Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çingiz Hüseynzadə: “Mən əminəm ki,...”

© Photo : mys.gov.azAzərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib
Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
Çingiz Hüseynzadə: Biz gələn il uğurlu bir idman tədbiri keçirəcəyik.

BAKI. 14 may — Sputnik. IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.

Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, MOK-dan olan iştirakçılar IV İslam Həmrəyliyi oyunlarının başlanmasına qalan bu müddət ərzində mühüm əhəmiyyət kəsb edən sualları müzakirə etməklə bərabər, eyni zamanda hazırlıq işləri ilə daha yaxından tanış olmaq məqsədi ilə  idman oyunlarının keçiriləcəyi yarış məkanlarında da olacaqlar.

Azərbaycan MOK–nin vitse-prezidenti və İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə İslam oyunları haqqında bunları dilə gətirib:

“Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına artıq bir ildən də az vaxt qalıb və mən əminəm ki, MOK öz idmançıları üçün yaradılmış imkanlardan məmnun qaldılar və biz gələn il uğurlu bir idman tədbiri keçirəcəyik.”

Qeyd edək ki, bu gün keçirilən iclasda Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin 70  üzvünü qəbul edib.

Xəbər lenti
0