BAKI, 30 mart — Sputnik. Dünən Türkiyənin İstanbul şəhərində voleybol üzrə Avropa kuboku çərçivəsində, Türkiyənin "Qalatasaray" klubu Rusiyanın "Dinamo" klubu ilə qarşılaşıb. Oyun zamanı "Qalatasaray" klubunun azərkeşləri rusiyalı idmançılara əllərində olan butılkaları, zibil qutularını atıblar.
Bu haqda məlumatı "Dinamo" klubunu təmsil edən voleybolçu Tatyana Koşeleva şəxsi instagram səhifəsində məlumat verib.Məsələ ilə bağlı Sputnik-ə açıqlama verən "Azəryol" voleybol klubunun baş məşqçisi Ziya Rəcəbov hesab edir ki, idmanı siyasətə qatmaq doğru deyil. Onun sözlərinə görə, hal-hazırda Rusiya ilə Türkiyə arasında baş yaşanan gərginliyin idmana da sirayət etməsi, daha doğrusu idmanı siyasi münasibətlərə qatmaq üzücüdür.
"Bu, düzgün deyil. İdman ayrı, siyasət ayrı. Aqressiya idmanda ola bilər, idmançı idmançıya xarakter göstərib qalib gələ bilər. Amma idmançının idmançıya və ya azarkeşin idmançıya nə isə əşya atması… bu, idman qanununa ziddir", —deyə Z. Rəcəbov bildirib.
Baş məşqçi əlavə edib ki, bütün bunlarla yanaşı, azarkeşlərdə hansısa çılğınlığın, aqressiya hallarının olması da başadüşüləndir: "Hər bir azarkeşin bir xarakteri var. Sadəcə siyasəti də idmana qatdıqları üçün belə nəticə yaranıb. Başqa klubla Türkiyə oynasaydı, azarkeşlər belə aqressiya göstərməzdilər. Amma yenə də deyirəm, idmanı siyasətə qatmaq olmaz".
BAKI, 22 fevral — Sputnik. Peşəkar karyerasını bitirdiyini elan edən məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov karyerası haqqında film çəkilişləri üçün Hollivudla çalışdığını və "Oscar" qazanmağı planlaşdırdığını söyləyib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, döyüşçü hazırda sənədli film üzərində işləyir: "Təxminən bir il yarım lazımdır. "Oscar" qazanmaq istəyirik. 20 dəqiqə ərzində "Oscar"lıq film çəkmək o qədər də asan deyil. Hollivudla birlikdə işləyirik. Çox güman ki, dərhal kinoteatrlarda nümayiş olunacaq. Bu normal bir hekayədir, dağdan gələn oğlan çəki kateqoriyasından asılı olmayaraq ən yaxşı döyüşçü oldu, məğlub olmadı".
Xatırladaq ki, 32 yaşlı Nurməhəmmədov Castin Qeyjini UFC 254 turnirinin ikinci turunda "üçbucaq" boğma fəndindən istifadə edərək məğlub edib. Döyüşdən sonra rusiyalı karyerasını bitirdiyini elan edib. Onun hesabında 29 MMA döyüşündə 29 qələbə, o cümlədən UFC-nin 13 döyüşündə 13 qələbə var.
BAKI, 21 fevral - Sputnik. Futbol ulduzu Ronaldinyo Qauçonun anası koronavirusdan vəfat edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Mundo Deportivo xəbər yayıb.
Ronaldinyo 71 yaşlı anası Migelinanın xəstəxanaya aparıldığını hələ ötən il dekabrın 21-də sosial şəbəkədə yazmış, anasının intensiv terapiya şöbəsinə yerləşdirildiyini və həkimlərin tam qayğısı ilə əhatə olunduğunu demişdi.
😔 ¡LAMENTABLE NOTICIA DESDE BRASIL!
— Telemundo Deportes (@TelemundoSports) February 21, 2021
😥 La madre de @10Ronaldinho falleció a sus 71 años por #COVIDー19.
Conoce los detalles 👉👉 https://t.co/Ij426baAg8 pic.twitter.com/vruYSmWN1M
Ronaldinyo 2018-ci ildə futbolçu karyerasına son qoyub. O, 2003-2008-ci illərdə "Barselona"nın heyətində iki dəfə İspaniya çempionu, bir dəfə isə Çempionlar Liqasının qalibi olub.
BAKI, 2 mart — Sputnik. Martın 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 22,498 nəfər vaksinasiya olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 293,360 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.
Qeyd edək ki, 2021-ci il yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılıb. Vaksinasiyada Çinin SinoVac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.