Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanda "Formula-1" yarışına ciddi hazırlıq gedir

формула 1
формула 1 - Sputnik Azərbaycan
Abunə olmaq
Yarışın keçiriləcəyi ərazilərdəki avtomobil yolları dünya standartlarına uyğun təmir edilir.

BAKI, 12 dek-Sputnik. Azərbaycanda keçiriləcək "Formula-1" yarışına ciddi hazırlıq gedir.

Sputnik xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin muavini İsmayıl İsmayılov deyib.

Onun sözlərinə görə, yarışın keçiriləcəyi ərazilərdəki avtomobil yolları dünya standartlarına uyğun təmir edilir: "Azərbaycan yeganə ölkədir ki, bu ölkədə bütün tədbirlər yüksək səviyyədə keçirilir. Eləcə də "Formula-1" yarışına yüksək səviyyədə hazırlıq gedir".

Nazir müavini əlavə edib ki, sonda Beynəlxalq Avtomobil Federasiyası hazırlıqla maraqlanıb öz təkliflərini verəcək.

Xəbər lenti
0