Gənclər və idman naziri Azad Rəhimov

Devalvasiya Formula 1 İslam Oyunlarının büdcəsinə təsir etməyəcək

197
Azad Rəhimov: Hər iki yarışın büdcəsi artıq təsdiq olunub və əvvəldən dollarla hesablanıb.

BAKI, 22 dek-Sputnik. 21 dekabrda baş verən manatın devalvasiyası Azərbaycanda 2016-cı ildə keçiriləcək Formula 1 yarışının və 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarının büdcəsinə heç bir təsir göstərməyəcək.

Sputnik-in xəbərinə görə, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov belə deyib.

Nazirin sözlərinə görə, hər iki yarışın büdcəsi artıq təsdiq edilib və onların büdcəsi əvvəlcədən dollarla hesablanıb.

Narahatlığa heç bir əsasın olmadığını vurğulayan Rəhimov bildirib ki, hər iki yarışın idmançıları yarışlarda öz ölkələrinin vəsaiti hesabına iştirak edəcəklər.

197
Teqlər:
büdcə, yarış, manatın devalvasiyası, manat, devalvasiya, Formula 1, İslam Həmrəyliyi Oyunları, Gənclər və idman nazirliyi, Azad Rəhimov, Azərbaycan
Mövzu:
Bakı Formula 1 yarışlarını keçirməyə hazırlaşır (4)
Əlaqədar
BBC Formula-1-i yayımlamaqdan imtina edib
Bakıda Formula I Avropa Qran Prisinə hazırlıqla bağlı yollar bağlanıb
Azərbaycanda "Formula-1" yarışına ciddi hazırlıq gedir
Formula-1 üzrə Azərbaycan Qran-prisi, arxiv şəkli

Ciddi məhdudiyyət: Bakıda "Formula-1"də azarkeşlər yerli TV olmayacaq

20
(Yenilənib 22:58 02.03.2021)
Azərbaycan Qran-prisinin təşkilatçıları bu il paytaxtımızda "kral yarışları"nın necə keçiriləcəyindən danışıblar.

BAKI, 2 mart — Sputnik, Teymur Tuşiyev. "Formula 1"in Azərbaycan Qran-prisinin reqlamentində bir sıra dəyişikliklər baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baku City Circuit (BCC) əməliyyat şirkətinin brifinqində məlumat verilib.

"Formula 1" Azərbaycan Qran-prisi bu ilin 4-6 iyun tarixlərində Bakı küçələrində təşkil olunacaq. Keçən il yarış koronavirus pandemiyası səbəbindən baş tutmamışdı. Epidemiya əleyhinə tədbirlərlə əlaqədar olaraq, yarışın Bakı mərhələsi tamaşaçısız keçiriləcək, buna görə stendlərin və əyləncə zonasının inşası nəzərdə tutulmur və konsertlər də təxirə salınır. Bundan başqa, həftəsonları mükafatlandırma mərasimləri sadələşdirilmiş formada, yarış iştirakçıları üçün mətbuat konfransları isə onlayn keçiriləcək.

Azərbaycan Qran-prisinin təşkilatçıları azarkeşlər olmasa da yarışın Bakıda keçirilməsinin vacibliyini vurğulayıblar.

"Bu qədər ciddi məhdudiyyətləri nəzərə alsaq, ortaya belə bir sual çıxa bilər: bu şəraitdə yarışı keçirməyin nə mənası var? Bildiyiniz kimi, "Formula 1" yarışları ölkənin turizm potensialını nümayiş etdirir, buna görə də onun keçirilməsi böyük əhəmiyyət daşıyır ", – deyə BCC-dən bildirilib.

Yeri gəlmişkən, BCC-nin Azərbaycan Qran-prisini keçirməkdən imtina etməməsinin daha bir səbəbi əks halda təşkilatçıların cərimə ödəməli olmasıdır. Cərimənin məbləği isə açıqlanmayıb.

Məhdudiyyətlər KİV nümayəndələrindən də yan keçməyib. Sosial məsafəyə riayət olunması qaydalarına görə, mətbuat mərkəzində jurnalistlər üçün yerlərin sayının 400-dən 150-yə endirilməsi nəzərdə tutulub. Həmin yerlər xarici və yerli jurnalistlər arasında bərabər şəkildə bölünəcək. Bununla belə, yerli telekanallar və radiolar Azərbaycan Qran-prisi üçün akkreditasiya əldə edə bilməyəcəklər.

Təşkilatçılar treklərin hazırlanması ilə bağlı əsas işlərin bu ilin may ayında yerinə yetiriləcəyi, bununla əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını də bildiriblər.

Eyni zamanda, qeyd ediblər ki, könüllülərdən müraciətlərin qəbulu artıq başa çatıb. Bu prosesə start veriləndən sonrakı 60 saat ərzində könüllülərdən təxminən yeddi min ərizə daxil olub. Marşallardan da ərizə qəbulu yekunlaşıb.

Qeyd edək ki, bu il marşalların sayı 150 nəfər artırılacaq.

20
Teqlər:
Formula-1 yarışı, Formula 1
Oskar heykəli, arxiv şəkli

Hollivudla əməkdaşlıq edən məşhur idmançı "Oscar" almaq istəyir

13
Xatırladaq ki, 32 yaşlı Nurməhəmmədov Castin Qeyjini UFC 254 turnirinin ikinci turunda "üçbucaq" boğma fəndindən istifadə edərək məğlub edib.

BAKI, 22 fevral — Sputnik. Peşəkar karyerasını bitirdiyini elan edən məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov karyerası haqqında film çəkilişləri üçün Hollivudla çalışdığını və "Oscar" qazanmağı planlaşdırdığını söyləyib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, döyüşçü hazırda sənədli film üzərində işləyir: "Təxminən bir il yarım lazımdır. "Oscar" qazanmaq istəyirik. 20 dəqiqə ərzində "Oscar"lıq film çəkmək o qədər də asan deyil. Hollivudla birlikdə işləyirik. Çox güman ki, dərhal kinoteatrlarda nümayiş olunacaq. Bu normal bir hekayədir, dağdan gələn oğlan çəki kateqoriyasından asılı olmayaraq ən yaxşı döyüşçü oldu, məğlub olmadı".

Xatırladaq ki, 32 yaşlı Nurməhəmmədov Castin Qeyjini UFC 254 turnirinin ikinci turunda "üçbucaq" boğma fəndindən istifadə edərək məğlub edib. Döyüşdən sonra rusiyalı karyerasını bitirdiyini elan edib. Onun hesabında 29 MMA döyüşündə 29 qələbə, o cümlədən UFC-nin 13 döyüşündə 13 qələbə var.

13
Teqlər:
Oskar, Hollivud, Həbib Nurməhəmmədov
Mətbəxdə qadın. arxiv şəkli

Baş katib: "Pandemiya qadınlara qarşı şiddət epidemiyasının yayılmasına səbəb olub"

0
(Yenilənib 14:38 06.03.2021)
Qadınların iş yerini itirmək və gəlirlərinin sürətlə azalmasına məruz qalmaq ehtimalı 24% daha çoxdur.

BAKI, 6 mart — Sputnik. "Pandemiya qadın və qızların artıq üzləşdiyi dərin bərabərsizlikləri daha da gücləndirir və gender bərabərliyi naminə illər ərzində əldə olunan irəliləyişləri heçə endirir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunan məqaləsində deyib.

Onun sözlərinə görə, pandemiya əsasən qadınların işlədiyi sektorlara daha ciddi təsir edib: "Pandemiya ilə mübarizənin "ön cəbhəsində" olan qüvvənin əsasını qadınlar təşkil edir. Bunların da əksəriyyəti iqtisadi inkişafın aşağı pilləsində olan irqi və etnik baxımdan marqinal qrupları təmsil edirlər. Qadınların iş yerini itirmək və gəlirlərinin sürətlə azalmasına məruz qalmaq ehtimalı 24% daha çoxdur. Onsuz da geniş yayılan genderlər arası maaş fərqi daha da artıb. Bu, səhiyyə sektorunda da özünü büruzə verib".

BMT-nin baş katibi qeyd edib ki, evdən çıxmağa qadağanın qoyulması və məktəb və uşaq bağçalarının bağlanması səbəbindən ödənişsiz qayğı yükünün həcmi kəskin dərəcədə artıb: "Milyonlarla qız artıq məktəbə qayıtmaya bilər. Analar və xüsusilə tənha analar, ciddi çətinlik və narahatlıq doğuran hallarla qarşılaşır. Eyni zamanda, COVID-19 pandemiyası dünyada qadınlara qarşı şiddət epidemiyasının da yayılmasına səbəb olmuş, məişət zorakılığı, insan alveri, cinsi istismar və erkən evlilik hallarının sayında kəskin artıma təkan verib".

0