Qalatasaray

Qalatasarayın azərbaycanlı azarkeşlərindən təklif

47
UEFA-nın verdiyi cəza cimbom fanatlarını çox məyus edib. Azarkeşlər klubda ciddi irəliləyişin olması üçün hazırki rəhbərliyin getməli olduğunu vacib hesab edirlər.

BAKI, 4 mart — Sputnik. İki gün öncə Avropa Futbol Assosasiyasının (UEFA) Qalatasaray əleyhinə verdiyi şok qərar təkcə Türkiyədə yox, Azərbaycanda da etirazla qarşılanıb. Avro liqalardan 1 illik uzaqlaşdırılan Cimbomun azərbaycanlı azarkeşləri Sputnik-in əməkdaşı ilə söhbətdə UEFA-nın qərarı və klubda baş verənlərlə bağlı öz fikirlərini bildiriblər.

"Ağlım kəsəndən Qalatasaraya azarkeşlik edirəm. UEFA-nın Qalatasarayla qəsdi-qərəzliyi olduğunu sanmıram. Yəqin ki, klub hansısa öhdəliyi tam yerinə yetirməyib. Özünüz də gördünüz ki, başqan Dursun Özbək qərara heç bir etiraz bildirmədi", —deyir İsmail Məmmədov.

Digər azarkeş Sərxan Həsənov isə, cimbomun düşdüyü vəziyyətə görə klub rəhbərliyini ittiham edir: "Bəli, bu gün biz məyusuq və əzəli rəqib Fənərbaxça azarkeşlərinin yanında başımız aşağıdır. Amma bütün azarkeşlərə səslənirəm. Əsas utanmalı olan biz deyilik, komandanı bu günə salanlardır".

S. Həsənov, istənilən böyük klublarda belə halların yaşandığını deyib: "Yadınızdadırsa, 2000-ci illərin əvvəllərində Barselona da ağır günlər yaşamışdı. Heç uzağa getməyək, bir neçə il öncə dünyanın ən güclü klublarından olan Yuventus 2-ci liqaya düşürülmüşdü. Əsas odur ki, qalatasaraylı futbolçular güc tapıb yenidən toparlansınlar. Necə ki, bunu Yuventusun oyunçuları etmişdilər və bütün dünyadan alqış qazanmışdılar".

Cimbom fanatları klubda ciddi irəliləyişin olması üçün hazırki rəhbərliyin getməli olduğunu vacib hesab edirlər.

47
Teqlər:
cəza, klub, fanat, Qalatasaray, UEFA, Avropa Futbol Assosasiyası
Əlaqədar
"Qalatasaray"da yeni məşqçi
“Qalatasaray”ın keçmiş qapıçısı intihara cəhd edib
"Qalatasaray" futbol komandasının baş məşqçisi məlum olub
Xəzər Lənkəranın baş məşqçisi Qalatasaraya keçdi