Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Məhəmməd Əli doğma şəhərində vida mərasimi keçiriləcək

© Sputnik / Владимир Вяткин / Mediabanka keçidЛегендарный американский боксёр Мохаммед Али в Москве
Легендарный американский боксёр Мохаммед Али в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
Boksun əfsanəsi ilə vida mərasimi və dəfn Kentukki ştatının Məhəmməd Əli üçün doğma olan Luisvill şəhərində keçiriləcək.

BAKI, 4 iyun – Sputnik. Məşhur boksçu  Məhəmməd Əli ölümündən iki gün əvvəl tənəffüs sistemində yaranan problemlə bağlı yerləşdirildiyi Arizona ştatının Feniks şəhər xəstəxanasında bu gün dünyasını dəyişib. 

Boksun əfsanəsi ilə vida mərasimi və dəfn Kentukki ştatının Məhəmməd Əli üçün doğma olan Luisvill şəhərində keçiriləcək.

Xatırladaq ki,1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkən Məhəmməd Əli peşəkar karyerası ərzində 37-si nokautla olmaqla, 56 döyüşdə rinqi qələbə ilə tərk edib. O, keçirdiyi 61 döyüşün yalnız 5-də məğlubiyyətə uğrayıb. Onun adı peşəkar boksun simvoluna çevrilib.

Məhəmməd Əli 1960-cı ildə Roma Olimpiya Oyunlarının çempionu olub, 1999-cu ildə isə “Əsrin idmançısı” seçilib.

1942-ci il yanvarın 17-də ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində doğulan Məhəmməd Əli İslam dinini qəbul edənədək Kassius Marsellus Kley (Cassius Marcellus Clay) adını daşıyıb.

Xəbər lenti
0