Kikboksinq üzrə Azərbaycan Çempionatı

Azərbaycanda kikboks yarışı keçiriləcək

187
Adil Əliyev: "Bu tədbir bölgələrdə gənclər arasında vətənpərvərlik ruhunun yüksəlməsinə və eyni zamanda sağlam ruhlu gənclərin idmana olan marağının artmasına səbəb olacaq"

BAKI, 7 apr — Sputnik. Peşəkar kikboksçularımız Göygöl rayonuna yola düşürlər. Kikboks federasiyasiyasının mətbuat katibindən Sputnik-ə verilən məlumata görə, aprelın 9-da Göygöl rayonunda Gənclər və İdman Nazirliyi, Azərbaycan Kikboksinq Federasiyası və Göygöl Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə, döyüş ruhunu yüksəltmək və gənclər arasında vətənpərvərlik ruhunu qaldırmaq məqsədilə kikboksinq üzrə peşəkarlar arasında reytinq və kəmər müdafiə döyüşləri keçiriləcək.

Bu barədə məlumat verən AFK prezidenti, millət vəkili Adil Əliyev, son günlər cəbhə bölgəsində baş verən hadisələr və ordumuzun uğurlu əməliyyatları ilə əlaqədar vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsinin vacibliyinə toxunub: "Biz də hesab edirik ki, bu tədbir bölgələrdə gənclər arasında vətənpərvərlik ruhunun yüksəlməsinə və eyni zamanda sağlam ruhlu gənclərin idmana olan marağının artmasına səbəb olacaq. Məqsəd, həmçinin qarşıda gözlənilən beynəlxalq yarışlarda iştirak edəcək peşəkarlardan ibarət yığma komandanın tərkibini komplektləşdirməkdir".

Xatırladaq ki, yarışda 9 döyüş olacaq. Döyüşlər 9 aprel 2016-ci il, saat 18:00-da başlayacaq.

187
Teqlər:
yarış, Adil Əliyev, Kikboks federasiyasiyası, Göygöl, kikboks
Əlaqədar
Taekvandoçularımız Almaniyada döyüşəcəklər
Azərbaycan taekvondoçuları yarımfinalda
Dəfələrlə dünya və Avropa çempionu olan karateçimiz jurnalistlərlə görüşəcək
Dieqo Armando Maradona, arxiv şəkli

Əfsanəvi Dieqo Maradona vəfat etdi

58
(Yenilənib 20:55 25.11.2020)
Dieqo Maradona 1986-cı ildə Argentina yığmasının futbol üzrə dünya çempionu olmasında həlledici rol oynayıb.

BAKI, 25 noyabr - Sputnik. Dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona dünyasını dəyişib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, argentinalı hücumçu 60 yaşında vəfat edib. O, bir neçə gün əvvəl La-Plata klinikasında beyin əməliyyatı keçirdiyinə baxmayaraq, ölümü başqa səbəbdən olub. Maradona infarktdan həyatını itirib. 

Dieqo Maradona 1986-cı ildə Argentina yığmasının dünya çempionu olmasında həlledici rol oynayıb.

Dieqo Armando Maradona 1960-cı il oktyabr ayının 30-da Argentinanın Villa Fiorito şəhərində anadan olub. Futbol karyerasına 10 yaşından başlayıb. 1976-cı ildə "Argentinos Xuniors" klubunda ölkə çempionatı matçına çıxan Maradona 1979-cu ildə keçirilən gənclər arasında dünya çempionatına qatılıb.

O, 1982-ci ildə o dövr üçün rekord məbləğə – 4 milyon dollara İspaniya "Barselona"sına transfer olub. İki il sonra İtaliya "Napoli"sinə keçən Maradona Neapolda 1991-ci ilədək qalıb. O, Argentina millisinin şərəfini qoruduğu 91 matçda 34 qol vurub.

1986-cı ildə Argentina yığmasının qızıl medal qazandığı dünya çempionatında Maradonanın 1/4 finalda İngiltərə yığmasının qapısından əl ilə keçirdiyi top uzun müddət müzakirə mövzusu olub. Səbəbkarın özü hakimin hesaba aldığı topu "tanrının əli" vasitəsilə qapıdan keçirdiyini bildirib.

1991-ci ildə İtaliya çempionatı matçından sonra dopinq-testdən keçən Maradonanın kokain qəbul etdiyi aşkarlanıb. İki il sonra İspaniya "Sevilya"sına transfer olan futbolçu 1994-cü il dünya çempionatında forma geyib. Lakin onun yenə qadağan olunmuş dərman preparatı qəbul etdiyi ortaya çıxdığından, 15 aylıq diskvalifikasiya olunaraq, yarışdan kənarlaşdırılıb.

Cəzalı olduğu müddətdə o, vətənində "Deportivo Mandiyu" və "Rasinq" klublarında baş məşqçi kimi çalışıb, diskvalifikasiyası başa çatdıqdan sonra isə o, "Boka Huniors"a qayıdıb. Lakin kokain aludəçiliyindən qurtula bilməməsi üzündən 1997-ci ildə futbolçu karyerasını başa vurub.

Eniş-çıxışlarla, qalmaqallarla zəngin həyatına baxmayaraq, Maradona 2000-ci ildə FİFA tərəfindən braziliyalı Pele ilə birgə XX əsrin ən yaxşı futbolçusu seçilib. Lakin o, təntənəli mərasimdə öz mükafatını aldıqdan sonra Pelenin də təltif olunmasını gözləmədən zalı tərk edib. O, ertəsi gün verdiyi açıqlamada yalnız özünü dünyanın ən yaxşı futbolçusu hesab etdiyi üçün belə addım atdığını bildirib.

58
Teqlər:
Argentina, hücumçu, Dieqo Maradona, Vəfat
Qalatasaray azarkeşləri, arxiv şəkli

Türkiyənin məşhur klubundan şəhidimizlə bağlı jest

42
(Yenilənib 21:08 24.11.2020)
"Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Muradın səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar.

BAKI, 24 noyabr — Sputnik. "Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Murad Məmmədovun səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə CBC Sportun idman şərhçisi Gündüz Abbaszadə məlumat yayıb. O bildirib ki, şəhidin ailəsi "Qalatasaray"ın oyununa dəvət olunacaq. Klub şəhidimizin məzarını ziyarət edəcək: ""Qalatasaray" prezidentinin köməkçisi Yusuf Günay bir az əvvəl telefon danışığımızda mənə bunları dedi. Fərid və Muradın ailəsinin nömrələrini də istədi. Tapdıq, göndərdik. Bununla yanaşı, Türkiyə TV-lərində bu haqda xəbərlər olacaq. Ümid edirəm, ruhları şaddır!"

Xatırladaq ki, Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Fərid Dursunovun son istəklərindən biri azarkeşi olduğu Türkiyənin "Qalatasaray" klubu ilə bağlı olub. Qax rayonundan olan Fərid "Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray"ımın bayrağını da asarsınız", - deyə dostlarından xahiş edib. Şəhidlik zirvəsinə ucalandan sonra isə yoldaşları onun bu istəyini yerinə yetiriblər. Qəhrəmanımızın məzarına üçrəngli Azərbaycan bayrağı ilə yanaşı, "Qalatasaray" bayrağı da asılıb. Eyni zamanda sosial şəbəkələrdə gəncin dostları və digər fəallar məsələ ilə bağlı "Qalatasaray" klubunun rəhbərliyinə məlumat verdiklərini bildiriblər. Qeyd edilib ki, klub rəsmiləri də şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə müəyyən rəsmi addımlar atacaqlarını vurğulayıblar.

42
Teqlər:
bayraq, arzu, Qax, azərbaycanlı, şəhid, "Qalatasaray" futbol klubu, Türkiyə

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

0
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0