QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Ali baş komandanımız, əmrindəyik!"

© Azərtacİlham Əliyev - Ali baş komandan
İlham Əliyev - Ali baş komandan - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın idman ictimaiyyəti döyüşə hazır olduğunu, cəbhə bölgəsində olan igid əsgərlərimizə dəstək olduqlarını nümayiş etdirirlər

BAKI, 18 apr — Sputnik. Azərbaycan bayrağını dünyada dalğalandıran idmançılar bir araya gəliblər. Sputnik xəbər verir ki, ideya müəllifi və layihə rəhbəri Azərbaycan Kapoeyra Federasiyasının Prezidenti Taleh Orucov olan, "Ali baş komandanımız, əmrindəyik!" adlı layihəsi çərçivəsində, tanınmış idmançılar əsgər geyimində hərbi salam ilə cəmiyyətə səslənirlər.

Layihədə Azərbaycanın tanınan və sayılan idmançıları, Olimpiya, Dünya və Avropa Çempionları, Millət Vəkilləri və Federasiya rəhbərləri iştirak ediblər. Layihənin məqsədi, başda nazir Azad Rəhimov olmaqla, bütün idman ictimaiyyətinin döyüşə hazır olduğunu göstərmək, döyüş bölgəsində olan igid əsgərlərimizə dəstək olduqlarını nümayiş etdirməkdir.

Xəbər lenti
0