Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Formula 1: siyasi, iqtisadi və hərbi dividendlər

© Synergy.azBakıdakı Formula 1 yarışları
Bakıdakı Formula 1 yarışları - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislərin fikrincə, mötəbər idman yarışının Bakıda keçirilməsi Azərbaycanın dünyadakı nüfuzundan xəbər verir: "Artıq paytaxtımız bu kimi yarışların keçirilməsi üçün ən ideal məkandır"

BAKI, 15 apr — Sputnik. "Danılmaz faktdır ki, hər keçirilən tədbir ölkə siyasətinin inkişafına təkan verən amillərdəndir". Bunu Sputnik-ə açıqlamasında, millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev deyib.

Formula 1 yarışları. Arxiv şəkli - Sputnik Azərbaycan
İDMAN
"Formula 1-ə qərar veriləndə devalvasiya olacağı ağıla gəlmirdi"

Onun sözlərinə görə, ölkəmizdə bir sıra önəmli beynəlxalq idman yarışlarının təşkili onun siyasi-iqtisadi nüfuzundan xəbər verir: "Eyni zamanda, Azərbaycan dövləti bununla da dünyaya sülh mesajını verir. Həmçinin, bu gün Azərbaycan dünyada beynəlxalq yarışların keçirilməsi üçün ən təhlükəsiz ölkə sayılır. Keçirilən tədbirlər də bunu təsdiqləyir. Qarşıda gözlənilən Formula 1 yarışlarının Bakı şəhərində keçirilməsi ölkəmizin beynəlxalq idman arenasında oynadığı rolu ilə əlaqədardır".

"Artıq Bakı şəhəri bu kimi yarışların keçirilməsi üçün ən ideal məkandır. Üstəlik, dünyada ölkəmizə baxış dəyişməkdədir. Çünki, idman özü təbliğat vasitəsidir", —deyə A. Əliyev söyləyib.

Deputat əlavə edib ki, ölkəmizə gələn turistlər və media mənsubları öz ölkələrində Azərbaycan haqqında hansısa məlumat verirlər: "Bu isə, Azərbaycanın tanıdılmasına böyük təsir göstərir".

Hər hansı ölkədə mötəbər yarış keçirilirsə, bu, həmin ölkəyə turist axını gətirir — yəni pul kütləsi. Bəzən isə yarış maraq kəsb etmir və ölkə istədiyi nəticəni əldə edə bilmir. Formula 1 yarışları iqtisadi cəhətdən ölkəyə nə qazandıracaq?

İqtisadçı-ekspert Nicat Hacızadə Sputnik-ə açıqlamasında bildirib ki, istənilən mötəbər idman oyunları keçirilən ölkələrdə məqsəd ümumi inkişafa dəstək verməkdir: "Azərbaycana böyük uğur gətirəcək Formula 1 yarışları Bakını mühüm iqtisadi şəhərə çevirə bilər. Formula 1 yarışlarına olan biletlərin 65 %-dən çoxunun xarici turistlərin payına düşməsi iqtisadi cəhətdən hesablanmış maraqlı addımdır".

"Dünyanın ən elitar idman növlərindən sayılan Formula 1 elitar təbəqənin insanlarını Bakıya gətirəcək. Bu da gələcəkdə iqtisadiyyata xeyir verəcək hər hansı bizneslərin təməlini qoya bilər. Nəzərə alaq ki, Bakı iqtisadi cəhətdən əlverişli şəhərdir", —deyə mütəxəssis vurğulayıb.

Formula 1 yarışları. Arxiv şəkli - Sputnik Azərbaycan
İDMAN
"Formula 1 mühüm idman yarışıdır, amma böhran dövründə deyil..."

Dünyanın 200-dən çox ölkəsində yarışların canlı yayımla efirə gedəcəyini qeyd edən N. Hacızadənin sözlərinə görə, turistlərin gəlişi xarici valyutanın ölkəyə axınına səbəb olacaq: "Bu oyunlar gələcəkdə həm iqtisadi, həm imic cəhətdən böyük uğur gətirə bilər".

"Formula 1 kimi mötəbər bir yarışın Azərbaycanda keçirilməsinin Dağlıq Qarabağ münaqişəsini bizim xeyrimizə həll olunmasına böyük təsiri ola bilər. Belə yarışlara ev sahibliyi etməyimiz bizim dünyəvi bir ölkə olmağımızı hər kəsə sübut edəcək".

Bunu isə, yarışın qazandıracağı hərbi dividendləri Sputnik-ə şərh edən hərbi ekspert Üzeyir Cəfərov səsləndirib. "İstər Avropa oyunları, istər Formula 1 yarışları Azərbaycanın tanınması üçün gözəl imkandır. Və bu yarışlar vasitəsi ilə digər dövlətlərə özümüzü təsdiq etməklə, Qarabağın bizə aid olmasını dünyaya bir daha sübut edə bilərik. Bu, sadəcə bizim uğurumuzdur", —ekspert vurğulayıb.

Onun sözlərinə görə, istənilən beynəlxalq tədbir Azərbaycanın xeyirinədir və hər bir tədbir ölkəmizin həqiqətlərinin dünyaya çatdırılmasında əlavə imkan yaradır: "Yarışa gələn jurnalistlər tək yarışı çəkmir, həm də ayrı-ayrı reportajlar edir və reportajlar vasitəsilə ölkəmizin vəziyyətini dünyaya tanıdırlar. Bu yarış da bizim haqq səsimizin dünyaya çatdırılmasına böyük köməkdir".

Xəbər lenti
0