Azərbaycan karateçiləri Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatını 3-cü yerdə başa vurublar

Karate tariximizdə daha bir ilkə imza atıldı

47
2 qızıl və 1 bürünc medal qazanan milli komandamız, 21 ölkə arasında, yerli fransızlar və ikinci yerdəki ispanlardan başqa, Avropanın və dünyanın bir çox güclü karate dövlətlərini qabaqlayıb

BAKI, 9 may — Sputnik. Karate üzrə milli yığmamız növbəti uğura imza atıb. Karate Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Azərbaycan karateçiləri Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatını 3-cü yerdə başa vurublar. 2 qızıl və 1 bürünc medal qazanan milli komandamız, mükafatlara sahib ola bilən 21 ölkə arasında, yerli fransızlar və ikinci yerdəki ispanlardan başqa, Avropanın və dünyanın bir çox güclü karate dövlətlərini qabaqlayıb.

Dördqat dünya çempionu Rafael Ağayev (-75 kq) 13-cü dəfə Avropa çempionu olmaqla şəxsi rekordunu yeniləyib. Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abiyeva və İrina Zaretskadan ibarət qadın seçmə komandamız bir-birinin ardınca Portuqaliya, Rusiya, Finlandiya və Türkiyə idmançılarına, final görüşündə isə Xorvatiya kimi yüksək titullu komandalara qalib gələrək qitə birincisi olub. Bu nəticə həm də karate tariximizdə bir neçə ilklərdən olub.

Daha bir rekorda gənclərdən ibarət seçmə komandanın üzvü Roman Heydərov imza atıb. 17 yaşlı R.Heydərov kata yarışlarında bürünc medal qazanmaqla Dünya Karate Federasiyasının (WKF) statistik göstəricilərinə, böyüklər arasında ilk azyaşlı mükafatçı kimi daxil olub.

51-ci Avropa çempionatında 46 ölkədən 437 karateçi mübarizə aparıb. Milli komandamızı oktyabrın axırında Avstriyada dünya çempionatı gözləyir.

47
Teqlər:
Monpelye, çempionat, karate, Fransa
Əlaqədar
Karateçilərimiz mübarizəyə başladılar
Karateçilərimiz Dubaydan iki medalla döndülər
Karateçilərimiz Dubaya yollandılar
Karateçimiz İlahə Qasımova qalib gəldi
Qarabağ - Legiya matçı

Türkiyə "Qarabağ"a qucaq açdı

28
(Yenilənib 20:24 22.10.2020)
Qardaş ölkə təmsilçiləri klubumuzun məktubuna "Stadionumuz hər zaman "Qarabağ"ın xidmətindədir" cavabını göndərib

BAKI, 22 oktyabr - Sputnik. Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın İspaniyanın "Vilyarreal" komandası ilə qarşılaşacağı meydan bəlli olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Qarabağ" klubunun yaydığı açıqlamada deyilir.

Vurğulanır ki, hazırda ölkəmizin bütün cəbhəboyu əks-hücum əməliyyatları uğurla davam edir və ölkəmizdə hərbi vəziyyət elan edilib. İki gün öncə UEFA İcraiyyə Komitəsi ölkəmizdə vəziyyəti nəzərə alaraq, "Qarabağ"ımızın qrup mərhələsində ilk ev oyununu neytral meydanda keçirilməsi ilə bağlı qərar qəbul edib. Və "Vilyarreal"la matçının hansı ölkədə keçirilməsi ilə bağlı UEFA tərəfindən bir neçə ölkə klubumuza təqdim edilmişdir.

"Lakin həmin ölkələrdə klubumuzun təhlükəsizliyi, klubumuza qarşı hər hansı bir təxribat olması ehtimalı və digər məsələləri nəzərə alan klubumuz tərəfindən anında UEFA-ya məlumat verilib və "Vilyarreal"la matçın hər zaman öz dəstəyi ilə yanımızda olan Türkiyədə keçirilməsi üçün tutarlı əsaslarla müraciət göndərilib və bu müraciət UEFA tərəfindən müsbət qarşılanıb.

Ali futbol qurumunun tələbi ilə qarşılaşma bu mövsüm avrokuboklarda ev sahibliyi etmiş stadionda keçirilməlidir. Bununla bağlı qardaş Türkiyə təmsilçilərinə klubumuz tərəfindən məktub ünvanlanıb. Və qardaş ölkə təmsilçiləri klubumuzun məktubuna "Stadionumuz hər zaman "Qarabağ"ın xidmətindədir" cavabını göndərib. Başda "Qalatasaray" olmaqla, öz dəstəyini əsirgəməyən qardaş ölkə təmsilçilərinə təşəkkür edirik.

Hazırda Çempionlar Liqasının qrup mərhələsində iştirak edən "İstanbul Başakşehir" klubunun stadionu isə texniki cəhətdən UEFA-nın tam təmin olunduğuna görə "Qarabağ"ımız "Vilyarreal"la ev matçını məhz "Başakşehir"in Fatih Terim adına stadionunda keçirəcək", - açıqlamada deyilir.

"Qarabağ" Futbol Klubu "Başakşehir" klubuna könüldən göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

28
Teqlər:
Türkiyə, qrup mərhələsi, Avropa Liqası, "Qarabağ" FK, futbol
Əlaqədar
Qurban Qurbanov: “Fikrimiz Azərbaycan əsgərlərinin yanındadır”
"Qarabağ" qardaş Türkiyəni seçdi
Yaşıl sahənin adamı: "Gün gələcək, Şuşada Avropa çempionatı keçirəcəyik"
Dünya futbolunun türk ulduzu Azərbaycana dəstəyini ifadə etdi
UEFA rəhbəri: "Ümid edirəm ki, Qarabağdakı münaqişə tezliklə sülh yolu ilə həll ediləcək"
Qurban Qurbanov, arxiv şəkli

Qurban Qurbanov: “Fikrimiz Azərbaycan əsgərlərinin yanındadır”

20
(Yenilənib 16:01 22.10.2020)
“Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov deyir ki, futbolçuları oyuna motivasiya etməyə çalışırıq
Qurban Qurbanov: ““Makkabi”nin yaxşı oyun fəlsəfəsi var”

“Rəqibimizin Çempionlar Liqasında həm Belarusun “Dinamo” (Brest), həm də Avstriyanın “Zaltsburq” komandaları ilə keçirdiyi matçları izləmişəm. Özünəməxsus oyun taktikası olan komandadır”.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İsrailin paytaxtı Təl-Əvivdə “Makkabi”yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I qrupunun ilk tur matçı barədə danışarkən deyib.

O bildirib ki, rəqibin hansısa futbolçusunu fərqləndirmək istəmir: ““Makkabi”nin yaxşı oyun fəlsəfəsi var. Hazırda Qarabağda müharibə getdiyi üçün fikrimiz Azərbaycan əsgərlərinin yanındadır. Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparır. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Biz də futbolçularımızı oyuna motivasiya etməyə və sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni etməyə çalışırıq”.

Qeyd edək ki, bu gün “Blumfild” stadionunda keçiriləcək “Makkabi” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qurban Qurbanovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

20
Армянская военная форма

Ermənistan son günlərdə hərbi əməliyyatlarda ölən hərbçilərinin siyahısını açıqlayıb

0
(Yenilənib 00:18 23.10.2020)
Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.

BAKI, 22 oktyabr - Sputnik. Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

Sputnik Azərbaycan Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bugünkü siyahıda 26 nəfərin adı yer alıb.

Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 900 nəfərə çatıb.

Qeyd edək ki, qarşı tərəf itkilərinin sayını məqsədyönlü şəkildə gizlədir.

0
Əlaqədar
MN: Ermənistan rəhbərliyi cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb
Madagiz-Ağdərə istiqamətində ermənilərin itkiləri açıqlandı
Ermənistan ordusu ağır itkilər verməyə davam edir - VİDEO
İtkilər üzə çıxır? Ermənistan ordusunun əsgəri ölüb
"Ermənistanın verdiyi itkilər arasında xaricdən gətirilən muzdlular çoxluq təşkil edir"