Rafael Ağayev

İdmançımız Avropa çempionluğunun bir addımındadır

25
Dünəndən start götürmüş 51-ci Avropa çempionatında artıq bir finalçımız məlumdur.

BAKI, 6 may — Sputnik. Dünəndən start götürmüş karate üzrə 51-ci Avropa çempionatında artıq bir finalçımız məlumdur.

Yarışıın birinci günü 87 kq çəki dərəcəsində döyüşən Şahin Atamov üçün uğursuz olub. Karate Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, idmançımız ilk döyüşündə məğlub olaraq mübarizəni dayandırıb. Komandamızın liderlərindən olan  Rafael Ağayev isə gözlənilən ümidləri doğruldub —75 kq çəkidə rəqib tanımayan Rafael Andorra, Avstriya və Macarıstanlı rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Dünya çempionumuz yarımfinalda fransalı rəqibinə də şans verməyib və onu məğlub edərək finala yüksəlib. Final görüşü 7 may tarixində keçiriləcək. Rafael Ağayevin rəqibi türkiyəli idmançı Ərman Əltəmur olacaq.

25
Həbib Nurməhəmmədov, arxiv şəkli

Həbib Nurməhəmmədov öz liqasını yaratdı

388
(Yenilənib 22:28 14.08.2020)
Həbibin yeni açdığı liqa - MMA Global-ın ilk turniri oktyabr və ya noyabr aylarında Floridada keçiriləcək.

BAKI, 14 avqust — Sputnik. Qarışıq döyüş çempionatının (UFC) çempionu Həbib Nurməhəmmədov qarışıq döyüş sənəti liqasının açılışını elan edib.

"Biz öz liqamızı açdıq — MMA Global. Döyüşlər pandemiya dövrünə uyğun bir yerdə keçiriləcək. Oktyabr və ya noyabr aylarında ilk turnir olacaq. Turnir Floridada keçiriləcək", - deyə Nurməhəmmədov Moskvada keçirilən mətbuat konfransında bildirib.

Peşəkar karyerasında heç bir məğlubiyyətə uğramayan rusiyalı idmançı 28 yarışda iştirak edib. UFC-də son döyüşünü isə Nurməhəmmədov sentyabr ayında UFC 242 turnirində keçirib. O zaman çempion amerikalı Dastin Porye üzərində vaxtından əvvəl qələbə qazanıb.

Daha əvvəl isə Həbib siyasi karyera qurmasının mümkün olduğunu deyib.

388
Əlaqədar
Həbib Nurməhəmmədova ağır itki üz verdi
Eksklüziv video: Həbibin atası Azərbaycan MMA Federasiyasının rəhbəri ilə döyüşür
Nurməhəmmədova meydan oxuyurdu, ağzını dağıtdılar – Sözün birbaşa mənasında - VİDEO
Həbibdən Konora: “Sən möhtəşəm döyüşçüsən”
Həbibin qələbə fotosunun müəllifi koronavirusdan öldü - FOTO
Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri

Yığma komandamız Türkiyəyə hazırlaşır - FOTO

11
(Yenilənib 15:00 14.08.2020)
Kamandan oxatma üzrə yığma komandamızın baş məşqçisi deyir ki, onlar yaxın gələcəkdə şəhid generalımız Polad Həşimovun xatirəsinə turnir keçirilməsi təşəbbüsünü irəli sürəcəklər

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Azərbaycanın kamandan oxatma üzrə yığma komandası Qəbələ Atıcılıq Klubunda məşqlərə start verib. Son altı ay ərzində ilk dəfədir ki, komanda açıq havada təlim-məşqlərə başlayıb. Toplantıların 15 gün davam edəcəyi nəzərdə tutulub. Yığma komandanın məşqçisi Natiq Fazilovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, bu məşqlər olduqca vacib və mütləqdir: “Əslində, bu məşqlər hazırlıq məqsədi ilə nəzərdə tutulmamışdı. Lakin Qəbələdə olanda xəbər gəldi ki, Türkiyənin Antalya şəhərində beynəlxalq turnir planlaşdırılır. Turnir Türkiyənin şəhidi Qəhrəman Baqatırın xatirəsinə həsr olunacaq.

© Sputnik / Ilham Ahmadov
Ox atma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri

Turnirdə 12 dövlətdən iştirakçıların olcağı bildirilib. Buna görə də bizim bu gün Qəbələdə məşqlərdə olmağımız yerinə düşdü və oxatanlarımız çalışacaqlar ki, məşqlərdə yüksək səviyyədə iştirak etsinlər. Qəbələdə hazırda məşqlərdə 12 nəfər idmançı və üç məşqçi iştirak edir".

Yığma komandanın məşqçisi onu da bildirdi ki, ilk həftə idmançıların məşqlərə köklənməsi olduqca çətin keçib. Onun sözlərinə görə, bu, başadüşüləndir, çünki onlar altı aya yaxın idi ki, ancaq evlərdə fərdi şəkildə məşq edirdilər: "Hazırda vəziyyət, demək olar ki, yaxşıdır. Artıq gündə iki dəfə məşqlər edirik və hər məşq zamanı 120-200-dək atışlar edilir. Əlbəttə, bu olduqca böyük əziyyət və güc tələb edən bir məşqdir, ancaq bütün bunlara baxmayaraq çox böyük ümidlərimiz var ki, şanlı bayrağımızı istənilən xarici ölkədə dalğalandıracağıq".

  • Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri
    © Sputnik / Ilham Ahmadov
  • Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri
    © Sputnik / Ilham Ahmadov
  • Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri
    © Sputnik / Ilham Ahmadov
1 / 3
© Sputnik / Ilham Ahmadov
Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri

Natiq Fazilov həmçinin bildirdi ki, onlar yaxın gələcəkdə şəhid generalımız Polad Həşimovun xatirəsinə turnir keçirilməsi təşəbbüsünü irəli sürəcəklər və bu turnirin beynəlxalq səviyyədə ya Bakı şəhərində, ya da Qəbələdə - qəhrəmanımızın doğma diyarında - olmasına ümid edirlər.

Komandanın üzvü Nəzrin Zamanova son bir necə gündür ki, məşqlərin əla keçdiyini və nəticələrin qalxdığını deyir "İlk günlər yadırğadığımızı hiss etdik, hətta məsafəyə belə çatmaq bizim üçün çox çətin idi. Hazırda əla vəziyyətdəyik və bizə bu şəraiti yaratdıqları üçün minnətdarlığımızı bildiririk".

© Sputnik / Ilham Ahmadov
Ox atma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri

Komandanın üzvü Məhəmmədəli Əliyev də irəliləyişin olduğunu vurğulayır: "Rejimlə işləyirik, uğur əldə etməyə çalışırıq. Uzun müddətdən sonra ilk dəfədir ki, ağır məşqlərdəyik. Artıq uyğunlaşırıq və irəliləyişlər var. Bizim üçün çətin olsa da qaldığımız yerdən davam edərək nailiyyətlər əldə edəcəyimizə əminəm".

11
Peyvənd, arxiv şəkli

Peyvəndləmənin üçüncü mərhələsi bu şəraitdə keçəcək

0
(Yenilənib 00:28 16.08.2020)
Xatırladaq ki dünyada koronavirusa qarşı ilk peyvənd Rusiyada avqustun 11-də qeydə alınıb. Peyvənd "Sputnik –V" adlandırılıb.

BAKI, 16 avqust — Sputnik. Koronavirus peyvəndi sınaqlarının üçüncü mərhələsi ambulator şəraitdə keçiriləcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bütün könüllülər prosedur üçün evdən gələcəklər. Peyvəndləmə və araşdırmadan sonra isə, geri qayıdacaqlar.

Peyvəndləmə iki mərhələli aparılır. Əvvəlcə antitel səviyyəsinin ölçülməsi üçün qan götürülür. Daha sonra peyvəndin birinci hissəsi vurulur. İkinci iynə isə 21 gündən sonra vurulur. Bundan öncə də qan yoxlanılır. Üç həftədən sonra könüllülər yenidən qan verirlər. Həkimlər antitel artımı müəyyən edir.

Xatırladaq ki dünyada koronavirusa qarşı ilk peyvənd Rusiyada avqustun 11-də qeydə alınıb. Peyvənd "Sputnik –V" adlandırılıb.

Rusiya alimləri infeksiayaya qarşı preparatın yaradılmasına 5 ay vaxt sərf edib.

0