Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qadın güləşçimiz birinciliyi qazandı

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidMariya Stadnik
Mariya Stadnik - Sputnik Azərbaycan
Abunə olmaq
Riqada baş tutacaq Avropa çempionatı öncəsi qadın güləşi üzrə yeni reytinq siyahıs açıqlanıb. Reytinq sıralamasında 6 qadın güləşçimizin adı var.

BAKI, 3 mart — Sputnik. Dünya Güləş Birliyi 2016-cı ilin fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, Riqada baş tutacaq Avropa çempionatı öncəsi qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, qadın güləşçilərin reytinq sıralamasında 6 güləşçimizin adı var.

Kikboksçu qızlar - Sputnik Azərbaycan
İDMAN
İdmançı xanım: "İki oğlandan birini döydüm, o biri qaçdı"

Son Dünya çempionatının gümüş medalçısı Mariya Stadnik ötən ay Kiyevdə keçirilən beynəlxalq turnirdə qalib gələrək reytinq siyahısında yenidən birinciliyə yüksəlib. Kiyevdə keçirilən beynəlxalq turnirdə qazandığı nəticə Anjela Doroqanın bir pillə yüksəlməsi, Yuliya Ratkeviçin isə mövqeyini qoruması ilə nəticələnib. Onluğa daxil olan daha 2 güləşçimiz isə Nataliya Sinişin və İrina Netreba olub.

Qadın güləşçilərin reytinq siyahısında tutduqları yerləri təqdim edirik:

48 kq — Mariya Stadnik — 1-ci yer
53 kq — Anjela Doroqan — 5-ci yer
55 kq — Nataliya Sinişin- 9-cu yer, Alyona Kolesnik — 18-ci yer
58 kq — Yuliya Ratkeviç — 6-cı yer
60 kq — İrina Netreba — 8-ci yer

Xəbər lenti
0