Hafiz Baxşəliyev, kikboksçu

Azərbaycanlı idmançı Londonda kikboks klubu açıb

107
Londonda Qafqaz Kikboks Klubu açılıb.

BAKI, 29 fev – Sputnik. Tanınmış kikboksçu Hafiz Baxşəliyev Londonda Qafqaz Kikboks Klubu açıb. Bu barədə Sputnik-ə məlumatı kikboksçunun özü verib. 

“Bu, çoxdankı arzum idi. Sevinirəm ki,belə idman mərkəzi aça bildik. Londonda yaşayan azərbaycanlılar, tələbələr yeni fəaliyyətə başladığımız klubumuza dəvət olunacaqlar. Qarşıda Azərbaycanla bağlı sıra tədbirləri keçirtməyi planlaşdırırıq”, deyə o bildirib. 

Xatırladaq ki, Hafiz Baxşəliyev Azərbaycan kikboks yığma komandasının üzvü olub. Beynəlxalq yarışlarda ölkəmizi təmsil edib. Artıq bir neçə ildir ki, İngiltərdə yaşayır.

107
Həbib və Abdulmanap Nurməhəmmədovlar, arxiv şəkli

Eksklüziv video: Həbibin atası Azərbaycan MMA Federasiyasının rəhbəri ilə döyüşür

15
(Yenilənib 23:16 25.05.2020)
Həbib Nurməhəmmədovun atası Abdulmanap Murməhəmmədov və Azərbaycan Peşəkar MMA Federasiyasının rəhbəri Şəhriyar Abbasov Bakıda və Mahaçqalada birgə məşq ediblər

BAKI, 25 may - Sputnik, Teymur Tuşiyev. Sputnik Azərbaycan-ın müxbiri bu günlərdə koronavirusla mübarizə aparan Abdulmanap Nurməhəmmədovla (Həbib Nurməhəmmədovun atası – red.)  Azərbaycan Peşəkar MMA Federasiyasının rəhbəri Şəhriyar Abbasovun məşqindən çəkilmiş eksklüziv videoları əldə edib.

Abdulmanap Nurməhəmmədovla Şəhriyar Abbasovun görüşü 2018-ci ildə Bakıda, “TT Fight” klubunun zalında baş tutub. O vaxt Nurməhəmmədovlar Azərbaycana səfərə gəlmişdilər. Videodan aydın olur ki, bu, Abdulmanap Nurməhəmmədovla Şəhriyar Abbasovun ilk güləşi deyil. Onların birinci görüşü Mahaçqalada baş tutub.

Qeyd edək ki, Şəhriyar Abbasov və tələbəsi, Fight Nights Global qarışıq döyüşləri üzrə çempion kəmərinin sahibi Nəriman Abbasov Mahaçqalada tez-tez məşq toplanışı təşkil edirlər. Burada onlar Abdulmanap Nurməhəmmədovun yetirmələri ilə sparrinq keçirirlər.

Mayın əvvəlində Abdulmanap Nurməhəmmədov Moskva klinikalarından birinə yatırılıb. Onda koronavirus aşkarlanıb, sonra isə virus səbəbindən ürəyində fəsad yaranıb. O, bir müddət komada qalıb. Abdulmanap Nurməhəmmədovun yetirməsi Tahir Ulanbekov və UFC döyüşçüsü İslam Maxaçev də bildiriblər ki, təcrübəli mütəxəssisin durumu ağırdır.

15
Əlaqədar
Nurməhəmmədova meydan oxuyurdu, ağzını dağıtdılar – Sözün birbaşa mənasında - VİDEO
Həbibdən Konora: “Sən möhtəşəm döyüşçüsən”
Nurməhəmmədovdan acı etiraf: “Ölən çoxdur, atamın da vəziyyəti ağırdır” – VİDEO   
Həbibin qələbə fotosunun müəllifi koronavirusdan öldü - FOTO
Dmitri Nazarov, arxiv şəkli

Azərbaycan millisinin yarımmüdafiəçisi Bundesliqanın tövsiyəsini pozdu

7
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov ümid edir ki, Bundesliqa rəhbərliyi onu tövsiyələri pozduğuna görə cərimə etməyəcək

BAKI, 25 may - Sputnik, Teymur Tuşiyev. Azərbaycan millisinin və Almaniya çempionatının ikinci diviziyasının “Ersgebirge Aue” klubunun yarımmüdafiəçisi Dmitri Nazarov Bundesliqanın koronavirus pandemiyası ilə bağlı tövsiyəsini pozub.

Sputnik Azərbaycan bu barədə MDR-ə istinadən xəbər verir.

Nazarov II Bundesliqanın “Nürnberq” klubuna qarşı oyunda vurduğu qolu (1:1) qeyd edərkən öz klubunun texniki zonada dayanan əməkdaşını qucaqlayıb. Bu isə Almaniya futbol rəhbərliyinin tövsiyələrinə ziddir.

Almaniya çempionatının bərpasından əvvəl Bundesliqa rəhbərliyi futbolçulara vurduqları qolları qeyd edərkən bir-biri ilə qucaqlaşmamağı tövsiyə edib.

Nazarovun qucaqladığı əməkdaş isə klubun avtobusunun sürücüsü Tomas Romeyke olub.

İş burasındadır ki, “Nürnberq”lə oyundan əvvəl  “Ersgebirge Aue”nin avtobusu minik avtomobili ilə toqquşub, Romeykenin sayəsində isə onlar ciddi xəsarətlərdən qurtula biliblər.

İndi Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov ümid edir ki, Bundesliqa rəhbərliyi onu tövsiyələri pozduğuna görə cərimə etməyəcək.

“Ümid edirəm, Bundesliqa rəhbərliyi məni buna görə cərimə etməyəcək, axı Tomas bizim həyatımızı qurtardı. Əgər onun ani reaksiyası olmasa idi, hər şey tamam başqa cür ola bilərdi. Ona görə qol vuran kimi dərhal Tomasın yanına qaçdım. Bir qədər insanlıq göstərmək lazımdır”, - Nazarov deyib.

O, həmçinin qəzaya rəğmən sabahı gün oyuna çıxan komanda yoldaşlarına da təşəkkür edib. Nəşr güman edir ki, Nazarovu, çox güman ki, cəzalandırmayacaqlar. Çünki qucaqlaşma qadağası yalnız tövsiyə xarakteri daşıyır və Bundesliqa oyunlarının keçirilmə reqlamentində qeyd olunmayıb.

Əlavə edək ki, İkinci Bundesliqanın oyunlarının bərpasından sonra Nazarov artıq ikinci oyundur ki, dalbadal qollar vurur. Bundan əvvəl o, “Zandhauzen”lə oyunda yeganə qələbə qolunun müəllifi olub (1:0).

7
Əlaqədar
"Yuventus" "Barselona"ya yox deyir
Futbol klubundan cəsarətli addım: azarkeşləri görün nə ilə əvəz etdi
Futbol yoxdur, “Qəbələ” isə rekorda imza atır
UEFA Azərbaycan futbolunu üzərinə götürüb – Klublarımıza növbəti yardım
Holland ulduz yenidən "Qalatasaray"da
 Xəstəxana, arxiv şəkli

Gəncədə yaralanan gənclərdən biri həyatını itirdi

0
Gəncədə avtomobilin quyuya aşması nəticəsində yaralananların şəxsiyyəti məlum olub. Onlardan biri xəstəxanada keçinib

BAKI, 25 may - Sputnik. Gəncədə “VAZ 2106” markalı avtomobilin quyuya düşməsi nəticəsində yaralanan şəxslərdən biri dünyasını dəyişib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Gəncənin Atabəylər prospektində hərəkətdə olan “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında qazılmış 9 metr dərinliyində olan quyuya düşüb. Nəticədə 1985-ci il təvəllüdlü Rəcəbov Fuad Kamran oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elmir Etibar oğlu ağır xəsarətlər alıblar. 

Məlumata görə, Rəcəbov Fuad Kamran oğlu xəstəxanada vəfat edib.

0
Əlaqədar
Bayram günü dəhşətli qəza: Avtomobil iki hissəyə bölündü
Ramazan şirniyyatı qismət olmadı: Mingəçevirdəki qəzanın təfərrüatı
Mingəçevirdə qəzaya düşən uşaqlardan biri Bakıya gətirildi
Gəncədə maşın quyuya düşüb: yaralılar var