Məryəm İmanova, stolüstü tennisçi

"Olimpiyadaya lisenziya ala biləcəyəmmi, deyə bilmərəm..."

59
Məryəm İmanova: "Beynəlxalq yarışlarda çox oluram və uğur qazandıqlarım da var, məğlub olduğum da. Bu təcrübəmə əsaslanıb deyirəm ki, olimpiyadaya lisenziya qazanmaq çox çətindir. Mənə görə böyük öhdəlikdir"

Azərbaycanda gənclərin stolüstü tennisə marağı günü-gündən artır. Sputnik-in əməkdaşı, bu idman növünün xüsusiyyətləri, ölkəmizdə stolüstü tennisin inkişaf dinamikası və digər mövzular ətrafında, gənc və perspektivli stolüstü tennisçi Məryəm İmanova ilə həmsöhbət olub.

- Məryəm peşəkar stolüstü tennisdəsən. Necə oldu, bu idman növünü seçdin? Axı bir neçə il öncə bu idman növü elə də məşhur deyildi…

— Mənim dayım stolüstü tennis müəllimidir. Mən də kiçik yaşlarımda zala gedirdim. Nəhayət, 6 yaşımdan mən də məşqlərə qoşuldum. Sonralar bu idman növünə sevgim yarandı və beləliklə qərara gəldim ki, peşəkar idmançı olacam.

- İndiyə qədərki hədəflərinə çata bilmisən?

— İlk zala daxil olduğum zaman oradakı müsbət aura və kollektivimizin yaxşı olması məni idmana daha da həvəsləndirdi. Özümdən güclü idmançıları görüb onlar kimi olmağa çalışırdım. İllər keçdikcə mən də onlar kimi yaxşılar sırasına qatılmağa başladım. Hal-hazırda milli yığmada yer alıram. 18 yaş üçün məncə, böyük uğurdur. İdmana başlayanda qarşıma Respublika çempionu olmaq məqsədi qoymuşdum. Və çox məşq edib bu məqsədimi reallaşdırdım. İndi isə qarşıma Avropa və dünya çempianatında uğur qazanmaq məqsədləri qoymuşam. İnanıram ki, çox məşq edib, əziyyət çəksəm, bu məqsədlərimə də çata biləcəm.

- Olimpiyadada hələ də bizi təmsil edən və uğur qazanan stolüstü tennisçimiz yoxdur. Yaşın bu baryeri aşmağına və olimpiyadada iştirak etməyinə uyğundur. Bu haqda düşünürsən?

— Stolüstü tennis elə idman növüdür ki, mən deyə bilmərəm, olimpiya çempionu olacağam. Əlimdən gələni edirəm, çox məşq edirəm, amma olimpiyadaya gedə biləcəm, ya yox, onu bilmirəm.

- Nədənsə inamsızlıq var deyəsən…?

— Yox. Sadəcə beynəlxalq yarışlarda çox oluram və uğur qazandıqlarım da var, məğlub olduğum da. Bu təcrübəmə əsaslanıb deyirəm ki, olimpiyadaya lisenziya qazanmaq çox çətindir. Mənə görə böyük öhdəlikdir.

- Karyeranı nə vaxta kimi davam etdirmək fikrindəsən?

— Hələ yeni başlayıb karyeram. Gücüm nə qədər çatacaqsa, o qədər davam edəcəm. Ancaq irəli getməyi düşünürəm.

- Millidə çinli rəqibləriniz də var. Hansı ki sizə qalib gəlirlər. Bu, sizə mənfi təsir etmir?

— Bəli, kifayət qədər güclü rəqibdirlər. Onlar Çində məşq etdiklərindən, daha güclüdürlər. Onların zallarında məşq etmək üçün daha münasib şərait var. Həm yarışıar çox keçirilir Çində. Ona görə orda təcrübə qazanmaq daha asandır. Amma onları məğlub etmək mümkünsüz deyil sadəcə özünü toplamaq lazımdır. Bir az da təcrübə yığaraq onları məğlub etmək olacaq. Əsas özünə inanmaqdır.

59
Teqlər:
Məryəm İmanova, stolüstü tennis, olimpiada, qələbə, yarış, idman
Əlaqədar
Kikboksçumuz erməni idmançını məğlub etdi
"Bütün idman növlərində uğur qazanmaq mümkün deyil"
On qat Azərbaycan çempionu rus idmançıya qarşı döyüşəcək
"Həyatımı idmana həsr edəcəm, özümü başqa yerdə görmürəm"
"Bu idman növü ilə ailə həyatı heç cür alınmır..."
Теймур Раджабов, Шахрияр Мамедьяров и Рауф Мамедов, фото из архива

Dünya şöhrətli zəngilanlı şahmatçı: "Sevincimin həddi-hüdudu yoxdur"

42
Türkan Məmmədyarova: "Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi".

BAKI, 20 oktyabr — Sputnik. "Nəhayət ki, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı".

Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

35 yaşlı qrossmeyster Azərbaycan Ordusunun Zəngilan şəhərinin və daha bir neçə kəndinin işğaldan azad etməsinə münasibət bildirib. Əslən Zəngilandan olan milli üzvü feysbuk səhifəsi vasitəsilə sevincini bölüşüb:

"Sevincimin həddi-hüdudu yoxdur. Təşəkkür edirik, Ali Baş Komandanımız, təşəkkür edirik, Azərbaycan əsgəri! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!"

Şəhriyarın sevincinə bacısı Türkan Məmmədyarova da şərik olub. Yığmamızın əsas simalarından sayılan xanım şahmatçı hər iki valideyninin zəngilanlı olduğunu xüsusi vurğulayıb: "Zəngilan işğaldan azad olundu, sevincimizin həddi yoxdur. Mən Zəngilanı çox az xatırladığım halda (işğal olunanda 4 yaşım var idi) sevinc göz yaşlarım sel kimi axdısa, orada həyatları keçənlərin sevincini təsəvvür edə bilmirəm. Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin..."

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində Füzuli rayonu (Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri), Cəbrayıl rayonu (Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri), Xocavənd rayonu (Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri) və Zəngilan rayonunun (Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri) işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.

42
Əlaqədar
Şəhriyar Məmmədyarov onlayn turnirin mükafatçısı oldu
Ali Baş Komandan: Zəngilan bizimdir!
İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır - VİDEO
Şəhriyar Məmmədyarov: Ananda qalib gəldiyimi biləndə, məndən pul almadılar
Rinat Rəhimxanovun rəhbərlik etdiyi alpinistlər qrupu Bazardüzünə yürüş edib

Alpinistlər hərbçilərimizə dəstək məqsədilə Azərbaycanın ən yüksək zirvəsinə qalxıblar

30
(Yenilənib 20:02 14.10.2020)
Azərbaycan çempionu, buzadırmanma üzrə yarışların beynəlxalq mükafatçısı Rinat Rəhimxanovun rəhbərlik etdiyi alpinistlər qrupu Bazardüzünə yürüş ediblər.

BAKI, 14 oktyabr — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı və xarici həvəskar alpinistlər Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üzrə əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə "Explore Mountains" Bakı dağ klubunun təcrübəli bələdçilərinin rəhbərliyi altında Azərbaycanın ən yüksək zirvəsinə — Bazardüzünə yürüş ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, klubun nümayəndələri sosial şəbəkədəki səhifələrində zirvəyə qalxarkən çəkilmiş fotoları yerləşdiriblər.

View this post on Instagram

A post shared by Explore Mountains (@exploremountains_net) on

Qrup 14 nəfərdən ibarət olub. Onlardan üçü Fransa və Ukraynanı, qalanları isə Azərbaycanı, o cümlədən ölkənin Fövqəladə Hallar Nazirliyini təmsil ediblər. Qrupa dağaqalxma və buzaqalxma üzrə Azərbaycan çempionu, buzaqalxma üzrə yarışların beynəlxalq mükafatçısı Rinat Rəhimxanov rəhbərlik edib.

Alpinistlər 4466 metr hündürlüyə qalxıb, orada Azərbaycan bayrağını yüksəldib və Azərbaycan Ordusunun qəhrəmanlarının əks olunduğu tablonu nümayiş etdiriblər.

Yürüş Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi üzrə əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan hərbçilərinə dəstək məqsədilə, eləcə də Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmək üçün keçirilib.

30
(1:13 / 9.91Mb / просмотров видео: 38)

İşğalçıların döyüş meydanında atıb-qaçdığı növbəti hərbi texnikalar - VİDEO

21
(Yenilənib 15:04 21.10.2020)
Azərbaycan ordusunun hərbçiləri yenə Ermənistan silahlı qüvvələrinin hərbi texnikasını qənimət olaraq götürüblər.

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb-qaçdığı, həmçinin bölmələrimiz tərəfindən məhv edilən növbəti hərbi texnikaları nümayış etdirib. 

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Səfərşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

21
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə