Əfqan Həmzəyev

Azərbaycan beynəlxalq arenaya yeni komanda çıxarır - "Lələtəpə"

182
İstanbulda keçiriləcək çimərlik futbolu üzrə beynəlxaq turnirdə Avropanın 4 komandası iştirak edəcək. İtaliyanın Milan, İspaniyanın Valensiya, Türkiyənin Antaliya sport, Azərbaycandan isə "Lələtəpə" adlı komanda təmsil edəcək.

BAKI, 23 may — Sputnik. 2-5 iyun tarixlərində Türkiyənin İstanbul şəhərində çimərlik futbolu üzrə beynəlxaq "İstanbul cup" turniri təşkil olunacaq. Bu haqda Sputnik-ə çimərlik futbolu üzrə beynəlxalq dərəcəli hakim Əfqan Həmzəyev məlumat verib.

Onun sözlərinə görə, turnirdə Avropanın 4 komandası iştirak edəcək. İtaliyanın Milan, İspaniyanın Valensiya, Türkiyənin Antaliya sport, Azərbaycandan isə "Lələtəpə" adlı komanda təmsil edəcək.

"Beynəlxalq turnirdə çimərlik üzrə milli komandamız iştirak edəcək. Sadəcə klub turniri olduğu üçün, ad olaraq "Lələtəpə" komandası adı ilə çıxış edəcəyik. Məqsədimiz dünyaya Qarabağ torpaqlarının tarixən bizim olduğunu bir daha göstərməkdir", — Əfqan Həmzəyev bildirib.

Hakim əlavə edib ki, klubun yarışda iştirakı üçün maliyyə dəstəyi tapılıb və llub Türkiyəyə may ayının sonunda yollanacaq. Turnirin baş hakimi vəzifəsi də Ə. Həmzəyevə həvalə edilib: " Yarışın baş hakimi və hakimlərə nəzarət mənə tapşırılıb. Ümumiyyətlə, Türkiyə mənim ikinci evimdir. İllərdir Türkiyədə təşkil olunan çox sayda beynəlxalq çimərlik futbolu yarışlarını idarə edirəm. İnanıram ki, bu dəfə də mənə göstərilən etimadı doğruldacağam".

182
Teqlər:
Əfqan Həmzəyev, "Lələtəpə", "İstanbul cup", Çimərlik futbolu, İstanbul, Türkiyə
Əlaqədar
Azərbaycan futbolunun gələcəyi sual altında
Çindəki 90 futbol meydançası böyüklüyündə fabrik kimindir?
Əfsanəvi futbolçu vəfat etdi
Məşhur futbol klubumuzda tənəzzül: veteranları nə məyus edib?
Ulduz futbolçudan dünyaya mesaj
Terror qurbanları arasında məşhur futbolçunun atası da var