 dekabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.

Görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi (Laçın şəhəri də bu dəhlizə daxildir) boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

1