Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Lənkəranlı güləşçilər milliyə dəvət alıblar

© Sputnik / Rahim ZakiroğluLənkəranlı güləşçilər
Lənkəranlı güləşçilər - Sputnik Azərbaycan
Abunə olmaq
Təlim-məşq toplantılarını uğurla keçən və beynəlxalq yarışlarda uğurla çıxış edən güləşçilər Avropa birinciliyinə vəsiqə qazanacaqlar

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 31 may — Sputnik. May ayının 25-27 tarixlərində paytaxt Bakıda, yunan-roma və sərbəst güləş üzrə Respublika birinciliyinin final mərhələsi keçirildi. Yunan-roma güləşi üzrə Lənkəran yığma komandasının baş məşqçisi Vüqar Sultanovun Sputnik-in bölgə müxbirinə verdiyi məlumata əsasən, Lənkəran bu yarışda 6 idmançı ilə təmsil olunub.

"Lənkəran şəhəri bu yarışda UGİM-in 6 güləşçisi ilə qatıldı və sevindirici haldır ki, Lənkəran UGİM-in 4 yetirməsi medalla Lənkərana qayıtdı. Bunlar 42 kq çəki dərəcəsində 2-ci yer sahibi Quluzadə Elçin, 46 kq çəkidə Şükürzadə Araz, 69 kq çəkidə İbrahimov Qulam və 76 kq çəki dərəcəsində bürünc medal qazanan Kərimov Nurlandır", — deyə baş məşqçi bildirib.

Onun sözlərinə görə, Respublika çempionatının final mərhələsində yer tutan idmançılar milli komandanın heyətinə dəvət edilib və 30 may tarixindən onlar artıq təlim-məşq toplantısına qatılıblar: "Təlim-məşq toplantılarını uğurla keçən və beynəlxalq yarışlarda uğurla çıxış edən güləşçilər, inşallah, Avropa birinciliyinə vəsiqə qazanacaqlar".

© Sputnik / Rahim ZakiroğluLənkəranlı idmançıların uğurları
Lənkəranlı idmançıların uğurları - Sputnik Azərbaycan
Lənkəranlı idmançıların uğurları

Qeyd edək ki, hər il Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının təqvim planına uyğun olaraq yeniyetmələr arasında yunan-roma və sərbəst güləş üzrə zona yarışları keçirilir. Lənkəranlı idmançılar da zona yarışlarında uğurlu nəticə göstərdikdən sonra Respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanıblar.

Xəbər lenti
0