Formula 1 yarışları. Arxiv şəkli

Bakı Şəhər Halqası: qiymətlərdə dəyişiklik yoxdur

14
Mediada Bakıda keçiriləcək 2016 Formula 1 Avropa Qran Prisinə biletlərin qiymətlərində bahalaşmanın olduğuna dair məlumat yayılıb.

BAKI, 15 fev — Sputnik. Bu gün mediada Bakıda ilk dəfə keçiriləcək 2016 Formula 1 Avropa Qran Prisinə biletlərin qiymətlərində bahalaşmanın olduğuna dair məlumat yayılıb. Bu məsələyə Bakı Şəhər Halqasının münasibəti gecikməyib.  

Bakı Şəhər Halqasının mətbuat xidmətindən Sputnik-ə verikləri açıqlamada bildiriblər ki, yarışla bağlı biletlərin qiyməti dollar əsasında təyin olunub və indiyədək həmin qiymətlərdə hər hansı bir dəyişiklik olmayıb.

Məlumat üçün bildirək ki, bilet satışının olduğu sayta Azərbaycan ərazisindən daxil olan istifadəçilərin birbaşa, ancaq imtiyazlı qiymətlərə çıxışı olur. Ölkə xaricindən həmin sayta daxil olanlara isə biletlər tam qiymətdə göstərilir.

Azərbaycan Respublikası vətəndaşları üçün bilet qiymətlərində xüsusi endirimlər (20-40%) tətbiq edilib və biletlərin qiyməti 19-472 dollar (indiki məzənnə ilə 30 manatdan 750 manata qədər) aralığındadır. 19 dollarlıq bilet yarış məkanına bir günlük, digər bütün biletlər isə 3 günlük giriş icazəsi verir. Üçgünlük biletə sahib olanlar eyni zamanda yarış həftəsonu ərəfəsində keçiriləcək konsert proqramlarında da iştirak edə biləcəklər.


14