Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı hakimə Moskvadan təklif gəlib

© Photo : Ə.Həmzəyevin şəxsi arxivindənƏfqan Həmzəyev, beynəlxalq dərəcəli hakim
Əfqan Həmzəyev, beynəlxalq dərəcəli hakim - Sputnik Azərbaycan
Abunə olmaq
Əfqan Həmzəyev: "Rusiya paytaxtında mayın 13-ü və 14-də şəhər idman idarəsi və "Era" futbol təşkilatı xeyriyyə turniri keçirir. Həmin turnirə həm fəxri qonaq, həm də final oyununun baş hakimi kimi dəvət almışam"

BAKI, 10 may — Sputnik. Çimərlik futbolu üzrə FIFA referisi Əfqan Həmzəyev Azərbaycanı beynəlxalq turnirdə baş hakim olaraq təmsil edəcək. Belə ki hakimimizə 2 ölkədən — Rusiya və Qazaxıstandan dəvət gəlib.

Əfqan Həmzəyevin Sputnik-ə verdiyi məlumata görə, may ayında iki beynəlxalq turnirdə iştirakı planlaşdırılır: "Rusiya paytaxtında mayın 13-ü və 14-də şəhər idman idarəsi və "Era" futbol təşkilatı xeyriyyə turniri keçirir. Həmin turnirə həm fəxri qonaq, həm də final oyununun baş hakimi kimi dəvət almışam. Məsuliyyətli iş olsa da, öhdəsindən gələcəyimə inanıram".

Hakim Həmzəyev Qazaxıstan səfərindən də danışıb: "Qazaxıstan Çimərlik Futbol Federasiyasının dəvəti ilə 19-22 may tarixlərində bu ölkəyə səfər edəcəm. Qazaxıstan kubokunun final mərhələsinə dəvət olunmuşam. 19-20 mayda yerli hakimlərə mini seminar keçəcəyik. Eləcə də meydanda praktiki məşğələlər olacaq. Son 2 gündə isə finallar baş tutacaq".

Qeyd edək ki, bu, Əfqan Həmzəyevin il ərzində xarici ölkəyə 6-cı səfəri olacaq. Beynəlxalq dərəcəli hakimimiz 2016-cı ilin ilk 4 ayı ərzində Yaponiya, Tailand, Fransa və Mərakeşdə çimərlik futbolu üzrə turnirlərdə iştirak edib.

Xəbər lenti
0