Kikboksçu qızlar

İdmançı xanım: "İki oğlandan birini döydüm, o biri qaçdı"

1671
(Yenilənib 18:17 29.01.2016)
"Kikboksinq özünü müdafiə üçün çox gözəldir. Çox yaxşı olar ki, bütün xanımlar idmanla məşğul olsun, ən azı özünümüdafiə üçün..."

BAKI, 29 yan — Sputnik. Azərbaycanda xanımlar həmişə incə və gözəl görünməyə çalışıblar. Amma son dövrlər gənc xanımların döyüş idman növlərinə marağının artdığının şahidi oluruq. Məhz xanımların məşqlərinə baxmaq və onlarla idman barəsində həmsöhbət olmaq üçün, Sputnik əməkdaşı 10-a yaxın xanımın məşq etdiyi idman zalında məşq prosesini izləyib və idmançı xanımlarla söhbətləşib.

"Xanımlar niyə məhz kikboksinqlə məşğul olmaq qərarına gəldiniz?", —deyə soruşuram Xəyalə Abdullayeva və Nuranə Paşayevadan. Xəyalə deyir ki, müasir dövrdə ən məşhur modellər belə, öz bədənlərini qoruyub saxlamaq üçün, formaya salmaq üçün kikboksinqdən istifadə edirlər.

"Bu idman növü ilə məşğul olan zaman bütün əzələlər işləyir və ona görə bütün bədən formaya düşür. Məsəl üçün fitnesə getdikdə, istədiyin bədənə nail ola bilirsən, amma bir müddət sonra ikiqat çəki ala bilirsən, əzələlərdə boşalmalar olur. Sonra da aldığın o formanın ikiqat pis nəticəsini əldə etmək olur. Burada isə elə deyil", —deyə idmançı xanım.

Artıq 4 aydır, bu idman növü ilə məşğul olduğunu deyən Xəyalə qısa bir zamanda istədiyi nəticəni əldə edə bilib: "Ona görə mənim üçün kikboks çox uğurlu idman növüdür. Xüsusilə mən yeni ana olmuş xanımlara bu idman növünü məsləhət görərdim. Mən özüm də, uşaq dünyaya gələndən sonra 10-15 kq çəki aldım və məhz 4 ayın içində bu idman növü ilə məşğul olaraq əvvəlki formama geri döndüm. Heç dietaya da gərək olmadı".

Nuranə isə zala gələrkən məqsədi peşəkar idmançı olmaq olub: "Zala gəldim və ilk bir neçə ay məşq etdim. Budo idman növü üzrə dünya kuboku yarışına hazırlaşdım və çempion oldum".

O, hazırda, fevral ayında keçiriləcək kikboksing üzrə Respublika çempionatına hazırlaşır: "Fevral ayının 14-17- si keçirilən respublika yarışmasında da çempion olub milli yığmaya düşmək istəyirəm".

"Niyə məhz döyüş idman növü, daha incə növlərdən biri yox?" — soruşuram. Nuranə döyüş idman növlərinə uşaqlıqdan çox həvəsli olduğunu deyir: "Uşaq vaxtı cüdo ilə məşğul olmuşam. Sonradan ara verdim idmana. Sonralar sosial şəbəkələrdə Anar Süleymanovun döyüşlərini gördüm və qərara aldım ki, mən də kikboksinqə yazılım".

Xəyalə "Siz artıq çəkini atandan sonra da peşəkər idmanla məşğul olmaq istəyirsiniz?" sualı qarşısında bir az düşündü. Sonra özünə əmin halda dedi: "Hələlik belə fikrim yoxdur. Amma bu idman növü özünü müdafiə üçün çox gözəldir. Çox yaxşı olar ki, bütün xanımlar idmanla məşğul olsun, ən azı özünümüdafiə üçün. Amma peşəkar idmançı olmağı, hələ ki düşünmürəm".

Maraqlıdır, indiyədək bu xanımlar özlərini müdafiə etmək məcburiyyətində qalıblar? Xəyalə bildirdi ki, 4 ay öncəyə kimi özünü müdafiə etmək istəməyib, amma: "Belə bir məcburiyyət qarşısında qaldım. Çünki idmanla məşğul olmurdum. Amma indi artıq özümə əminəm".

Nuranə də oğlanlardan özünü müdafiə etdiyini qeyd etdi: "Bəli, özümü müdafiə etmişəm. 2 oğlan olub, birini döymüşəm, digəri isə qaçıb".

Həmsöhbətimiz olan xanımlar digər həmcinslərinə dən idmanla məşğul olmağı tövsiyyə edirlər. "Bütün xanımlar gəlsin. Bəlkə də bizə rəqib olacaqlar, amma kimincə mənə rəqib olmasımdan qorxmuram", —deyə Xəyalı bildirdi.

Nuranə də hər kəsi kikboksla məşğul olmağa dəvət edir: "Mən çox əziyyət çəkənəm, öz üzərimdə işləyənəm, ona görə kimsədən çəkinmirəm. Kimsə gəlib qarşıma çıxacaqsa, gəlsin".

Onun ən yaxın məqsədi isə 48 kq çəki dərəcəsində Azərbaycan çempionu olmaqdır: "Bacardığım qədər irəli gedəcəm. Dünya və Avropa oyunlarında uğur qazananadək davam edəcəm. İş sahəsindəki məqsədim isə, məqsədim müəllimə işləməkdir. Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsini bitirmişəm. Hal- hazırda magistraturaya hazırlaşıram".

1671
Teqlər:
kikboks, idmançı xanım, idmançı qız, qadın idmançı, idmançı, idman
Əlaqədar
Peşəkar idmançı Bakıda “Formula 1” keçirilməsinə qarşıdır
Azərbaycan idmançıları yenə saxtakarlıq üstündə yaxalandılar
Azərbaycanlı idmançılar növbəti dəfə dopinq qalmaqalı ilə üzləşiblər
İdman mərc oyunlarından əldə edilən gəlirlərdən vergi tutulacaq
Mariya Şarapova dünyanın ən çox qazanan qadın idmançısıdır
“Qəbələ” FK: İdmanda zorakılığın əleyhinə olduğumuzu bəyan edirik
Qarabağ - Sivasspor matçından görüntü

"Qarabağ" Türkiyədən məğlub ayrıldı

24
(Yenilənib 00:03 27.11.2020)
UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda "Qarabağ" və "Sivasspor" komandaları İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qarşılaşıblar.

BAKI, 26 noyabr - Sputnik. UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Qarabağ" və "Sivasspor" komandaları arasında oyun start götürüb.

Sputnik Azərbaycan xəbər verir ki, İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda oynanılan qarşılaşma Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı 1 dəqiqəlik sükutla başlayıb.

Hesabı 8-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Abdullah Zubir açıb. Türkiyə təmsilçisi 40-cı dəqiqədə Aruna Konenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Uroş Matiç 51-ci dəqiqədə fərqlənməklə Azərbaycan çempionunu yenidən hesabda önə keçirib.

58-ci dəqiqədə "Sivasspor"un oyunçusu Olarenvayu Kayode hesabı bərabərləşdirib.

Oyunun 79-cu dəqiqəsində Kone komandasını uğura aparan növbəti qolu vurub. Beləliklə, oyun ev sahiblərinin qələbəsi ilə nəticələnib.

Qrupda ardıcıl 4-cü məğlubiyyətdən sonra Azərbaycan çempionunun 1/16 final şansının üstündən rəsmən xətt çəkilib. Artıq son iki tur Qurban Qurbanovun yetirmələri üçün formal xarakter daşıyacaq.  

“Qarabağ” növbəti oyununu dekabrın 3-də “Makkabi”yə qarşı məhz bu arenada keçirəcək.

24
Teqlər:
futbol, UEFA Avropa Liqası, UEFA, Fatih Terim, İstanbul, "Sivasspor" FK, "Qarabağ" FK, "Qarabağ
Nurlan İbrahimov, arxiv şəkli

"Qarabağ" klubu onun mətbuat katibinə qarşı UEFA-dan ağlasığmaz qərar

36
Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə, UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb.

BAKI, 26 noyabr — Sputnik. UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırmaq barədə qərar verib.

Sputnik Azərbaycan UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İbrahimov Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə bu cəzaya məruz qalıb.

Bununla yanaşı, qurum Ağdam klubunu da 100 000 avro məbləğində cərimələyib.

UEFA daha əvvəl İbrahimova qarşı "İrqçi və digər ayrı-seçkilik davranışı" və "Əsas davranış qaydalarının pozulması" maddəsi ilə intizam işi açmışdı.

"Qarabağ" klubu da öz növbəsində Nurlan İbrahimovla bağlı UEFA-nın yekun qərarına etiraz edəcək.

Bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.

Çelikel bildirib ki, klub bu yöndə lazımi tədbirləri görəcək: "Xəbər hələ çox yenidir, cəmi 15 - 20 dəqiqə əvvəl almışıq. Nə cür addım atacağımıza rəhbərliklə müzakirələrdən sonra qərar verəcəyik".

Çelikəl qərardan apellyasiya veriləcəyini də söyləyib: "Klubun mövqeyindən və Nurlan tərəfdən baxanda cəza çox ağırdır. UEFA-nın tabeliyində olan klub kimi onların qərarlarına hörmət etmək borcumuzdur. Ancaq haqsızlıq olduğunu düşündüyümüz halda lazımi etirazları edəcəyik. Qərarla bağlı UEFA-ya mütləq müraciət olunacaq".

36
Teqlər:
ermənilər, Ermənistan, UEFA, "Qarabağ", Qarabağ FK
Avropa Parlamentinin iclası, arxiv şəkli

Avropa Parlamenti Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul etdi

0
(Yenilənib 12:22 27.11.2020)
Bir oktyabr 2020-ci il tarixinə milli iqtisadiyyatda muzdlu işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 1,681 milyon nəfərə çatıb.

BAKI, 27 noyabr — Sputnik. Avropa Parlamenti Avropa İttifaqı üzv dövlətlərini Aralıq dənizindəki davranışına görə Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.

Banker.az xəbər verir ki, sənədlə bağlı səsvermə Avropa Parlamentinin Brüsseldəki plenar iclasında baş tutub.

Bildirilir ki, qətnaməyə 631, əleyhinə 3 deputat səs verib. "Parlament üzvləri Avropa Şurasını Türkiyənin qanunsuz fəaliyyəti ilə bağlı vahid mövqe tutmağa və buna cavab olaraq sərt sanksiyalar tətbiq etməyə çağırırlar", – sənəddə deyilir.

Qətnamə Türkiyənin Kiprin şimalındakı keçmiş Varoşa kurort zonasını açmaq qərarının bu problemin həlli perspektivlərini sarsıtdığını vurğulayır.

Eyni zamanda sənəddə Ankaranın Aralıq dənizi, Liviya və Suriyadakı hərəkətləri sayəsində Avropa İttifaqı ilə Türkiyə arasındakı münasibətlərin "tarixi minimuma" çatdığı qeyd edilir. Avropa İttifaqı və Türkiyə münasibətləri 10-11 dekabr sammitində diqqət mərkəzində olan mövzulardan biri olacaq.

0
Teqlər:
Brüssel, plenar iclas, Kipr, Türkiyə, Avropa Parlamenti, Sanksiya