Формула 1. Архивное фото

BBC Formula-1-i yayımlamaqdan imtina edib

139
"BBC cari maliyyə vəziyyəti ilə bağlı bəzi sərt və istəmədiyi seçimi etmək məcburiyyətində qalıb" - BBC Sport-un direktoru Barbara Slater.

BAKI, 21 dek-Sputnik. BBC Sport "könülsüz" olaraq korporasiya daxilində Formula 1-in televiziya yayımı ilə bağlı müqaviləni başa çatdırır. Növbəti mövsümdən etibarən F1-nin yayım hüququnu Channel 4 əldə edəcək. 

"BBC cari maliyyə vəziyyəti ilə bağlı bəzi sərt və istəmədiyi seçimi etmək məcburiyyətində qalıb" — deyə BBC Sport-un direktoru Barbara Slater bildirib.

 

Sputnik-in məlumatına görə, BBC Radio 5 2021-ci il mövsümünə qədər F1-nin canlı yayım və şərh hüquqlarını uzadıb.

Slater bu qərarın maliyyə ilə bağlı olduğunu açıqlayıb. Onun sözlərinə görə, BBC Sport korporasiyanın gələn ilki maliyyə büdcəsindəki boşluğu doldurmaq üçün yayımın dəqiqəsi üçün razılaşdırılmış 150 funt-sterlinqə 35 funt-sterlinq də əlavə etməyi xahiş edib. Qarşı tərəf bununla razılaşmayınca, BBC-nin Formula 1-in yayım hüquqları barədə müqavilənin dərhal ləğvinə qərar verilib.

 

Slater əlavə edib ki, onlar "hər hansı qərarı, xüsusilə də idman yarışının yayımı ilə bağlı qərarı könülsüz və ürək ağrısı ilə" qəbul edirlər.
BBC Sportun rəhbərinin sözlərinə görə, məsələnin asan həll yolu da var, amma mövcud variantların auditoriya ilə müzakirəsi qeyri-peşəkarlıq olardı.

Çempionatın baş meneceri Berni Ekklstoun da bu məsələ ilə bağlı mövqeyini bildirib. O deyib ki, 2016-cı ildə keçiriləcək "Formula 1" üzrə Qran-Pri İngiltərənin "Channel 4" telekanalı vasitəsilə yayımlanacaq.

Çünki artıq "Formula-1"in İngiltərədəki əsas yayımçısı olan BBC kanalın mövcud müqavilə şərtlərini yerinə yetirə bilmədiyini bəyan edib. "Biz bu səbəbdən də, yeni yayım şirkəti ilə anlaşmalı olduq. Çox şadam ki, "Formula-1" zamanı yarışlar reklamsız və fasiləsiz yayımlanacaq. "Channel 4"ün BBC-nin səviyyəsi ilə kifayətlənməyəcəyinə, yeni yanaşmalar təklif edəcəyinə şübhə etmirəm." — deyə Ekklstoun bildirib.

"Channel 4" tamaşaçılara 2016-cı ildə keçiriləcək 10 Qran-Prini, seçmə mərhələ və digər 11 mərhələnin ən maraqlı anlarını təqdim edəcək.

2016-cı ilin "Formula-1" Qran-Prisi Bakıda keçiriləcək.

139
Teqlər:
funt-sterling, Bakı, Formula 1, "Formula 1" üzrə Qran-Pri, Channel 4, Berni Ekklstoun, Barbara Slater, BBC, BBC Sport
Mövzu:
Bakı Formula 1 yarışlarını keçirməyə hazırlaşır (4)
Əlaqədar
Bakıda Formula I Avropa Qran Prisinə hazırlıqla bağlı yollar bağlanıb
Azərbaycanda "Formula-1" yarışına ciddi hazırlıq gedir
Qarabağ - Sivasspor matçından görüntü

"Qarabağ" Türkiyədən məğlub ayrıldı

27
(Yenilənib 00:03 27.11.2020)
UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda "Qarabağ" və "Sivasspor" komandaları İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qarşılaşıblar.

BAKI, 26 noyabr - Sputnik. UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Qarabağ" və "Sivasspor" komandaları arasında oyun start götürüb.

Sputnik Azərbaycan xəbər verir ki, İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda oynanılan qarşılaşma Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı 1 dəqiqəlik sükutla başlayıb.

Hesabı 8-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Abdullah Zubir açıb. Türkiyə təmsilçisi 40-cı dəqiqədə Aruna Konenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Uroş Matiç 51-ci dəqiqədə fərqlənməklə Azərbaycan çempionunu yenidən hesabda önə keçirib.

58-ci dəqiqədə "Sivasspor"un oyunçusu Olarenvayu Kayode hesabı bərabərləşdirib.

Oyunun 79-cu dəqiqəsində Kone komandasını uğura aparan növbəti qolu vurub. Beləliklə, oyun ev sahiblərinin qələbəsi ilə nəticələnib.

Qrupda ardıcıl 4-cü məğlubiyyətdən sonra Azərbaycan çempionunun 1/16 final şansının üstündən rəsmən xətt çəkilib. Artıq son iki tur Qurban Qurbanovun yetirmələri üçün formal xarakter daşıyacaq.  

“Qarabağ” növbəti oyununu dekabrın 3-də “Makkabi”yə qarşı məhz bu arenada keçirəcək.

27
Teqlər:
futbol, UEFA Avropa Liqası, UEFA, Fatih Terim, İstanbul, "Sivasspor" FK, "Qarabağ" FK, "Qarabağ
Nurlan İbrahimov, arxiv şəkli

"Qarabağ" klubu onun mətbuat katibinə qarşı UEFA-dan ağlasığmaz qərar

48
Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə, UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb.

BAKI, 26 noyabr — Sputnik. UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırmaq barədə qərar verib.

Sputnik Azərbaycan UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İbrahimov Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə bu cəzaya məruz qalıb.

Bununla yanaşı, qurum Ağdam klubunu da 100 000 avro məbləğində cərimələyib.

UEFA daha əvvəl İbrahimova qarşı "İrqçi və digər ayrı-seçkilik davranışı" və "Əsas davranış qaydalarının pozulması" maddəsi ilə intizam işi açmışdı.

"Qarabağ" klubu da öz növbəsində Nurlan İbrahimovla bağlı UEFA-nın yekun qərarına etiraz edəcək.

Bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.

Çelikel bildirib ki, klub bu yöndə lazımi tədbirləri görəcək: "Xəbər hələ çox yenidir, cəmi 15 - 20 dəqiqə əvvəl almışıq. Nə cür addım atacağımıza rəhbərliklə müzakirələrdən sonra qərar verəcəyik".

Çelikəl qərardan apellyasiya veriləcəyini də söyləyib: "Klubun mövqeyindən və Nurlan tərəfdən baxanda cəza çox ağırdır. UEFA-nın tabeliyində olan klub kimi onların qərarlarına hörmət etmək borcumuzdur. Ancaq haqsızlıq olduğunu düşündüyümüz halda lazımi etirazları edəcəyik. Qərarla bağlı UEFA-ya mütləq müraciət olunacaq".

48
Teqlər:
ermənilər, Ermənistan, UEFA, "Qarabağ", Qarabağ FK

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

7
(Yenilənib 09:35 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Həmin möhtəşəm kadrları təqdim edirik.

7
Teqlər:
Azərbaycan bayrağı, Müdafiə Nazirliyi, Üçtərəfli bəyanat, Kəlbəcərin azad olunması