Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bülənt Qorxmaz Azərbaycandan Türkiyəyə hansı futbolçuları aparmaq istəyir?

© AP Photo / Ibrahim UstaBülənt Qorxmaz
Bülənt Qorxmaz - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin əfsanəvi futbolçusu "Qarabağ", "Qəbələ" və "Neftçi"dən bir neçə futbolçunu bəyəndiyini deyib.

BAKI, 4 mart-Sputnik. Türkiyənin əfsanəvi futbolçusu Bülənt Qorxmaz Azərbaycana gəlməyə hazırlaşır.

Sputnik-in məlumatına görə, bu barədə Apasport-a 47 yaşlı mütəxəssis özü məlumat verib.

"Bakı"nın sabiq baş məşqçisi martın sonlarında yenidən ölkəmizə gələcəyini bildirib. Budəfəki səfərdə məqsəd Topaz Premyer Liqasının oyunlarını izləməkdi:

"Ayın sonlarında bir həftəlik ölkənizə gələcəm. Bu müddətdə çempionat oyunlarını izləyəcəm, özüm üçün siyahı tutacam".

Son klubu "Mersin İdmanyurdu" olan Qorxmaz hazırda işsiz olsa da, bunun qısa sürəcəyinə inanır. Bu səbəbdən də gənc mütəxəssis gələcək komandasında görmək istəyəcəyi futbolçuların adlarını indidən müəyyənləşdirməyə başlayıb. "Qalatasaray"ın sabiq müdafiəçisi azərbaycanlı futbolçuları da özü ilə aparmaq niyyətindədir.

O bildirib ki, bəyəndiyi azərbaycanlı oyunçular var: "Qarabağ", "Qəbələ" və "Neftçi"dən bir neçə futbolçu diqqət mərkəzimdədi. Orda olduğum müddətdə həmin oyunçuları canlı izləyəcəm. Maraq göstərdiyim futbolçuların hamısı azərbaycanlılardı. Əlbəttə ki, içlərində bəyəndiklərim olsa, gələcəkdə hansısa klubun "sükanı arxası"na keçəndə onları da ora aparacam".

Futbolçu karyerası yalnız "Qalatasaray"la bağlı olan Bülənt Qorxmaz 2007-ci ildən məşqçiliyə başlayıb. 2009/10 mövsümündə "Bakı"nı çalışdırmış "böyük kapitan" PRO kateqoriyalı məşqçi kursunu da ölkəmizdə alıb.

Xəbər lenti
0