Фарида Азизова, таэквондистка

Azərbaycanlı taekvandoçu qız BƏƏ-də qızıl medal qazandı

75
Fəridə Əzizova «G2» kateqoriyalı «Fujairah Open» beynəlxalq turnirində 67 kq çəki dərəcəsində qızıl medal qazanıb.

BAKI, 25 fev-Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin Əl-Fucayra şəhərində 23-25 fevral tarixlərində taekvando üzrə "Fujairah Open" yarışı keçirilib.

Sputnik-in məlumatına görə, yarışda Azərbaycan taekvandoçuları da içtirak edib. Yarışın sonuncu günü Fəridə Əzizova «G2» kateqoriyalı «Fujairah Open» beynəlxalq turnirində 67 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Fəridə Əzizova
© Photo : Facebook
Fəridə Əzizova

75
Teqlər:
qızıl medal, Fujairah Open, taekvando, Birləşmiş Ərəb Əmirlikləri
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

37
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

37
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Qurban Qurbanov, arxiv şəkli

"Qarabağ"dan üzücü xəbər: Qurban Qurbanov koronavirusa yoluxub

23
(Yenilənib 19:16 29.11.2020)
Dünən “Qarabağ”la Ağdama getməyən və bu gün komandanı meydana çıxarmayan 48 yaşlı mütəxəssisin səhhətindəki problem virusla bağlı olub

BAKI, 29 noyabr - Sputnik. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun koronavirusa yoluxması təsdiqlənib.

Sputnik Azərbaycan apasport.az saytına istinadən bildirir ki, bu, Premyer Liqanın XI turunun “Sənail”lə matçından (1:1) sonra açıqlanıb.

Bildirilib ki, dünən “Qarabağ”la Ağdama getməyən və bu gün komandanı meydana çıxarmayan 48 yaşlı mütəxəssisin səhhətindəki problem virusla bağlı olub. Qurbanovun koronavirus testi müsbət nəticə verib.

23
Teqlər:
Qurban Qurbanov, Qarabağ FK, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
OPEC-in loqosu, arxiv şəkli

“OPEC+” nazirlərinin iclasının vaxtı dəyişib

0
(Yenilənib 16:32 01.12.2020)
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur

BAKI, 1 dekabr — Sputnik. Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan "OPEC plus" ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3 dekabr tarixinə dəyişdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirləri tərəfindən "Əməkdaşlıq Bəyannaməsi"ndən irəli gələn məsələlər üzrə müzakirələr keçiriləcək.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur.

0
Teqlər:
nazirlər, OPEC, Müzakirələr