Gənclər və idman naziri Azad Rəhimov

Azərbaycan "İkinci Köçəri Oyunları"nda böyük heyətlə iştirak edəcək

32
Azad Rəhimov: ""Gənclər Festivalı" ilə yanaşı, Şuranın protokolunun müxtəlif maddələrində göstərilən "Yay Gənclər Düşərgəsi" və Gənclər qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə "Gənclər Şurası"nın iclasının da Azərbaycanda keçirilməsini dəstəkləyirik"

BAKI, 4 mart — Sputnik. "Ümid edirik ki, bu ilin sentyabrında Qırğızıstanda keçirilməsi nəzərdə tutulan "İkinci Köçəri Oyunları"nın hazırlığı vaxtında və uğurla başa çatacaq. Azərbaycan bu oyunlarda böyük heyətlə iştirak edəcək". Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bunu gənclər və idman naziri Azad Rəhimov Türk Şurası gənclər və idman nazirlərinin İstanbulda keçirilən I toplantısında deyib.

2016-cı ildə Gəncənin Avropanın Gənclər paytaxtı seçildiyini xatırladan nazir Türk dünyası gənclərinin "Gənclər Festivalı"nın Gəncədə keçirilməsinin təklif edib: ""Gənclər Festivalı" ilə yanaşı, Şuranın protokolunun müxtəlif maddələrində göstərilən "Yay Gənclər Düşərgəsi" və Gənclər qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə "Gənclər Şurası"nın iclasının da Azərbaycanda keçirilməsini dəstəkləyirik".

"Həmçinin, Türk Universiadasının iki ildən bir əlifba sırası ilə bir dövlətdə keçirilməsini məqsədəuyğun hesab edirik. Eyni zamanda, 2018-ci ildə bu oyunları Azərbaycanda təşkil edə biləcəyimizi qeyd etmək istərdim", —deyə nazir bildirib.

A.Rəhimov IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Türk Şurasının gənclər və idman nazirlərinin 2-ci toplantısının gələn ilin mayında Azərbaycanda keçirilməsi də təklif edib.

32
Teqlər:
Azad Rəhimov, "İkinci Köçəri Oyunları", Gənclər və İdman Nazirliyi, gənclər və idman nazirinin müavini İntiqam Babayev
Əlaqədar
Azərbaycanlı idmançı Londonda kikboks klubu açıb
Türkiyədə idmançıları daşıyan avtobus aşıb, ölən və yaralananlar var
On qat Azərbaycan çempionu rus idmançıya qarşı döyüşəcək
Öldürülən idmançının yaxında üçüncü övladı dünyaya gələcək
Kikboksinq üzrə Azərbaycan çempionatı DİN İdman Cəmiyyətinin qələbəsi ilə başa çatıb
Ağdamda Cümə məscidi

"Qarabağ"ın futbolçuları Ağdam məscidində ibadət etdilər "İmarət" stadionunda oynadılar

25
(Yenilənib 16:55 28.11.2020)
"Qarabağ" futbol klubunun üzvləri bu gün Ağdamda Cümə məscidini ziyarət ediblər və "İmarət" stadionunda simvolik futbol oynayıblar.

BAKI, 28 noyabr — Sputnik. "Qarabağ" klubu bu gün təmsil etdiyi Ağdam şəhərinə səfər edib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, səfərdə klub rəhbərliyi ilə yanaşı məşqçilər və futbolçular da yer alıb.

Komanda üzvləri Ağdamdakı Cümə məscidində namaz qılıblar.

Sonra Ağdam klubu doğma meydanda ("İmarət" stadionunda) simvolik olaraq futbol oynayıb.

Simvolik matç Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin işğaldan azad olunmuş Ağdama səfəri çərçivəsində baş tutub.

"Qarabağ"ın legionerləri də Ağdam şəhərinə aparılıb.

  • “Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb
    © Photo : APA
  • “Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb
    © Photo : APA
  • “Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb
    © Photo : APA
1 / 3
© Photo : APA
“Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb

Bu, Qarabağ" futbol klubunun 27 ildən sonra işğaldan azad edilmiş Ağdama ilk səfəridir.

Komandanın yaranma tarixi 1951-ci ildən başlasa da, "Qarabağ" adı ilə ilk dəfə 1987-ci ildə yaşıl sahələrə çıxmağa başlayıb. 

Ağdam noyabrın 20-də 27 illik erməni işğalından azad olunub.

25
Teqlər:
Ağdam, "Qarabağ" FK, Qarabağ
Qarabağ - Sivasspor matçından görüntü

"Qarabağ" Türkiyədən məğlub ayrıldı

29
(Yenilənib 00:03 27.11.2020)
UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda "Qarabağ" və "Sivasspor" komandaları İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qarşılaşıblar.

BAKI, 26 noyabr - Sputnik. UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Qarabağ" və "Sivasspor" komandaları arasında oyun start götürüb.

Sputnik Azərbaycan xəbər verir ki, İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda oynanılan qarşılaşma Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı 1 dəqiqəlik sükutla başlayıb.

Hesabı 8-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Abdullah Zubir açıb. Türkiyə təmsilçisi 40-cı dəqiqədə Aruna Konenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Uroş Matiç 51-ci dəqiqədə fərqlənməklə Azərbaycan çempionunu yenidən hesabda önə keçirib.

58-ci dəqiqədə "Sivasspor"un oyunçusu Olarenvayu Kayode hesabı bərabərləşdirib.

Oyunun 79-cu dəqiqəsində Kone komandasını uğura aparan növbəti qolu vurub. Beləliklə, oyun ev sahiblərinin qələbəsi ilə nəticələnib.

Qrupda ardıcıl 4-cü məğlubiyyətdən sonra Azərbaycan çempionunun 1/16 final şansının üstündən rəsmən xətt çəkilib. Artıq son iki tur Qurban Qurbanovun yetirmələri üçün formal xarakter daşıyacaq.  

“Qarabağ” növbəti oyununu dekabrın 3-də “Makkabi”yə qarşı məhz bu arenada keçirəcək.

29
Teqlər:
futbol, UEFA Avropa Liqası, UEFA, Fatih Terim, İstanbul, "Sivasspor" FK, "Qarabağ" FK, "Qarabağ

"Qafqazın Xirosiması" - fransız kanalı Ağdamı belə adlandırdı

0
(Yenilənib 21:43 28.11.2020)
“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir" - France-24.

BAKI, 28 noyabr - Sputnik. “France-24” kanalı işğaldan azad edilmiş Ağdam rayonu haqqında reportaj yayımlayıb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, reportajda münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməli olduğu bildirilir. Qeyd edilir ki, bununla da Azərbaycan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun hamısını geri qaytarmış olacaq.

Kanalın xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin Ağdamdan hazırladıqları reportajda deyilir:

“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Bu gün Ağdamda hələ də qalan yeganə bina məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Buranın sakinləri köç etmək məcburiyyətində qaldı. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər”.

Reportajda Ağdam sakini Zülfü Qasımovun bu fikirlərinə də yer verilir: “Belə bir şəhəri bu günə salmaq olarmı? Bu evləri belə dağıtmaq olarmı? Siz bu evlərin keçmişini görsəydiniz bilərdiniz ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda olub. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki qalmaqları mümkün deyildi. Ona görə də əllərinə düşən hər şeyi dağıdıblar”.

Reportajda qeyd edilir ki, bərpa işlərindən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən azad edilmiş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları bu istiqamətdə işə başlayıblar.

ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov deyir ki, 4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar aşkar edilərək zərərsizləşdirilib.

Reportajda, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə vurulmuş ziyanı 10 milyardlarla dollar həcmində dəyərləndirdiyi və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcəyi diqqətə çatdırılır.

0
Teqlər:
Xirosima faciəsi, Xirosima, Qafqaz, ANAMA, Ağdam şəhəri, Ağdam