İntiqam Babayev, Gənclər və idman nazirinin müavini

"Şəxsi intriqalar federasiyanı idman aləmindən təcrid etdi"

52
(Yenilənib 15:04 11.04.2016)
İntiqam Babayev: "Müəyyən dövrlərdə Alpinizm Federasiyasında müəyyən problemlər yaşandı. Amma hesab edirəm ki, idman elə bir sahədir ki, bu sahədə problem varsa, inkişaf olmayacaq"

BAKI, 11 apr — Sputnik. "Ölkəmizdə 80-ə yaxın olimpiya və qeyri-olimpiya idman federasiyaları fəaliyyət göstərir. Və onlar arasında alpinizm federasiyası da var. Azərbaycan Dağ və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının rəhbərliyi altında son illərdə dağçılıq və ekstremal idman növlərinin gənclər arasında xüsusi populyarlıq qazanıb".

Bu fikirləri Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Baş ofisində keçirilən Azərbaycan Alpinizm Federasiyasının (AAF) hesabat seçki konfransında, gənclər və idman nazirinin müavini İntiqam Babayev səsləndirib. Onun sözlərinə görə, ölkəmizdə keçirilən böyük idman yarışları, beynəlxalq idman tədbirləri buna əyani sübutdur.

Azərbaycan Dağ və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının icraçı direktoru Arzu Mustafayev bildirib ki, AAF yarandığı dövrdən Azərbaycanda bu idman növünün formalaşmasına xidmət edib, marağı olan gəncləri bir araya toplayıb və yaratdığı ənənə ilə keçmiş Sovet respublikaları arasında xüsusilə fərqlənib.

"2000-ci ildən Federasiya şəxsi intriqalar fonunda öz eniş dövrünü yaşayıb. Nəticədə qurumdakı qeyri-sağlam mühitinin təsiri ilə Federasiya respublikada geniş vüsət alan idman hərəkatından təcrid olundu. Azərbaycan Dağ və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının Alpinizm Federasiyası ilə əməkdaşlığı da nəticə vermədi", —deyə A. Mustafayev bildirib.

Nazir müavini İntiqam Babayev yeni heyəti təqdirəlayiq hesab edib və qeyd edib ki, idman sahəsində problemlər yaşanmamaıdır: "Müəyyən dövrlərdə Alpinizm Federasiyasında müəyyən problemlər yaşandı. Amma hesab edirəm ki, idman elə bir sahədir ki, bu sahədə problem varsa, ikişaf olmayacaq".

Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov son dövrlərdə federasiyada mövcud olan çatışmazlıqlar və qarşıdakı vəzifələrdən danışdı. O bildirdi ki, yeni heyətlər Alpinizm Federasiyasının gələcəyinə ümid bəsləmək olar. Daha sonra Federasiyanın yeni Prezdenti Nizami Mursaqulov çıxış edərək, yeni həftədən Federasiyann öz işinə başlayacağını bildirdi.

52
Teqlər:
Arzu Mustafayev, İntiqam Babayev, AAF, Azərbaycan Alpinizm Federasiyası, alpinizm
Əlaqədar
"Qərb idman növlərində fəlsəfə yoxdur"
"İdmanı siyasətə qatmaq olmaz"
Kikboksçumuz erməni idmançını məğlub etdi
Brüssel terrorunun şübhəlisi məşhur idmançının qardaşıdır
"Bütün idman növlərində uğur qazanmaq mümkün deyil"
Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev, arxiv şəkli

Qara Qarayev: "Kəndimin işğaldan azad olunmasını sözlə ifadə edə bilmirəm"

111
(Yenilənib 22:47 27.09.2020)
Azərbaycan millisinin də üzvü olan Qara Qarayev Horadiz kəndində doğulub. Kənd onun 1 yaşı olarkən - 1993-cü ildə işğal edilib.

BAKI, 27 sentyabr - Sputnik. "Bu, həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm".

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Füzulinin Horadiz kəndinin işğaldan azad olunması ilə bağlı danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi həsrətində olduğu torpaqlara ayaq basacağı günü səbirsizliklə gözlədiyini bildirib: "İnanıram ki, bu, son deyil. Tezlikdə Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Ordumuzla, xalqımızla qürur duyuram. Bu gün birlik, bərabərlik günüdür. Allah sizi qorusun, Azərbaycan əsgəri"!

Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan Qara Qarayev Horadiz kəndində doğulub. Kənd onun 1 yaşı olarkən - 1993-cü ildə işğal edilib.

111
Teqlər:
Qarabağ FK, Qara Qarayev, Horadiz, Cəbrayıl, erməni təxribatı, Azərbaycan Ordusu, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağ
Əlaqədar
Azərbaycan Odusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib
Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Ordumuz Ermənistanın hərbi texnikalarını belə məhv edir – VİDEO
Ermənistan təxribatı nəticəsində bir ailənin 5 üzvü həlak olub
Ermənistan ordusunun mərmiləri Tərtərdə evləri viran etdi - FOTO
Ermənistan ordusunun silah-sursat anbarı məhv edilib - VİDEO
 Mario Balotelli, arxiv şəkli

Məşhur futbolçu evlənməyə hazırlaşır

7
(Yenilənib 14:43 26.09.2020)
Məşhur futbolçu 1 aydır ki, münasibətdə olduğu model və "Instagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

BAKI, 26 sentyabr — Sputnik. İtaliyalı tanınmış qaradərili futbolçu ailə qurmağa hazırlaşır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İtaliyanın ən çox gündəmdə olan futbolçusu Mario Balotelli evlilik hazırlıqlarına başlayıb. Məşhur hücumçu 1 aydır ki, münasibətdə olduğu model və "İnstagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

Qeyd edək ki, məşhur cütlük artıq nişanlanıb.

 

7

Ermənistan ordusunun daha bir neçə hərbi texnikası məhv edilib - VİDEO

0
(Yenilənib 01:57 28.09.2020)
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür

BAKI, 28 sentyabr - Sputnik. Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinə məxsus daha bir neçə hərbi texnika məhv edilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təqdim olunan videoda düşmənə məxsus hərbi texnikaların məhv edilmə anları əks olunub.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

0
Teqlər:
məhv, hərbi texnika, Ermənistan Silahlı Qüvvələri, Azərbaycan Ordusu, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Azərbaycan MN Ermənistanın itkilərini açıqladı: 550 nəfərdən çoxdur
Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı
Ermənistan ordusunun silah-sursat anbarı məhv edilib - VİDEO
Ermənistan ordusu zirehli texnikasını döyüş meydanında ataraq qaçır - VİDEO
Ermənistan itkilərini etiraf etməyə başladı, onlarla ölü, yüzdən çox yaralı