Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

FIFA-nın keçmiş baş katibinə ağır cəza

© AFP 2023 / PAUL FAITHFIFA Secretary General Jerome Valcke
FIFA Secretary General Jerome Valcke - Sputnik Azərbaycan
Abunə olmaq
Jerom Valke 12 il müddətinə futboldan uzaqlaşdırılıb.

BAKI, 12 fev-Sputnik. FIFA-nın keçmiş baş katibi Jerom Valke ağır cəzalandırılıb.

Sputnik Apasport-a istinadla xəbər verir ki, FIFA-nın etika üzrə arbitraj palatası Valkeni 12 il müddətinə cəzalandırıb.

O, bu müddətdə milli və beynəlxalq səviyyədə futbol sahəsində çalışa bilməyəcək. Üstəlik, keçmiş baş katib 90 min avro cərimə də ödəməli olacaq.

Fransız futbol funksioneri olan Valke ötən ilin sentyabrında vəzifəsindən uzaqlaşdırılmışdı.

O, 2014-cü ildə keçirilən dünya çempionatının bilet satışında maxinasiyaya yol verməkdə ittiham olunurdu.

Xəbər lenti
0