Alpinist

Azərbaycanda alpinizmin inkişafı üzrə konsepsiya hazırlanır

48
Gənclər arasında alpinizmin idman növü kimi təbliği, dağ turizminin inkişafı, həmçinin alpinizm üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi qarşıya məqsəd qoyulub

BAKI, 14 apr — Sputnik. 2016-cı il aprelin 9-da Azərbaycan Alpinizm Federasiyası Rəyasət Heyətinin hesabat toplantısı keçirilib. Alpinizm Federasiyasının mətbuat xidmətindən Sputnik-ə bildirilib ki, toplantı zamanı ilk üç ayda görülən işlərə yekun vurulub, cari problemlər müzakirə edilib, gələcək fəaliyyət planı hazırlanıb.

İclasın yekunları üzrə Federasiyanın digər üzvləri və alpinizm klublarının nümayəndələri ilə görüş keçirilib. Rəyasət Heyətinin iclasının yekunları barədə məlumat verən Federasiyanın prezidenti M. Abbasbəyli deyib ki, 2016-cı il fevralın 13-də Federasiyanın prezidenti seçildikdən sonra qısa müddətdə Alpinizm Federasiyasının təşkilati baxımdan möhkəmləndirilməsini, gənclər arasında alpinizmin idman növü kimi təbliğini, dağ turizminin inkişafını, həmçinin alpinizm üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsini qarşısına məqsəd qoyub.

"Hətta iki ay ərzində Federasiyanın Nizamnaməsinin yenilənməsi və qanunvericiliyin tələblərinə uyğunlaşdırılması üzrə hazırlıq işi görülüb, Federasiyaya üzvlük haqqında Əsasnamə hazırlanıb, Federasiyanın yeni vebsaytı və emblemi üzərində iş başa çatmaq üzrədir", —deyə Federasiyadan bildirilib.

Həmçinin "2016-2020-ci illərdə Azərbaycanda alpinizmin inkişafı üzrə strateji konsepsiya" hazırlanır. Sənəd Federasiya Rəyasət Heyəti tərəfindən təqdir edildikdən sonra Azərbaycan Gənclər və İdman Nazirliyinə göndərilməsi nəzərdə tutulur. Toplantı zamanı uğur qazanacaq bir neçə gənc idmançılarımızın olduğunu da qeyd edilib.

48
Teqlər:
Rəyasət Heyəti, alpinist, Azərbaycan Alpinizm Federasiyası, Gənclər və İdman Nazirliyi, konsepsiya, iclas
Əlaqədar
"Şəxsi intriqalar federasiyanı idman aləmindən təcrid etdi"
Azərbaycan Gimnastika Federasiyası beynəlxalq reytinq siyahısına daxil edilir
"Qərb idman növlərində fəlsəfə yoxdur"
"İdmanı siyasətə qatmaq olmaz"
"Bütün idman növlərində uğur qazanmaq mümkün deyil"