Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov

Nazir: Azərbaycan "Formula-1" yarışlarını 5 il məcburi keçirməlidir

386
(Yenilənib 13:14 08.02.2016)
Azad Rəhimov: 10 illik müqavilənin ikinci 5 ilində isə Azərbaycan öz istəyinə əsasən yarışı ya keçirə, yaxud da dayandıra bilər.

BAKI, 8 fev — Sputnik. "Müqavilə 10 illik bağlanıb. Müqaviləyə əsasən, Azərbaycanda "Formula — 1" yarışları 5 il keçirilməlidir. Azərbaycan 5 il ərzində qərar versə ki, bu yarış keçirilməsin, onda biz cərimə ödəməliyik".

Sputnik-in APA-ya istinadən verdiyi məlumata görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Rəhimov bəyan edib ki, 10 illik müqavilənin ikinci 5 ilində isə Azərbaycan öz istəyinə əsasən yarışı ya keçirə, yaxud da dayandıra bilər: "Ancaq ilk 5 ildə keçirilməlidir. Hazırda yarışın büdcəsi 12 milyon dollardır. Bu yarışın büdcəsi hər il ödənən haqq və təşkilatı xərclərdən ibarətdir, bunun da açıqlaması olacaq. Heç nə gizli qalmayacaq".

386