Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Formula 1 mühüm idman yarışıdır, amma böhran dövründə deyil..."

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidFormula 1 yarışları. Arxiv şəkli
Formula 1 yarışları. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu dünyaca məşhur yarış Azərbaycana gəlir də qazandıra bilər. Hətta ora qoyulan xərcdən 3-4 qat artığını çıxara bilər. Amma şərtlər normal olmalıdır. Ordan gələn gəlirlər həmişəki kimi dağıdılmasa, dövlət büdcəsinə pul gətirə bilər"

BAKI, 10 fev — Sputnik. 2016-cı ilin yay aylarında Azərbaycanda növbəti beynəlxalq idman tədbiri — Formula 1 keçiriləcək. Sputnik bu nəhəng idman tədbiri ilə bağlı ənənəvi sorğusunu davam etdirir. Nəticələri təqdim edirik: 

© Photo : Elsever MemmedovЭльсевяр Мамедов, журналист
Эльсевяр Мамедов, журналист - Sputnik Azərbaycan
Эльсевяр Мамедов, журналист
Elsevər Məmmədov — jurnalist: "Əslində devalvasiya zamanı belə yarışların olması normal deyil. Çünki hazırda Azərbaycanda durum ürəkaçan deyil. Amma yarış devalvasiyadan əvvəl təyin olunduğu üçün, indi bundan imtina etmək də mümkün deyil. Düzünü desək, normal şərtlər altında Formula 1-in keçirilməsi yaxşı haldır. Dünyanın ən məşhur yarışlarından olan Formula 1 Azərbaycana gəlir də qazandıra bilər. Hətta ora qoyulan xərcdən 3-4 qat artığını çıxara bilər. Amma şərtlər normal olmalıdır. Ordan gələn gəlirlər həmişəki kimi dağıdılmasa, dövlət büdcəsinə pul gətirə bilər. Ən azından bu yarış dünyanın bir neçə ölkəsində yayımlanacaq. Və üstəlik də turistlər izləmək üçün Bakıya gələcəklər. Yəni devalvasiyadan təklif qəbul etdiyimiz üçün onu geri çevirmək mümkün deyil. Şərtlər normal olsa, biz bu yarışdan qazanacağıq".

© Photo : Anar KelbiyevАнар Кельбиев, журналист
Анар Кельбиев, журналист - Sputnik Azərbaycan
Анар Кельбиев, журналист

Emin Səfərov — jurnalist: "Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi ölkəmizə nə qazandırdı ki, Formula 1 də nəsə bəxş etsin? Sözügedən yarışı 10 il ardıcıl olaraq keçirəcəyimizi nəzərə alsaq, deməli, görəcəyimiz günlər qabaqdadır".

© Photo : Emin SafarovЭмин Сафаров, журналист
Эмин Сафаров, журналист - Sputnik Azərbaycan
Эмин Сафаров, журналист

Anar Kəlbiyev — jurnalist: "Ümumiyyətlə Formula 1 dünyada məşhur idman növüdür. Ölkəmizdə o qədər tanınmış idman növü olmasa da, dünya ölkələrində xeyli azarkeşi olan bir idmandır. Devalvasiya ilə əlaqələndirilməsinə gəlincə, bu idman yarışının ölkəmizdə keçiriləcəyi dünyada baş verən hazırkı iqtisadi proseslərdən əvvəl danışılmışdı. İndiki halda imtina edilməsi məncə mümkün deyil. Ölkəmizə nə verəcəyinə gəlincə, yəqin ki, yarış günlərində ölkə turizmini əks etdirəcək video-roliklər reklamda göstəriləcək. Bu yarışa da dünyanın xeyli ölkəsində baxılacaq. Məqsəd ölkə turizmini dünya ölkələrinə tanıtmaq olacaq. Amma bir gənc olaraq düşünürəm ki, ölkəmizin tanıdılmasının ən yaxşı yolu "Made in Azerbaijan" istehsalı olan məhsulları xaricə ixrac etməkdir".

 

Xəbər lenti
0