Güləşçi Yaşar Əliyev

Güləşçilərimizi növbəti sınaq gözləyir

11
Azərbaycan güləşçiləri İran, Türkiyə və Ukrayna komandaları ilə B qrupunda mübarizə aparacaqlar. A qrupunda isə, Rusiya, Belarus, Almaniya və Qazaxstan komandaları qüvvələrini sınayacaq.

BAKI, 13 may — Sputnik. Güləşçilərimizi növbəti sınaq gözləyir. Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən xəbərə görə, 19-20 may 2016-cı il tarixdə İran İslam Respublikasının Şiraz şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək.

Yunan-roma güləşi. Arxiv şəkli
© Sputnik / Alexei Filippov

Yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, Türkiyə, Qazaxstan, Belarus, Almaniya və Ukrayna güləşçiləri iştirak edəcəklər. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, Türkiyə və Ukrayna komandaları ilə B qrupunda mübarizə aparacaqlar. A qrupunda isə, Rusiya, Belarus, Almaniya və Qazaxstan komandaları qüvvələrini sınayacaq.

Yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında 12 güləşçimiz Şiraza yollanacaq. Yarışlarda ölkəmizi Taleh Məmmədov, Sakit Quliyev (hər ikisi 59 kq), Kamran Məmmədov, Elman Muxtarov (hər ikisi 66 kq), Rüstəm Əliyev, Ruhin Mikayılov (hər ikisi 71 kq), Şəmistan Quluzadə (75 kq), Emin Əhmədov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev, Türmən Eyyubov (hər ikisi 98 kq) və Oyan Nəzəriani (130 kq) təmsil edəcək.

Yarışın proqramına əsasən, mayın 19-da qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.

Xatırladaq ki, ötən il keçirilən analoji yarışda yunan-Roma güləşçilərimiz Dünya Kubokunu qazanaraq yeni tarix yazmışdılar.

11
Teqlər:
İran, Azərbaycan Güləş Federasiyası, yarış, güləş
Əlaqədar
Azərbaycan güləşçisi olimpiadaya lisenziya qazandı
Qadın güləşçimiz Avropa Çempionu oldu
Azərbaycan güləşçisi dünya reytinqində liderdir
Güləş üzrə Azərbaycan birinciliyi start götürüb
Azərbaycan güləşçiləri Belarusa yollanırlar