Birinci yerin sahibi Aysel Qənbərova

Formula 1 qalib jurnalistləri mükafatlandırdı

67
(Yenilənib 15:53 22.04.2016)
Rəhim Əliyev: "Biz müsabiqəni açıq elan edəndə düşünürdük ki, birinci ildir, Formula 1 yarışları keçirilir, maraq az olacaq. Amma gözlədiyimizdən daha çox nəticə əldə etdik"

BAKI, 22 apr — Sputnik. Bakı şəhər Halqası Əməliyyat Şirkətinin Azərbaycanda Formula 1 jurnalistikasının inkişafına dəstək məqsədi ilə keçirdiyi "Formula 1 Avropa Qran Prisi jurnalistkərin gözü ilə" adlı məqalə müsabiqəsinin nəticələri elan olunub. Bakı şəhər Əməliyyat Şirkətinin mərkəzi ofisində keçirilən mükafatlandırma mərasimində qaliblər qiymətli hədiyyələr və sertifikatlarla təltif olunublar.

Bakı şəhər Halqası Əməliyyat Şirkətinin təmsilçisi Nigar Arpadarai yarışmada iştirak edən jurnalistlərin hər bir yazısının maraqlı olduğunu söyləyib. Formula 1 üzrə idman şərhçisi və Formula 1 oyunlarının rəsmi elçisi Rəhim Əliyev müsabiqənin şəffaf keçməsindən və gözləntilərdən daha keyfiyyətli yazıların olduğunu söyləyib.

  • Formula 1 Avropa Qran Prisi jurnalistkərin gözü ilə adlı məqalə müsabiqəsinin sertifikatları
    "Formula 1 Avropa Qran Prisi jurnalistkərin gözü ilə" adlı məqalə müsabiqəsinin sertifikatları
    © Sputnik / Murad Orujov
  • Bakı şəhər Halqası Əməliyyat Şirkətinin təmsilçisi Nigar Arpadarai
    Bakı şəhər Halqası Əməliyyat Şirkətinin təmsilçisi Nigar Arpadarai
    © Sputnik / Murad Orujov
  • Formula 1 oyunlarının rəsmi elçisi Rəhim Əliyev
    Formula 1 oyunlarının rəsmi elçisi Rəhim Əliyev
    © Sputnik / Murad Orujov
  • Birinci yerin sahibi Aysel Qənbərova
    Birinci yerin sahibi Aysel Qənbərova
    © Sputnik / Murad Orujov
  • İkinci yerə Sənan Abdullayev yazdığı Real həyatın 1-ci formulası… adlı məqaləsi ilə nail olub
    İkinci yerə Sənan Abdullayev yazdığı "Real həyatın 1-ci formulası…" adlı məqaləsi ilə nail olub
    © Sputnik / Murad Orujov
  • Bakı Şəhər Halqası: Döngələr və tribunalar adlı məqalə isə Elçin Zodorova üçüncülüyü qazandırıb
    "Bakı Şəhər Halqası: Döngələr və tribunalar" adlı məqalə isə Elçin Zodorova üçüncülüyü qazandırıb
    © Sputnik / Murad Orujov
  • Sputnik-Azərbaycanın əməkdaşı Təranə Xudabaxşiyeva da mükafata layiq görülənlər sırasında idi
    "Sputnik-Azərbaycan"ın əməkdaşı Təranə Xudabaxşiyeva da mükafata layiq görülənlər sırasında idi
    © Sputnik / Murad Orujov
  • Həvəsləndirici yerə layiq görülmüş Tuncay Türbəndəzadə
    Həvəsləndirici yerə layiq görülmüş Tuncay Türbəndəzadə
    © Sputnik / Murad Orujov
1 / 8
© Sputnik / Murad Orujov
"Formula 1 Avropa Qran Prisi jurnalistkərin gözü ilə" adlı məqalə müsabiqəsinin sertifikatları

"Biz müsabiqəni açıq elan edəndə düşünürdük ki, birinci ildir, Formula 1 yarışları keçirilir, maraq az olacaq. Amma gözlədiyimizdən daha çox nəticə əldə etdik. Yazılar daha keyfiyyətli, dolğun və əhatəli idi və ən əsası oxunaqlı idi. İştirak edən bütün jurnalistlərə təşəkkür edirəm", — rəsmi elçi deyib.

Daha sonra qalib gələn jurnalistlər mükafatlandırılıb. Böyük rəqabət şəraitində keçən müsabiqədə birinci yerə "Formula 1 — Odlar ölkəsində, sürət zirvəsində!" adlı məqalə ilə Aysel Qənbərova sahib olub. İkinci yerə Sənan Abdullayev yazdığı "Real həyatın 1-ci formulası…" adlı məqaləsi ilə nail olub. "Bakı Şəhər Halqası: Döngələr və tribunalar" adlı məqalə isə Elçin Zodorova üçüncülüyü qazandırıb.

Yarışmada iştirak edən digər jurnalistlər də sertifikat və həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.

67
Teqlər:
Rəhim Əliyev, Nigar Arpadarai, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, müsabiqə, Formula 1, qalib, jurnalist
Əlaqədar
Formula 1: siyasi, iqtisadi və hərbi dividendlər
Formula 1 Azərbaycanda maliyyə bazarına necə təsir göstərəcək?
Formula-1-in faydası barədə fikirlər haçalandı
"Formula 1-ə qərar veriləndə devalvasiya olacağı ağıla gəlmirdi"
Nazir: Formula 1-in bilet satışından 3-4 milyon gəlir əldə edəcəyik
Fernando Alonso Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi elan olundu
AVRO 2020-nin loqosu loqosu, arxiv şəkli

AVRO-2020-nin keçirilməsi ilə bağlı üç senari açıqlandı

9
(Yenilənib 20:58 01.12.2020)
UEFA Avropada koronavirusa yoluxanların azalması mövqeyindən çıxış edir. Qeyd olunur ki, məsələ ilə bağlı yekun qərar gələn ilin martında qəbul olunacaq.

BAKI, 1 dekabr — Sputnik. Futbol üzrə Avropa Çempionatının – AVRO-2020-nin Rusiya hissəsinin təşkilat komitəsinin baş katibi Aleksey Sorokin turnirin keçirilməsi üçün 3 ssenarini açıqlayıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Sorokin bildirib ki, AVRO-2020 tam miqyasda, stadiona məhdud şəkildə azarkeşlər buraxılmaqla və ya tam olaraq azarkeşsiz keçirilə bilər.

Onun sözlərinə görə, UEFA Avropada koronavirusa yoluxanların azalması mövqeyindən çıxış edir. Qeyd olunur ki, məsələ ilə bağlı yekun qərar gələn ilin martında qəbul olunacaq.

AVRO-2020 ötən ilin yayında Avropanın 12 şəhərində keçirilməli idi. Pandemiya səbəbində turnir 2021-ci il 11 iyun - 11 iyul aralığında keçiriləcək. Oyunları Bakı, Budapeşt, Münhen, Kopenhagen, Dublin, Roma, Amsterdam, Sankt-Peterburq, Buxarest, Qlazqo və London qəbul etməlidirlər. Hər iki yarımfinal və final oyunları Londonun "Uembli" stadionunda olmalıdır. Bakı Olimpiya Stadionunda A qrupunun 3 oyunu və 1/4 finalın bir görüşü keçirilməlidir.

9
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

37
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

37
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb

Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

3
(Yenilənib 12:25 03.12.2020)
Üçtərəfli bəyanata əsasən, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

BAKI, 3 dekabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.

Görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi (Laçın şəhəri də bu dəhlizə daxildir) boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

3