Cüdo

Azərbaycan cüdoçusu birinciliyi qazandı

14
Beynəlxalq Cüdo Federasiyasının Parisdə keçirilmiş "Böyük dəbilqə" turnirindən açıqladığı reytinq siyahısında Elmar Qasımov 100 kiloqramadək çəki dərəcəsinin ilk pilləsində qərarlaşıb

BAKI, 11 fev — Sputnik.  Beynəlxalq Cüdo Federasiyası Parisdə keçirilmiş "Böyük dəbilqə" turnirindən sonra yeni reytinq siyahısını açıqlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Azərbaycan cüdoçusu Elmar Qasımov 100 kiloqramadək çəki dərəcəsinin ilk pilləsində qərarlaşıb.

Xatırladaq ki, Rüstəm Orucov (73 kq) 2-ci, Orxan Səfərov (60 kq) 3-cü, Nicat Şıxəlizadə (66 kq) 7-ci, Elxan Məmmədov (100 kq) 12-ci, Məmmədəli Mehdiyev (90 kq) isə 13-cü sıradadır. "Böyük dəbilqə"nin gümüş medalını qazanan İlqar Müşkiyev (60 kq) isə reytinq cədvəlinin 14-cü pilləsinə yüksəlib.

14
Teqlər:
Elmar Qasımov, Gənclər və idman Nazirliyi, "Böyük dəbilqə", Beynəlxalq Cüdo Federasiyası, cüdo, idman
Əlaqədar
"Bu idman növü ilə ailə həyatı heç cür alınmır..."
"Formula 1 mühüm idman yarışıdır, amma böhran dövründə deyil..."
Transseksual idmançılarla bağlı sensasion təklif: bu, reallaşarsa...
İdmançı xanım: "İki oğlandan birini döydüm, o biri qaçdı"
İdman öz həmyerlilərini "cəzalandırmaq" vasitəsidir?
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

34
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

34
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Qurban Qurbanov, arxiv şəkli

"Qarabağ"dan üzücü xəbər: Qurban Qurbanov koronavirusa yoluxub

23
(Yenilənib 19:16 29.11.2020)
Dünən “Qarabağ”la Ağdama getməyən və bu gün komandanı meydana çıxarmayan 48 yaşlı mütəxəssisin səhhətindəki problem virusla bağlı olub

BAKI, 29 noyabr - Sputnik. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun koronavirusa yoluxması təsdiqlənib.

Sputnik Azərbaycan apasport.az saytına istinadən bildirir ki, bu, Premyer Liqanın XI turunun “Sənail”lə matçından (1:1) sonra açıqlanıb.

Bildirilib ki, dünən “Qarabağ”la Ağdama getməyən və bu gün komandanı meydana çıxarmayan 48 yaşlı mütəxəssisin səhhətindəki problem virusla bağlı olub. Qurbanovun koronavirus testi müsbət nəticə verib.

23
Teqlər:
Qurban Qurbanov, Qarabağ FK, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Taxılçılıqla məşğul olan fermer

Rayonda bir ilki sınaqdan keçirən Balakən sakini ayın fermeri oldu

0
(Yenilənib 21:10 30.11.2020)
"Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında elan edilən "Ayın fermeri" müsabiqəsinin qalibi müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, müsabiqədə iştirak üçün 40 rayondan ümumilikdə 56 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.

Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində qarğıdalı istehsalı sahəsində yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer Zaur Əhmədiyev "Ayın fermeri" müsabiqəsinin qalibi elan edilib. Balakən rayonunda fermer təsərrüfatı quran Zaur Əhmədiyev düzgün aqrotexniki qulluq nəticəsində 35 ha qarğıdalı sahəsindən 308 ton dənlik qarğıdalı istehsal edib. Rayonda ilk dəfə qarğıdalı sahəsində damlama üsulu ilə suvarma sistemini quran fermerin qarğıdalı sahəsində orta məhsuldarlıq 88 sentner təşkil edib. O, ötən il 175 ha sahədən 460 ton taxıl əldə edib. 2019-cu ildə 20 hektar sahədə intensiv bağ salan Zaur Əhmədiyev heyvandarlıq sahəsində də fəaliyyət göstərir və hazırda təsərrüfatında 298 baş iribuynuzlu heyvan var.

Qeyd edək ki, "Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

0
Teqlər:
qarğıdalı, fermer, Balakən