Qurban Qurbanov - Qarabağ futbol klubunun baş məşqçisi

2015-ci ilin ən yaxşı baş məşqçisi məlum olub

46
Jurnalistlər arasında keçirilən rəy sorğusunun qalibi "Qarabağ" klubunun baş məşqçisi olub.

BAKI, 15 dek-Sputnik. Azərbaycanda 2015-ci ilin ən yaxşı baş məşqçisi müəyyənləşib.

Sputnik-in məlumatına görə, bu, Komanda.az saytının jurnalistlər arasında keçirdiyi rəy sorğusundan sonra məlum olub.

Sorğuda 74 mətbuat orqanından 80 jurnalist iştirak edib. 49 jurnalist "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova, 24 həmkarımız "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuka səs verib. Yığmanın baş məşqçisi Robert Prosineçki 4, "İnter"in çalışdırıcısı Zaur Svanadze isə 3 səs qazanıb. Namizədlər arasında olan "Neftçi"nin keçmiş baş məşqçisi Arif Əsədova isə səs verən olmayıb.

Kim kimə səs verib?

1. Qurban Qurbanov — 49
2. Roman Qriqorçuk — 24
3. Robert Prosineçki — 4
4. Zaur Svanadze — 3
5. Arif Əsədov — 0

İctimai-siyasi saytlar

1. Elşad Qəzvini (AZƏRTAC) — Qurban Qurbanov
2. Emil Hüseynli (Trend) — Qurban Qurbanov
3. Niyaz Niftiyev (Azadinform.az) — Qurban Qurbanov
4. Pərviz Hikmət (Publika.az) — Roman Qriqorçuk
5. Pərviz Cəbrayıl (Axar.az) — Qurban Qurbanov
6. Zahid Nurəliyev (Teleqraf.com) — Qurban Qurbanov
7. Famil Cəfərli (Virtualaz.org) — Qurban Qurbanov
8. Səbuhi Musayev (Qaynar.info) — Zaur Svanadze
9. Sənan Nəcəfov (Qhtxeber.az) — Qurban Qurbanov
10. Elsevər Məmmədov (Qafqazinfo) — Roman Qriqorçuk
11. Nurşən Quliyev (APA) — Qurban Qurbanov
12. Qabil Abbasoğlu (Lent.az) — Qurban Qurbanov
13. Elçin Zahiroğlu (Aznyus.az) — Qurban Qurbanov
14. Elşad Eyvazlı (Modern.az) — Qurban Qurbanov
15. Rövşən Əhlimanoğlu (Report.az) — Roman Qriqorçuk
16. Hacıbəy Heydərli (Azxeber.com) — Zaur Svanadze
17. Nicat Dağlar (Azerfax.az) — Roman Qriqorçuk
18. Səxavət Məmməd (Ölkə.az) — Qurban Qurbanov
19. Vüsal Məmmədov (Azvision.az) — Qurban Qurbanov
20. Anar İmanov (Milli.az) — Qurban Qurbanov

İctimai-siyasi qəzetlər

1. Pərviz Sadayoğlu (Yeni Azərbaycan) — Qurban Qurbanov
2. İlham Quliyev (Kaspi) — Qurban Qurbanov
3. Elçin Cəfərov (Azərbaycan) — Roman Qriqorçuk
4. Cavanşir Abbaslı (Yeni Müsavat) — Qurban Qurbanov
5. Dilqəm Əhməd (Gündəlik Teleqraf) — Qurban Qurbanov
6. Sahib Əsədəbəyli (Ədalət) — Qurban Qurbanov
7. Rüstəm Piriyev (Exo) — Robert Prosineçki
8. Alı Rza (Azadlıq) — Roman Qriqorçuk
9. Elgün Vidadioğlu (Səs) — Roman Qriqorçuk
10. Qabil Əliyev (Xalq) — Qurban Qurbanov

Televiziya

1. Ramiz Mirzəzadə (İdman Azərbaycan) — Qurban Qurbanov
2. Gündüz Abbaszadə (CBC Sport) — Roman Qriqorçuk
3. Sənan Abdullayev (Xəzər) — Qurban Qurbanov
4. Gəray Qiyasov (Lider) — Robert Prosineçki
5. İlkin Xəlilov (ATV) — Roman Qriqorçuk
6. Kənan Hakimov (ANS) — Qurban Qurbanov
7. Tural Xudiyev (Space) — Qurban Qurbanov
8. Rüfət Nadirli (İnteraz) — Qurban Qurbanov
9. Tural Dadaşov (İTV) — Roman Qriqorçuk

İdman saytları

1. Əli Sahib (Fanat.az) — Roman Qriqorçuk
2. Kənan Məstəliyev (Rekord.az) — Roman Qriqorçuk
3. Ceyhun Əzizli (Aut.az) — Qurban Qurbanov
4. Emin Səfərəov (Sport7.az) — Roman Qriqorçuk
5. Vüsal Mahmudov (Futbolinfo.az) — Qurban Qurbanov
6. Şahin Oğuz (Sportal.az) — Qurban Qurbanov
7. İlkin Vaqifoğlu (Sportinfo.az) — Roman Qriqorçuk
8. İxtiyar Əsgərov (Apasport.az) — Qurban Qurbanov
9. Ruslan Mikayıllı (Azerisport.az) — Roman Qriqorçuk
10. İbrahim Cəfərov (Futbolxeber.az) — Roman Qriqorçuk
11. Vüsal Gözəlov (Stadium.az) — Qurban Qurbanov
12. Vüsal Mirzəyev (Sportarena.az) — Qurban Qurbanov
13. İlkin Sultanlı (Derbi.az) — Zaur Svanadze
14. Elmir Əliyev (Sportbox.az) — Roman Qriqorçuk
15. Mərdan Həsənov (Newsport.az) — Qurban Qurbanov
16. Mirələm Həsənli (Sportlayf.az) — Qurban Qurbanov
17. Kamran Hacı (Allsport.az) — Qurban Qurbanov
18. Aslan Şahgəldiyev (PFL.az) — Roman Qriqorçuk
19. Elçin Cəlilov (Futbolpress.az) — Roman Qriqorçuk
20. Zaur Həsənov (Avrofutbol.az) — Roman Qriqorçuk
21. Səxavət Qurbanov (İdmanxeber.com) — Qurban Qurbanov
22. Saleh Arslan (Korner.az) — Qurban Qurbanov
23. Aydın Bağırov (Qol.az) — Roman Qriqorçuk
24. Anar Cəfərsoy (Supersport.az) — Qurban Qurbanov
25. Əli Həyati (Futbolmedia.az) — Qurban Qurbanov
26. Elşən Məmmədov (Sportnet.az) — Roman Qriqorçuk
27. Çingiz Abasov (Futbol11.az) — Robert Prosineçki
28. Erkin İbrahimov (Azerifutbol.com) — Robert Prosineçki

İdman qəzetləri

1. Mahir Rüstəmli (Futbol+) — Qurban Qurbanov
2. Elton Dünyamalı (Futbol dünyası) — Roman Qriqorçuk
3. Ürfan Məmmədov (Çempion) — Qurban Qurbanov
4. İlqar Tağıyev (Het-trik nyus) — Qurban Qurbanov
5. Bəxtiyar Məmmədov (İdman) — Qurban Qurbanov
6. Seymur Səfərli (Futbol+qol) — Qurban Qurbanov

Komanda.az

1. Rəşad Ergün (Komanda.az) — Qurban Qurbanov
2. Natiq Muxtarlı (Komanda.az) — Qurban Qurbanov
3. Elnur Həmidov (Komanda.az) — Qurban Qurbanov
4. Rəşad Müseyibzadə (Komanda.az) — Qurban Qurbanov
5. Emin Tarverdiyev (Komanda.az) — Roman Qriqorçuk
6. Elçin Zodorov (Komanda.az) — Qurban Qurbanov
7. Elnur Muxtar (Komanda.az) — Qurban Qurbanov

46
Teqlər:
komanda, Roman Qriqorçuk, Arif Əsədov, Neftçi, Zaur Svanadze, İnter, Robert Prosineçki, Qarabağ, Qurban Qurbanov
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

37
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

37
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Qurban Qurbanov, arxiv şəkli

"Qarabağ"dan üzücü xəbər: Qurban Qurbanov koronavirusa yoluxub

23
(Yenilənib 19:16 29.11.2020)
Dünən “Qarabağ”la Ağdama getməyən və bu gün komandanı meydana çıxarmayan 48 yaşlı mütəxəssisin səhhətindəki problem virusla bağlı olub

BAKI, 29 noyabr - Sputnik. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun koronavirusa yoluxması təsdiqlənib.

Sputnik Azərbaycan apasport.az saytına istinadən bildirir ki, bu, Premyer Liqanın XI turunun “Sənail”lə matçından (1:1) sonra açıqlanıb.

Bildirilib ki, dünən “Qarabağ”la Ağdama getməyən və bu gün komandanı meydana çıxarmayan 48 yaşlı mütəxəssisin səhhətindəki problem virusla bağlı olub. Qurbanovun koronavirus testi müsbət nəticə verib.

23
Teqlər:
Qurban Qurbanov, Qarabağ FK, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər

Azərbaycanda hansı yol hərəkəti qaydaları daha çox pozulur

0
(Yenilənib 19:23 01.12.2020)
Ölkə üzrə ən çox hansı yol hərəkəti qaydalarının daha çox pozulması ilə bağlı statistika açıqlanıb. Siyahıda birinci yeri icazə verilən sürət həddinin aşılması ilə əlaqədar qayda pozuntuları tutur.
İnfoqrafika: Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı statistika
© Sputnik / Elnur Salayev

Azərbaycanın yol polisi əməkdaşları bu ilin yanvar-sentyabr ayları ərzində ölkə yollarında sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı təxminən üç milyon fakt qeydə alıblar. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, qayda pozuntularının üçdə biri icazə verilən sürət həddinin aşılması ilə əlaqədardır.

İkinci yeri nəqliyyat vasitəsini düzgün saxlamamaq və ya səhv yerə park etməklə bağlı cərimələr tutur - 20,7%. Üçüncü yerdə isə yol işarələri və ya nişanlarının tələblərinə əməl etməməklə bağlı qayda pozuntuları durur.

Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası 2020-ci il üzrə yol hərəkəti qayadalarının pozulması statistikasına da öz təsirini göstərib. Tutulan protokolların 4.1%-i nəqliyyatda sanitar-gigiyena və karantin rejimini pozanların payına düşür.

Ümumilikdə sürücülər qayda pozuntuları ilə bağlı dövlət xəzinəsini 93,2 milyon manat həcmində cərimə ödəməli olublar.

Yol hərəkəti qaydalarının pozulması halları ilə bağlı statistika Sputnik Azərbaycan-ın İnfoqrafikasında daha geniş şəkildə öz əksini tapıb.

0