Fuad Zeynalov, kikboks üzrə dünya və avropa çempionu

Kikboks üzrə Respublika Çempionatında qalmaqal

1330
(Yenilənib 15:01 18.02.2016)
Dünya çempionu haqsızlığa uğradığını və federasiya prezidentinin gözü önündə uduzdurulduğunu bildirir: "Mənə "qardaş" deyənlər barəmdə haqsız qərar çıxardılar"

BAKI, 18 fev — Sputnik. 16-17 fevral tarixlərində Kikboks üzrə Respublika çempionatı keçirilib. Yarışda respublikanın ən güclü kikboksçuları müəyyən olunaraq milli yığmaya qəbul olunub və həmin idmançılar öz çəkilərinə uyğun olaraq il ərzində dünyada keçiriləcək yarışlarda Azərbaycanı təmsil edəcəklər.

Dünən yarış zamanı 86 kq çəki dərəcəsində yarımfinal yarışında anlaşılmazlıq olduğu və idmançının qəsdən uduzdurulduğu məlumatı yayılıb. Dünya çempionu olan Fuad Zeynalov ilə Kamil Şərifovun qarşılaşması zamanı Kamil Şərifov qalib elan edilib. Fuad Zeynalovun tələbələri və dostları sosial şəbəkədə hakimlərin qərarına etiraz ediblər.

Qarşılaşmanın videosundan da görünür ki, görüşün qalibi Fuad Zeynalovdur. O özü də Sputnik-ə açıqlamasında haqsızlığa uğradığını deyib: "Bildiyiniz kimi, mən Sərhədçi Olimpiya Mərkəzinin baş məşqçisiyəm, kapitan rütbəsindəyəm. Dünya və Avropa çempionu, Dünya kubokunun sahibiyəm. Bu yarış mənim sonuncu yarışım olmalı idi. Sonuncu dəfə rinqə çıxıb, nəyə qadir olduğumu sübut etmək istəyirdim. Bu yarış mənim üçün həm də şəxsi imtahan idi. Sözsüz ki, yarış öz vətənimdə keçirildiyinə görə, onun ədalətlə mühakimə olunacağına əmin idim. Məqsədim titul əldə edib çempion olmaq idi. Yuxarıda da qeyd etdiyim kimi titullarım kifayət qədərdir. Bu titulların siyahısına daha birini də əlavə etmək istəyirdim".

"Yarışda başda federasiyanın prezidenti olmaqla, bütün idarə heyəti iştirak edirdi. Karyeramın ən prinsipial döyüşləri Kamil Şərifov adlı döyüşçü ilə olub. İki dəfə ona məğlub olmuşam. Bu yarışın yarım finalında onunla yenidən üçüncü dəfə qarşılaşdıq. Bu yarışa böyük məsuliyyətlə hazırlaşmışdım. Çəkdiyim əziyyətlərin və gərgin məşqlərin sayəsində özümü tam hazır hiss edirdim. Fikirləşdiyim kimi də oldu. Mən rəqibimə asanlıqla və böyük fərq üstünlüyü ilə qalib gəldim", —deyə kikboksçu bildirib.

O, döyüşün sonunda əminliklə əllərini qaldırıb qalib olduğunu nümayiş etdirsə də, gözlənilmədən canlı yayımda və idarə heyətinin gözü qarşısında hakim K. Şərifovun əlini qaldırıb: "Bu qərar haqlı olaraq həm mənim, həm də federasiya prezidentinin narazılığına səbəb oldu. O, hətta vitse-prezident Güloğlan Cabbarova iradını bildirərək mənim qalib olduğumu və finalda döyüşməli olduğumu dedi. Bundan sonra məni əmin etdilər ki, yenidən qərar çıxarılacaq və mən finalda döyüşəcəm. Burada hansı oyunların getdiyini başa düşmədim, amma qərar qüvvəsində qaldı".

İdmançının sözlərinə görə, ona ən ağır gələni isə işin başqa tərəfi olub: "Bu qərarı mənə "qardaş" deyən insanlar çıxardı. Bilmirəm, bu hərəkətin səbəbi nə idi: paxıllıqmı, qısqanclıqmı… Bunu onların vicdanına buraxıram. İstənilən halda karyeramın son döyüşü mənə gözlədiyimdən də artığını verdi. Sonuncu raundun qonq səsi dost və düşməni bir-birindən ayırdı. Mən kimin dost, kimin düşmən olduğunu bildim".

F. Zeynalov sonda onun qalib olduğunu təsdiqləyən federasiya prezidenti Adil Əliyevə öz təşəkkürünü bildirib. "Sizin fikriniz mənə yalançı hakimlərin və saxta dostların qərarından daha üstündür!", —deyə minnətdarlığını ifadə edib.

Məsələ ilə bağlı Kikboks Federasiyanın prezidenti Adil Əliyevlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Döyüşün nəticələri ilə bağlı federasiya rəsmilərinin fikirlərini işıqlandırmağa hazırıq.

1330
Teqlər:
haqsızlıq, Adil Əliyev, Fuad Zeynalov, Kikboks üzrə Respublika çempionatı, kikboks, yarış
Əlaqədar
İdman malları satılan mağazalarda qiymətlər "əl yandırır"
"Həyatımı idmana həsr edəcəm, özümü başqa yerdə görmürəm"
"Formula 1 mühüm idman yarışıdır, amma böhran dövründə deyil..."
İdmançı xanım: "İki oğlandan birini döydüm, o biri qaçdı"
Transseksual idmançılar üçün yeni qaydalar
İdman öz həmyerlilərini "cəzalandırmaq" vasitəsidir?
Qarabağ - Sivasspor matçından görüntü

"Qarabağ" Türkiyədən məğlub ayrıldı

27
(Yenilənib 00:03 27.11.2020)
UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda "Qarabağ" və "Sivasspor" komandaları İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qarşılaşıblar.

BAKI, 26 noyabr - Sputnik. UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Qarabağ" və "Sivasspor" komandaları arasında oyun start götürüb.

Sputnik Azərbaycan xəbər verir ki, İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda oynanılan qarşılaşma Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı 1 dəqiqəlik sükutla başlayıb.

Hesabı 8-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Abdullah Zubir açıb. Türkiyə təmsilçisi 40-cı dəqiqədə Aruna Konenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Uroş Matiç 51-ci dəqiqədə fərqlənməklə Azərbaycan çempionunu yenidən hesabda önə keçirib.

58-ci dəqiqədə "Sivasspor"un oyunçusu Olarenvayu Kayode hesabı bərabərləşdirib.

Oyunun 79-cu dəqiqəsində Kone komandasını uğura aparan növbəti qolu vurub. Beləliklə, oyun ev sahiblərinin qələbəsi ilə nəticələnib.

Qrupda ardıcıl 4-cü məğlubiyyətdən sonra Azərbaycan çempionunun 1/16 final şansının üstündən rəsmən xətt çəkilib. Artıq son iki tur Qurban Qurbanovun yetirmələri üçün formal xarakter daşıyacaq.  

“Qarabağ” növbəti oyununu dekabrın 3-də “Makkabi”yə qarşı məhz bu arenada keçirəcək.

27
Teqlər:
futbol, UEFA Avropa Liqası, UEFA, Fatih Terim, İstanbul, "Sivasspor" FK, "Qarabağ" FK, "Qarabağ
Nurlan İbrahimov, arxiv şəkli

"Qarabağ" klubu onun mətbuat katibinə qarşı UEFA-dan ağlasığmaz qərar

36
Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə, UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb.

BAKI, 26 noyabr — Sputnik. UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırmaq barədə qərar verib.

Sputnik Azərbaycan UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İbrahimov Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə bu cəzaya məruz qalıb.

Bununla yanaşı, qurum Ağdam klubunu da 100 000 avro məbləğində cərimələyib.

UEFA daha əvvəl İbrahimova qarşı "İrqçi və digər ayrı-seçkilik davranışı" və "Əsas davranış qaydalarının pozulması" maddəsi ilə intizam işi açmışdı.

"Qarabağ" klubu da öz növbəsində Nurlan İbrahimovla bağlı UEFA-nın yekun qərarına etiraz edəcək.

Bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.

Çelikel bildirib ki, klub bu yöndə lazımi tədbirləri görəcək: "Xəbər hələ çox yenidir, cəmi 15 - 20 dəqiqə əvvəl almışıq. Nə cür addım atacağımıza rəhbərliklə müzakirələrdən sonra qərar verəcəyik".

Çelikəl qərardan apellyasiya veriləcəyini də söyləyib: "Klubun mövqeyindən və Nurlan tərəfdən baxanda cəza çox ağırdır. UEFA-nın tabeliyində olan klub kimi onların qərarlarına hörmət etmək borcumuzdur. Ancaq haqsızlıq olduğunu düşündüyümüz halda lazımi etirazları edəcəyik. Qərarla bağlı UEFA-ya mütləq müraciət olunacaq".

36
Teqlər:
ermənilər, Ermənistan, UEFA, "Qarabağ", Qarabağ FK
COVİD-19 xəstəsi, arxiv şəkli

Qubada yaşadıqları evi qanunsuz olaraq tərk edən koronavirus xəstələri aşkarlandı

0
(Yenilənib 13:30 27.11.2020)
Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

BAKI, 27 noyabr — Sputnik. Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, araşdırmalarla həmin şəxsin rayonun Amsar kənd sakini Süleyman Mütəllimov olduğu müəyyən edilib.

Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq S.Mütəllimov qaydaları pozaraq Qusar rayonuna getmək istəyib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə S.Mütəllimov yaşadığı ünvana geri qaytarılıb.

Gün ərzində şöbə əməkdaşları karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən daha iki şəxsi də aşkarlayıblar. COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırova Quba rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.

Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Qeyd edilən faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

0