Avro-2016 futbol turnirinin rəsmi topu - Beau Jeu

Azərbaycanlı futbolçuda xərçəng xəstəliyi aşkarlandı

1308
(Yenilənib 11:28 02.02.2016)
Sədrəddin Məmmədov: "İki ildir qolunda şiş var imiş. Ona görə də valideyninə məlumat verdim ki, oğlunu Onkoloji Dispanserdə müayinədən keçirsin"

BAKI, 30 yan — Sputnik. Bakının AZAL klubunun futbolçusu Rüfət Musayevdə xərçəng xəstəliyi aşkarlanıb. Bu barədə "Report"a komandanın baş həkimi Sədrəddin Məmmədov məlumat verib.

S.Məmmədovun sözlərinə görə, 30 yaşlı müdafiəçi bu yaxınlarda ona müraciət edərək, dirsəyindəki şişin böyüdüyünü və iki aydır ağrılar hiss etdiyini bildirib: "Rüfət əvvəllər mənə bu haqda heç nə deməmişdi. Amma maraqlandıqda məlum oldu ki, iki ildir qolunda şiş var imiş. Ona görə də valideyninə məlumat verdim ki, oğlunu Onkoloji Dispanserdə müayinədən keçirsin".

Baş həkim hələlik şişin bəd, yoxsa xoş xassəli olmasına aydınlıq gəlmədiyini açıqlayıb. O, fevralın 1-də məlum olacaq analizlərin cavablarına əsasən, xəstəliklə bağlı mükahimə yürüdəcəklərini vurğulayıb.

Qeyd edək ki, Rüfət Musayev AZAL-a "Neftçala"dan transfer olub.

1308
Teqlər:
Sədrəddin Məmmədov, Rüfət Musayev, AZAL klubu, futbolçu
Əlaqədar
Yozef Blatter futboldan getdiyini bəyan edib
Rasim Əliyevin vəkili: Futbolçunu cəzadan kənarda saxlamağa çalışırlar
Azərbaycanın futbol klubları 100 min manat cərimələndi
UEFA və FIFA prezidentləri 8 müddətinə futboldan kənarlaşdırıldılar
“Qarabağ” və “Qəbələ” növbəti ildə futbolumuza nə vəd edir?