Nigar Arpadarai

Bakıya gələcək dünya ulduzlarının adları açıqlandı

68
(Yenilənib 14:22 13.04.2016)
Nigar Arpadarai: "Formula 1 əyləncə proqramları ilə bol olacaq. Yarışlar zamanı 3 dünya şöhrətli ulduz Bakıya gələcək. Cümə, şənbə və bazar günləri konsert proqramı ilə ulduzlar çıxış edəcəklər"

BAKI, 13 apr — Sputnik. "Bildiyiniz kimi, Formula 1 yarışına 2 ay vaxt qalıb. Şəhərdə təmir işlərimiz demək olar, yekunlaşmaq üzrədir. Asfalt qatı demək olar, tam salınıb. Yalnız Hökumət Evi ilə üzbəüz zonada qalıb. May ayında tribunaların və təhlükəsizlik sədlərinin quraşdırılması kimi işlərimiz nəzərdə tutulur. Eyni zamanda, xaricdə tanıtımlarımız da sürətlə davam edir".

Sputnik xəbər verir ki, Bakıda Formula 1 yarışını təşkil edəcək Baku Grand Prix şirkətinin milli mətbuat katibi, marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai bu gün mətbuat konfransında belə deyib. Könüllülərlə iş prosesinə toxunan şirkətin sözçüsü deyib ki, 5 min könüllü lazım olduğu halda, 12 min nəfər könüllü olmaq üçün müraciət edib.

Onun sözlərinə görə, yarışlarda yalnız azərbaycanlı könüllülər olacaq, xaricdən könüllülər gəlməyəcək: "Eyni zamanda, marşallar da iştirak edəcək. Marşallar könüllülərdən fərqlənir. Marşallar yarış zamanı pilotlara kömək edir, qəza zamanı pilotlara yardım edir və bu kimi bir neçə marşal növü var. Bizə 1000 marşal lazım olacaq. Onlardan 700-ü yerli marşal, 300-ü isə xaricdən gələn təcrübəli marşallar olacaq".

"Marşallar xüsusi treninqlərdən keçərək seçilir və xüsusi testlərdən keçib marşal adını alırlar. Marşal olan insanların bir üstünlüyü var ki, onlar Formula 1-i sevir və ölkələri gəzərək yarışlarda könüllü iştirak edirlər", —deyə N. Arpadarai bildirib.

Formula 1 zamanı keçiriləcək konsertlər və əyləncələrı gəlincə, şirkət təmsilçisi 3 dünya ulduzunun yarışlar zamanı Bakıya səfər edəcəyini qeyd edib: "Formula 1 proqramında əyləncə hissəsi yarışın ayrılmaz hissəsidir. Formula 1-də açılış mərasimi kiçik olur. Amma yarışboyu əyləncə proqramları ilə bol olur. Bizim yarışlar zamanı 3 dünya şöhrətli ulduz Bakıya gələcək. Cümə, şənbə və bazar günləri konsert proqramı ilə ulduzlar çıxış edəcəklər. Cümə günü Kriz Braun, şənbə günü Enriki İqlesias, bazar günü isə Farel Viliams konsert proqramı ilə çıxış edəcək".

Onun dediyinə görə, əyləncə proqramı bununla da bitmir: "Yerli ulduzları da bu konsertlərə cəlb etmək niyyətindəyik. Beləliklə yarışlara bilet alan insanlar birbaşa konsertlərdə, əyləncələrdə iştirak etmək hüququ qazanırlar".

Marketinq şöbəsinin rəhbəri biletlərin sürətlə satıldığını əlavə edib: "Xüsusilə 65 faiz biletlər xaricdən alınıb. Əyləncə proqramı açıqlandıqdan sonra daha çox biletin satılacağını düşünürük".

68
Teqlər:
Kriz Braun, Farel Viliams, Enriki İqlesias, könüllü, Baku Grand Prix, Nigar Arpadarai, Marşall, Formula 1, yarış
Əlaqədar
Formula-1-in faydası barədə fikirlər haçalandı
"Formula 1-ə qərar veriləndə devalvasiya olacağı ağıla gəlmirdi"
Nazir: Formula 1-in bilet satışından 3-4 milyon gəlir əldə edəcəyik
Fernando Alonso Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi elan olundu
Formula 1-in akkreditasiya qaydaları açıqlandı
"Formula 1 mühüm idman yarışıdır, amma böhran dövründə deyil..."
Теймур Раджабов, Шахрияр Мамедьяров и Рауф Мамедов, фото из архива

Dünya şöhrətli zəngilanlı şahmatçı: "Sevincimin həddi-hüdudu yoxdur"

39
Türkan Məmmədyarova: "Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi".

BAKI, 20 oktyabr — Sputnik. "Nəhayət ki, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı".

Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

35 yaşlı qrossmeyster Azərbaycan Ordusunun Zəngilan şəhərinin və daha bir neçə kəndinin işğaldan azad etməsinə münasibət bildirib. Əslən Zəngilandan olan milli üzvü feysbuk səhifəsi vasitəsilə sevincini bölüşüb:

"Sevincimin həddi-hüdudu yoxdur. Təşəkkür edirik, Ali Baş Komandanımız, təşəkkür edirik, Azərbaycan əsgəri! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!"

Şəhriyarın sevincinə bacısı Türkan Məmmədyarova da şərik olub. Yığmamızın əsas simalarından sayılan xanım şahmatçı hər iki valideyninin zəngilanlı olduğunu xüsusi vurğulayıb: "Zəngilan işğaldan azad olundu, sevincimizin həddi yoxdur. Mən Zəngilanı çox az xatırladığım halda (işğal olunanda 4 yaşım var idi) sevinc göz yaşlarım sel kimi axdısa, orada həyatları keçənlərin sevincini təsəvvür edə bilmirəm. Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin..."

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində Füzuli rayonu (Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri), Cəbrayıl rayonu (Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri), Xocavənd rayonu (Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri) və Zəngilan rayonunun (Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri) işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.

39
Əlaqədar
Şəhriyar Məmmədyarov onlayn turnirin mükafatçısı oldu
Ali Baş Komandan: Zəngilan bizimdir!
İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır - VİDEO
Şəhriyar Məmmədyarov: Ananda qalib gəldiyimi biləndə, məndən pul almadılar
Rinat Rəhimxanovun rəhbərlik etdiyi alpinistlər qrupu Bazardüzünə yürüş edib

Alpinistlər hərbçilərimizə dəstək məqsədilə Azərbaycanın ən yüksək zirvəsinə qalxıblar

30
(Yenilənib 20:02 14.10.2020)
Azərbaycan çempionu, buzadırmanma üzrə yarışların beynəlxalq mükafatçısı Rinat Rəhimxanovun rəhbərlik etdiyi alpinistlər qrupu Bazardüzünə yürüş ediblər.

BAKI, 14 oktyabr — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı və xarici həvəskar alpinistlər Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üzrə əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə "Explore Mountains" Bakı dağ klubunun təcrübəli bələdçilərinin rəhbərliyi altında Azərbaycanın ən yüksək zirvəsinə — Bazardüzünə yürüş ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, klubun nümayəndələri sosial şəbəkədəki səhifələrində zirvəyə qalxarkən çəkilmiş fotoları yerləşdiriblər.

View this post on Instagram

A post shared by Explore Mountains (@exploremountains_net) on

Qrup 14 nəfərdən ibarət olub. Onlardan üçü Fransa və Ukraynanı, qalanları isə Azərbaycanı, o cümlədən ölkənin Fövqəladə Hallar Nazirliyini təmsil ediblər. Qrupa dağaqalxma və buzaqalxma üzrə Azərbaycan çempionu, buzaqalxma üzrə yarışların beynəlxalq mükafatçısı Rinat Rəhimxanov rəhbərlik edib.

Alpinistlər 4466 metr hündürlüyə qalxıb, orada Azərbaycan bayrağını yüksəldib və Azərbaycan Ordusunun qəhrəmanlarının əks olunduğu tablonu nümayiş etdiriblər.

Yürüş Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi üzrə əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan hərbçilərinə dəstək məqsədilə, eləcə də Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmək üçün keçirilib.

30
OPEC-in mənzil-qərargahı, arxiv şəkli

OPEC neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir

0
OPEC-in prezidenti Əbdülməcid Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini bildirib.

BAKI, 21 oktyabr — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu quruma üzv olmayan neft istehsal edən digər ölkələrdən ibarət OPEC+ qrupunun üzvləri 2020-ci ilin sonuna qədər neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əlcəzairin Energetika naziri və OPEC-in müvəqqəti prezidentliyini icra edən Əbdulməcid Əttar məlumat verib. O, OPEC+ qrupunun neft bazarını və qiymət sabitliyini qorumaq üçün bütün lazımi addımları atmağa qərar verdiyini deyib.

Yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə dünyada neftə olan tələbatın gündəlik 9 milyon bareldən çox azaldığını bildirən Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini də bildirib.

Qeyd edək ki, aprel ayında OPEC+ qrupu ölkələri may ayının əvvəlindən iyulun sonuna qədər gündəlik neft hasilatını 9,7 milyon barelə, avqustdan ilin sonuna qədər isə 7,7 milyon barelə endirmək barədə qərar qəbul etmişdi.

0
Teqlər:
neft, OPEK, OPEC