Кирсан Илюмжинов

"Azərbaycanla Ermənistan arasında virtual şahmat yarışı keçirilsin"

70
(Yenilənib 15:32 19.05.2016)
Beynəlxalq Şahmat Federasiyasının prezidenti iki ölkənin vətəndaşları arasında internet-matçın keçirilməsini təklif edib. Kirsan İlyumjinovun bu ideyası artıq Ermənistan tərəfdən müsbət qarşılanıb.

BAKI, 19 may — Sputnik. Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov Ermənistan və Azərbaycana internet-matç keçirməyi və iki dövlət arasında "virtual körpü tikməyi" təklif edib. O, hesab edir ki, kollektiv şahmatın köməyi ilə təkcə millətlərin IQ-sünü müəyyən etmək deyil, həmçinin "dövlətlərarası münasibətləri" tank, top və təyyarələrin iştirakı olmadan da təyin etmək mümkündür.

Onun fikrincə, matçda Azərbaycan və Ermənistandan olan şahmat həvəskarları iştirak edə bilərlər. "Şəhər şəhər ilə", "ölkə ölkə ilə" oyun kollektiv şahmatın proqramı hələ bir neçə il bundan əvvəl hazırlanıb.

İlyumjinov Sputnik-ə izah edib ki, burada yalnız bir partiya olacaq: "İstənilən şahmatçı və yaxud həvəskar iki dəqiqə ərzində SMS-məlumat göndərərək gedişi seçə bilər. FİDE-nin proqramı isə müəyyən edə bilər ki, oyunçuların böyük əksəriyyəti hansı gedişin xeyrinə səs veriblər".

"Matçın başlandığını elan edək. Komandalardan biri ilk gediş etsin. SMS-məlumatın göndərilməsi üçün 2 dəqiqə vaxt verilir. Bir milyon adam, misal üçün Е2-Е4 göndərir, 2 milyon adam isə D2-D4. Kompüter ikinci variantı seçir. İki dəqiqədən sonra ikinci komanda eyni sxem üzrə səs verir. Bu minvalla millətin IQ-sü müəyyən edilir. Biz ayırd edirik ki, hansı millət daha yaxşı şahmat oynayır" — deyə İlyumjinov bildirib.

FİDE prezidentinin təklifini Ermənistan prezidenti Serj Sarkisyan artıq dəstəkləyib. Gələn həftənin 3-cü günü, mayın 25-də, İlyumjinov Bakıya Beynəlxalq Şahmat turnirinə gələcək. O, internet-matçın keçirilməsi ideyasını Azərbaycanın Şahmat Federasiyasının rəhbərliyi ilə müzakirə edəcək. FİDE rəhbərinin sözlərinə görə, bir il əvvəl o, belə bir matçın keçirilməsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə təklif verib və müsbət cavab alıb.

İnternet-matçda milyonlarla şahmat həvəskarının iştirak edəcəyi gözlənilir. "Bu, həm Azərbaycan, həm də Ermənistanda şahmatın inkişafına böyük diqqət cəlb edəcək. Ermənistanda bütün məktəblərdə şahmat tədris edilir, Azərbaycanda isə 2008-ci ildə şahmatın inkişafı ilə bağlı dövlət proqramı qəbul edilib, bütün şəhər və rayon mərkəzlərində şahmat klubları açılıb. Nə qədər çox adam şahmat oynamağı bacarsa, daha çox əmin ola bilərik ki, kollektiv şahmat zamanı düzgün gediş ediləcək" — deyə İlyumjinov bildirib.

Federasiya prezidentinin bu sülhməramlı missiyası təkcə Azərbaycan və Ermənistanla bitməyəcək. Gələcəkdə FİDE belə bir matçı Ukrayna ilə Rusiya arasında da keçirməyi planlaşdırır. "FİDE-nin planı kifayət qədər ambisiyalıdır: federasiya beynəlxalq qitələrarası dünya çempionatı təşkil etmək niyyətindədir. Burada da Afrika Asiyaya, Avropa isə Amerikaya qarşı oynayacaq" — o, əlavə edib.

Hazırda FİDE dünyanın 187 ölkəsində mövcuddur. Hər il 100-dən artıq müsabiqə keçirilir. Dünyada 600 milyondan artıq insan şahmat oynayır. İlyumjinov FİDE prezidenti olduğu müddətdə dünyada şahmat oynayanların sayını bir milyarda çatdırmaq məqsədini qarşıya qoyub.

70
Teqlər:
Kirsan İlyumjinov, FİDE, Beynəlxalq Şahmat Federasiyası, şahmat, Ermənistan, Azərbaycan
Əlaqədar
Azərbaycan şahmatçısı ilk onluqdadır
Bakıdakı Şahmat Olimpiadasında 2200-dən artıq şahmatçı mübarizə aparacaq
Şahmatçılarımız beynəlxalq turnirdə iştirak edirlər
Səudiyyə Ərəbistanında şahmat qadağan edilir
Güləş, arxiv şəkli

Fransa Güləş Federasiyası loqoda bayrağımızın olmamasına görə üzr istədi

18
(Yenilənib 11:47 14.01.2021)
Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev səsləndirilən narazılıqlara aydınlıq gətirib.

BAKI, 14 yanvar — Sputnik. Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə Qran-pri turnirinin təşkilatçıları Azərbaycan bayrağının yarışın loqosunda yer almamasına görə üzr istəyib.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının Mətbuat katibi Sərxan Musalı məlumat verib.

O bildirib ki, məsələ ilə bağlı dərhal Fransa Güləş Federasiyası ilə əlaqə saxlayıblar: "Onlar qeyd etdilər ki, üzrlü hesab edin, bu, daha əvvəl hazırlanmış loqodur və burada bəzi yarış iştirakçılarının bayraqları yoxdur. Loqoda daha əvvəl bu yarışda olan ölkələrin bayraqları həkk olunub. Buna görə nəzərə alınmayıb. Loqoda elə ölkələrin bayraqları var ki, bu yarışda iştirak etmirlər. Həmin loqo 2020-ci ildə də istifadə edilib. Sadəcə, diqqətsizlik olub və bizə üzürxahlıq etdilər. Təşkilatçılıqla bağlı problem belə ola bilərdi ki, yarış nəkanında bayrağımız olmazdı. Amma bununla bağlı problem olmayacaq".

Federasiya rəsmisi təşkilatçılar tərəfindən heç bir soyuq münasibət görmədiklərini sözlərinə əlavə edib: "Mənfi nəsə hiss etməmişik. Ümumiyyətlə, problem olsaydı, bizim komandalara viza verməz, iştiraklarına problem yaradardılar. Arxivə də nəzər saldıq, Dünya Güləş Birliyinin saytında 2014-cü ildən sonrakı yarışları görmək mümkündür. 2019-cu ilə qədər bu yarış Qran-pri statusu almayıb. 2019, 2020 və 2021-ci illərdə artıq Qran-pri statusu ilə təşkil edilib. Yəni, həmin vaxta qədər ciddi yarış hesab edilmirdi. 2019-cu ilə qədər yalnız qadın və sərbəst güləşçilər arasında keçirilib. 2020 və 2021-ci illərdə isə güləşin hər üç növü proqrama daxil edilib. Biz 2020-ci ildə ilk dəfə bu yarışa qatılmışıq. Həmin vaxt yunan-Roma güləşi üzrə yığma komanda iştirak edib. Bu il isə həm yunan-Roma, həm də sərbəst güləşçilərimiz mübarizə aparacaq. Artıq təşkilatçılar bu çatışmazlığı aradan qaldırıblar və loqoya Azərbaycan bayrağını da yerləşdiriblər".

Qeyd edək ki, Qran-pri 15 - 17 yanvarda olacaq.

18
Bakı Olimpiya Stadionu, arxiv şəkli

"UEFA-2020" ilə bağlı vergidən azadolmanın müddəti artırıldı

10
Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi.

BAKI, 12 yanvar - Sputnik. Prezident İlham Əliyev Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklər "UEFA-2020" futbol çempionatı ilə bağlı vergidən azadolmanın müddətinin daha 1 il uzadılmasını nəzərdə tutur.

Sənəddə deyilir ki, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) İcraiyyə Komitəsi ötən il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi. Hazırda bütün dünyada yeni növ koronavirusun (COVID-19) yayılması ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrinə təsir etdiyi kimi, idman sahəsindən də yan keçməyib, o cümlədən böyük idman oyunlarının keçirilməsi təxirə salınıb.

Bildirilib ki, bu səbəbdən futbol üzrə Avropa çempionatının 2020-ci ildə keçirilməsi nəzərdə tutulan oyunlarının 2021-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 aprel 2019-cu il tarixli və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 9 aprel 2019-cu il tarixli qanunların qüvvədə olma müddətinin 1 avqust 2021-ci il tarixinə qədər uzadılması nəzərdə tutulur.

Həmin qanunlarla Azərbaycanda keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar bir çox vergi növləri üzrə - gəlir vergisindən, mənfəət vergisindən, ƏDV-dən, aksizli mallara görə aksizdən, habelə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulub.

10

Həftəsonları yenə piyadayıq

0
Yanvarın 18-dən etibarən ölkə ərazisində karantin rejiminin müəyyən yumşaldılması olacaq: sms icazələr ləğv olunacaq, bir müddət sonra müəyyən sahələr fəaliyyətə başlayacaq. Amma ictimai nəqliyyatın həftəsonu hərəkətinə qoyulan məhdudiyyət götürülmür

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılmasını qərara alıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, buna rəğmən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.

Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar