Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AVRO-2016-nın oyunları təxirə düşə bilər

© Sputnik / Nina Zotina / Mediabanka keçidAvro-2016 futbol turnirinin rəsmi topu - Beau Jeu
Avro-2016 futbol turnirinin rəsmi topu - Beau Jeu - Sputnik Azərbaycan
Abunə olmaq
Bu il Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının müəyyən oyunları təxirə salına və yaxud tamaşaçılarsız keçirilə bilər.

BAKI, 1 mart-Sputnik. Bu il Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının müəyyən oyunları təxirə salına və yaxud tamaşaçılarsız keçirilə bilər.

Sputnik APA-ya istinadla bildirir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb. Xəbərə görə, buna səbəb terrorla bağlı təhdidlərdir.

"Hələ ki mümkün təhdidlərə dair məlumatımız yoxdur, lakin hər şeyə hazır olmalıyıq" — deyə UEFA nümayəndəsi bildirib.

Ötən il, noyabrın 13-də Fransa-Almaniya matçı keçirildiyi anlarda Parisdə bir neçə terror aktı törədilmişdi, ümumilikdə 130 nəfər ölmüşdü.

Xəbər lenti
0