Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan güləşçiləri Belarusa yollanırlar

© sputnik.azGüləşçi Yaşar Əliyev
Güləşçi Yaşar Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 46-cı beynəlxalq Qran Pri turniri keçiriləcək

BAKI, 16 fev — Sputnik. 18-19 fevral 2016-cı il tarixində Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 46-cı beynəlxalq Qran Pri turniri keçiriləcək. Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, turnirdə sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri iştirak edəcəklər.

Məşqçi David Kurtsiyanın rəhbərliyi altında turnirə 8 güləşçimiz yollanacaq. Yarışda Ruslan Qasımov (57 kq), Əli Rəhimzadə, Mahal Novruzov (hər ikisi 61 kq), Məhəmməd Müslümov, Teymur Məmmədov (hər ikisi 65 kq), Murad Süleymanov (74 kq), Nurməhəmməd Hacıyev (86 kq) və Səid Həmidov (125 kq) qüvvəsini sınayacaq. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edəcək.

Xəbər lenti
0