Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İljumjinov: Bu Olimpiada dünya şahmat tarixinə düşəcək

© Sputnik / Murad OrujovKirsan İlümjinov, FİDE-nln prezidenti
Kirsan İlümjinov, FİDE-nln prezidenti - Sputnik Azərbaycan
Abunə olmaq
Olimpiadanın açılış məkanı Milli Gimnastika arenası olacaq. Yarışın özünün isə Crystal Hall-da keçirilməsi nəzərdə tutulur.

BAKI, 24 may — Sputnik. Baku Crystal Hall-da 42-ci Ümumdünya Şahmat Olimpiadasına 100 gün qalması münasibətilə tədbir keçirilib.

Sputnik xəbər verir ki, tədbirdə iştirak edən  gənclər və idman naziri Azad Rəhimov yarışın Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb: "Azərbaycanda çox mötəbər və böyük yarışlar keçirilir. Buna baxmayaraq yenə də eyni həyəcan hissini yaşayırıq. İlk dəfə olaraq Azərbaycana idman sahəsində 180 ölkənin nümayəndəsinin gəlməsi gözlənilir". 

© Sputnik / Murad OrujovAzad Rəhimov, Azərbaycan Respublikasının Gənclər və İdman Naziri
Azad Rəhimov, Azərbaycan Respublikasının Gənclər və İdman Naziri - Sputnik Azərbaycan
Azad Rəhimov, Azərbaycan Respublikasının Gənclər və İdman Naziri

FİDE prezidenti Kirsan İlümjinov Şahmat olimpiadasına hazırlıq işlərinin yüksək səviyyədə olduğunu qeyd edib. "Yarışa 100 gün qalıb və geri sayıma başlayırıq. Biz yarışa hazırlıqla tanış olduq. Hazırlıqlar yüksək səviyyədə davam edir. İnanıram ki, bu yarış dünya şahmat tarixinə düşəcək” 

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov çıxış edərək bildirib ki, Şahmat olimpiadasına komanda olaraq güclü hazırlıqlar gedir. "Azərbaycan 3 komanda ilə təmsil olunacaq. Olimpiadanın Bakıda keçirilməsi şahmatda son dövrlərdə əldə olunan uğurlardan biridir". 

© Sputnik / Murad OrujovElman Rüstəmoov, AR Mərkəzi Bankının sədri, Azərbaycan Şahmat Federasiyasının prezidenti
Elman Rüstəmoov, AR Mərkəzi Bankının sədri, Azərbaycan Şahmat Federasiyasının prezidenti  - Sputnik Azərbaycan
Elman Rüstəmoov, AR Mərkəzi Bankının sədri, Azərbaycan Şahmat Federasiyasının prezidenti

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Əməliyyat Komitəsinin icraçı direktoru Mahir Məmmədov  çıxışı zamanı bildirib ki, Olimpiadanın açılış məkanı Milli Gimnastika arenası olacaq. Yarışın özünün isə Crystal Hall-da keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası 1 — 14 sentyabrda keçiriləcək.


Xəbər lenti
0