Лионель Месси. Архивное фото

Messi astronomik məbləğə bu kluba transfer ediləcək

226
Bundan öncə Barselona və Bavariya klublarını çalışdıran Guardiola, hansı kluba getməsindən asılı olmayaraq Messini komandasında görməyi arzu etdiyini bildirmişdi.

BAKI, 2 fev – Sputnik. İngiltərə premyer liqası təmsilçisi “Manchester City”, “Barcelona”nın ulduz futbolçusu Lionel Messiyə futbol tarixinin ən iri məbləğli transfer təklifini etməyə hazırlaşır. Sputnik Türkiyə mətbuatına istinadən xəbər verir ki, ingilis klubu Messinin transfer edilməsi üçün 250 milyon avro vermək niyyətindədir. 

Manchester City-nin ani qərar qəbul etməsində komandanın başına yeni gətirilən Pep Guardiolanın böyük rol oynadığı bildirilir.  

İspaniyalı məşqçi qarşıdakı sezon üçün Manchester City-nin heyətini daha da gücləndirməyə çalışır. O, bunun üçün Messidən başqa daha bir neçə ulduz futbolçunun adını klub rəhbəri Mansur bin Zayid əl-Nahyana çatdırıb. 

Qeyd edək ki, bundan öncə İspaniyanın “Barselona” və Almaniyanın “Bavariya” klublarını çalışdıran Pep Guardiola, hansı kluba getməsindən asılı olmayaraq Messini komandasında görməyi arzu etdiyini bildirmişdi.

İngilis mətbuatının iddiasına görə, Messinin transferi böyük ehtimalla reallaşacaq.

226